Bərdədə ticarət obyektlərində yanğın baş verib VİDEO
Bərdə, 18 noyabr, AZƏRTAC
Bərdə şəhərində ticarət obyektlərində yanğın baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin Bakı küçəsində üç ticarət obyektində yanğın qeydə alınıb. Dərhal əraziyə Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Yanğının genişlənərək digər obyektlərə keçməsinin qarşısı alınıb. Yanğın söndürülüb.