Çexiyada tibbi təhsil alan tələbələr ümumi immunlaşdırılmanın əleyhinədirlər
AzerTAg.az
Praqa, 26 yanvar, AZƏRTAC
Çexiyanın tibb institutlarının bir qrup tələbəsi ölkənin səhiyyə naziri Vlastimil Valekə ünvanlanmış açıq məktubda “koronavirus haqqında qanun layihəsi” tənqid atəşinə tutub.
AZƏRTAC xəbər verir ki, petisiya-məktubun müəllifləri milli səhiyyə qurumunu qanun layihəsinin əleyhdarlarına qoşulmağa çağırıblar. Tələbələr tənqid olunan sənədi vaksinasiyadan keçmək istəməyən vətəndaşların hüquqlarını pozan sənəd adlandırıblar.
Onlar peyvəndlənməyən vətəndaşların ictimai yerlərə sərbəst daxil ola bilməmələrini yolverilməz hesab edirlər. Məktubda, həmçinin aparılan tədqiqatların guya ümumi məhdudiyyətlərin pandemiyanın yayılmasının qarşısının alınmasına prinsipial təsir göstərməməsi kimi nəticələri də vurğulanır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

Xəbərin mətnində orfoqrafik səhv var