CƏMİYYƏT


“Dövlət rüsumu haqqında” Qanuna dəyişikliklər bu gündən qüvvəyə minir

Bakı, 22 oktyabr, AZƏRTAC

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu oktyabrın 22-dən rəsmi dərc olunmaqla qüvvəyə minib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qanuna edilmiş dəyişiklikliyə əsasən, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər məhkəməyə verilən iddia ərizələri üzrə, habelə işləyib-işləməməsindən asılı olmayaraq, mənzil və ya ev (evin bir hissəsi) alqı-satqısı və dəyişdirilməsi ilə bağlı notariat hərəkətlərinin aparılmasına görə dövlət rüsumu ödəməkdən azad ediliblər.

Qeyd edək ki, bu məlumat Baş Prokurorluğun mətbuat xidməti tərəfindən #hüquqibilikləriniartır həştəqi altında ictimaiyyətə təqdim olunub. Baş Prokurorluğun mətbuat xidməti ölkəmizdə vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzular və prokurorluğun fəaliyyət sahələri ilə əlaqədar vətəndaşları maraqlandıran məsələlərlə bağlı maarifləndirmə işlərinin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.