ELM VƏ TƏHSİL
Fiziologiya İnstitutunun dissertantlarının attestasiyası keçirilib
Bakı, 26 yanvar, AZƏRTAC
AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda insan və heyvan fiziologiyası və biokimya ixtisasları üzrə fəlsəfə doktoru hazırlığı keçən dissertantların attestasiyası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, 8 dissertant ötən il yerinə yetirdikləri araşdırmalar haqqında təqdimatla çıxış edib. Sonra onların fərdi iş planlarında nəzərdə tutulmuş vəzifələr, konfranslarda iştirakı, nəşriyyat fəaliyyətləri müzakirə edilib.
Komissiya üzvləri hər bir dissertantın işinə aid tövsiyələrini veriblər.
Sonra dissertantların növbəti tədris ilində hazırlıqlarını davam etdirmək haqqında qərar qəbul olunub.