Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

1990-cı il 22 iyul: Vətənə qayıdış, müstəqillik və inkişaf yolunun başlanğıc günü

1990-cı il 22 iyul: Vətənə qayıdış, müstəqillik və inkişaf yolunun başlanğıc günü

Naxçıvan, 22 iyul, AZƏRTAC

Naxçıvan Azərbaycanın dövlətçilik tarixində çox mühüm yer tutur. Milli idarəçilik ənənələrinin yaşadıldığı, birlik və həmrəyliyin dəyişməz ünvanı olan bu qədim diyar, həm də tarixin yaddaşına Azərbaycan xalqının Qurtuluşuna gedən Böyük Yolun başlanğıcı kimi düşüb. 1990-1993-cü illərdə görkəmli dövlət xadimi Heydər Əliyev xilaskarlıq missiyasına, müstəqil Azərbaycanın dövlət quruculuğu prosesinə məhz Naxçıvandan başlayıb.

Tale dahi şəxsiyyəti qədim diyara göndərməklə Naxçıvanı işğal olunmaq təhlükəsindən hifz edib

Ötən əsrin 80-ci illərinin sonunda ulu öndər Heydər Əliyevin SSRİ rəhbərliyindən istefa verməsi qısa müddət sonra ermənilərin illərdir, Azərbaycan torpaqlarına qarşı iddialarının yenidən baş qaldırmasına şərait yaradıb, nəticədə, Naxçıvan Muxtar Respublikasının sərhədyanı yaşayış məntəqələri davamlı erməni təcavüzünə məruz qalıb. Havadarlarının dəstəyi ilə edilən silahlı hücumlar əhalinin dincliyini əlindən alıb, muxtar respublika blokada vəziyyətində yaşamağa məcbur edilib. Məhz belə bir çətin dövrdə dahi şəxsiyyət Heydər Əliyevin 1990-cı il iyulun 20-də Moskvadan Bakıya, 2 gün sonra isə muxtar respublikaya gəlməsi naxçıvanlılara böyük ümid və sevinc bəxş edib. Eyni zamanda, Vətənə bu qayıdış xalqımızda Azərbaycanın bütün bəlalardan xilas olacağına da ümidləri artırıb.

Xalq Azərbaycanın, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın bu çətin vəziyyətdən çıxmasının yalnız ulu öndər Heydər Əliyevin sayəsində mümkün olacağını bilirdi. Təsadüfi deyil ki, zəngin dövlətçilik təcrübəsinə malik olan qüdrətli şəxsiyyətin, ömrünü Vətəninə, xalqına həsr edən əvəzedilməz liderin doğulub boya-başa çatdığı diyara gəlişi əhali üçün əsl bayrama çevrilib. Sonralar Ümummilli Liderimiz bu barədə deyib: “1990-cı ilin yayı idi. Mən buraya gələrkən Naxçıvanı çox çətin bir vəziyyətdə gördüm. Amma, eyni zamanda özümü çox rahat hiss etdim. Moskvada məni təqib edirdilər. Hətta yanvar hadisələrindən sonra hərəkətlərimə görə mənə qarşı repressiya planları hazırlanmışdı və onları həyata keçirmək istəyirdilər. Bakıya gələndə xalq tərəfindən mənim gəlişim böyük ruh yüksəkliyi ilə qəbul olundu, lakin hakimiyyətdə olan ayrı-ayrı şəxslər tərəfindən Bakıda yaşamağıma imkan verilmədisə də, mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı, Naxçıvan məni qucaqladı, bağrına basdı. Son illər çəkdiyim bütün əzab-əziyyəti unutdum. Görünür, mənim Naxçıvana gəlişim taleyin işi imiş”.

Həmin illərdə Naxçıvanda dövlətçiliyimizin gələcəyi naminə tarixi qərarlar qəbul olunub

Naxçıvana gəldikdən 2 ay sonra - 1990-cı il sentyabrın 30-da Azərbaycan və Naxçıvan parlamentlərinə keçirilən seçkilərdə xalq görkəmli dövlət xadimi Heydər Əliyevin namizədliyini yekdilliklə irəli sürərək muxtar respublikanın, ümumilikdə isə Azərbaycanın qurtuluşunu məhz Ümummilli Liderimizin yenidən siyasi hakimiyyətə qayıdışında gördü. Böyük şəxsiyyət 340 nömrəli Nehrəm Seçki Dairəsindən Azərbaycan parlamentinə, 2 nömrəli Seçki Dairəsindən isə Naxçıvan parlamentinə deputat seçilib. 1990-cı ilin 17 noyabrında Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyası görkəmli dövlət xadiminin sədrliyi ilə öz işinə başlayıb. Həmin sessiyada “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan MR Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında”, “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” və başqa məsələlərlə bağlı tarixi qərarlar qəbul edilib. Sessiya Naxçıvan MSSR adından “Sovet Sosialist” sözlərinin çıxarılması, Naxçıvanın Ali Sovetinin adını dəyişərək onun bundan sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar qəbul edib. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı Naxçıvanda qaldırılıb. Sovet İttifaqının hələ süqut etmədiyi bir vaxtda bu cür qətiyyətli addımları, ancaq Ulu Öndər ata bilərdi.

Həmin çətin günlərdə sakinlərlə bir yerdə olan Ümummilli Liderə əhalinin sevgi və ehtiramı o qədər böyük idi ki, hər kəs dünyaşöhrətli siyasətçinin muxtar respublikaya rəhbərlik etməsini istəyirdi. Buna görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il sentyabrın 3-də keçirilən fövqəladə sessiyasında deputatların və iclas keçirilən binanın qarşısına toplaşan minlərlə insanın təkidi ilə ümummilli lider Heydər Əliyev Ali Məclisin Sədri seçilib. Bununla da Azərbaycan tarixində Ulu Öndərin adı ilə bağlı olan daha bir möhtəşəm səhifə açılıb. Sessiyadakı ilk çıxışında dahi şəxsiyyət öz taleyini xalqa tapşırdığını bildirərək deyib: “Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. ...Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.

Bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası bu qədim diyarda qoyulub

Ali Məclisin Sədri kimi ümummilli lider Heydər Əliyev real düşmən təcavüzünə məruz qalan, blokada şəraitində yaşayan Naxçıvanın, ilk növbədə, müdafiə qabiliyyətini gücləndirməyə başlayıb. 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin yaradılması haqqında” Qərar qəbul edib. Bu Qərar Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində atılan ilk addım idi. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların muxtar respublikada saxlanması təmin olunub, ölkəmizdə ilk Milli Ordu yaradılıb, Naxçıvanın müdafiə potensialı gücləndirilib və beləliklə, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası bu qədim diyarda qoyulub.

Dahi şəxsiyyət o dövrdə həm də Azərbaycan xalqının milli həmrəyliyinin ideoloji əsaslarını yaradıb

Dahi şəxsiyyət o dövrdə həm də Azərbaycan xalqının milli həmrəyliyinin ideoloji əsaslarını yaradaraq dünya azərbaycanlılarını bir ideya ətrafında - Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləyib. 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr - Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda, 20 Yanvar faciəsinə, Xocalı soyqırımına siyasi qiymət verilməsi tələbi də ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən gündəmə gətirilib.

Təcavüzkar Ermənistanın blokadaya saldığı, mərkəzi hakimiyyətin isə biganə münasibət göstərdiyi Naxçıvan Muxtar Respublikasında xarici iqtisadi əlaqələrin qurulması sahəsində də mühüm addımlar atılmalı, blokadanın vurduğu ciddi zərbələrin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilməli idi. Bu məsələni, xüsusilə diqqətdə saxlayan Ulu Öndərimiz 1992-ci ildə İran İslam Respublikasına və Türkiyə Cümhuriyyətinə səfərlər edib, bu zaman keçirilən görüşlərdə iqtisadi sahədə əməkdaşlığa dair protokollar imzalanıb. Həmin protokollara əsasən hər iki dövlətlə iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı münasibətlər qurulub, Araz çayı üzərində “Ümid” körpüsü tikilib istifadəyə verilib, gömrük-keçid məntəqələri fəaliyyətə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Müstəqilliyə gedən yol Heydər Əliyevin rəhbərliyi ilə məhz Naxçıvanda başlamışdır... Məhz Naxçıvanda Ulu Öndərin rəhbərliyi ilə aparılan siyasət nəticəsində Naxçıvanın ərazi bütövlüyü təmin edilmişdir... Azərbaycanın müasir siyasi sistemi məhz Naxçıvanda yaradılmışdır”.

Azərbaycanda torpaq islahatına da məhz ilk dəfə Naxçıvandan başlanılıb

Muxtar respublikada aparıcı sahələrdən olan kənd təsərrüfatının dirçəldilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi də həmin illərdə diqqət mərkəzində idi. Ulu Öndərin təşəbbüsü ilə Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilib. Bu addım muxtar respublika iqtisadiyyatının aparıcı sahələrindən biri olan kənd təsərrüfatının inkişafını şərtləndirən mühüm amilə çevrilib və beləliklə, Azərbaycanda torpaq islahatına da məhz ilk dəfə Naxçıvandan başlanılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov o dövrdə Naxçıvanda iqtisadiyyatın inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edərkən deyib: “Bu dövrdə müstəqilliyin bərpası istiqamətində görülən tədbirlər təkcə siyasi müstəvidə getmirdi. Yeni iqtisadi təfəkkürə söykənən, bazar iqtisadiyyatı tələblərinə uyğunlaşdırılan iqtisadi model də formalaşdırılmış, aqrar islahatların həyata keçirilməsi barədə tarixi qərarlar qəbul edilmiş, blokadanın vurduğu ziyanın aradan qaldırılması üçün tədbirlər görülmüşdü. Qonşu Türkiyə və İranla iqtisadi, mədəni, humanitar əlaqələr yaradılmışdı. Bu dövrün Naxçıvanı yenidən 1969-cu ildən başlanan Heydər Əliyev quruculuq xəttinə, inkişafın Heydər Əliyev yoluna qayıdan ilk region olmaqla Azərbaycanda böyük nümunə gücünə malik idi”.

Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğub

Təbii ki, görkəmli dövlət xadiminin muxtar respublikanın xilası, müstəqil dövlətçilik naminə gördüyü işlər ozamankı Azərbaycan iqtidarı tərəfindən qısqanclıqla qarşılanıb. Bütün bunlar bir məqsədə - Heydər Əliyev ideyalarının, xilaskarlıq missiyasının qarşısını almağa xidmət edib. Lakin buna nail olmaq mümkün deyildi. Ona görə ki, bütün Azərbaycan Heydər Əliyev ideyalarının təntənəsinə, qələbəsinə inanır, öz nicatını yalnız bu yolda görürdü.

Azərbaycan xalqının güvəncinə çevrilən Ümummilli Liderimizə 1992-ci ilin 16 oktyabrında ölkə ziyalıları “Azərbaycan sizi gözləyir” adlı tarixi müraciət etdilər. Xalqın istək və arzularının, son ümidlərinin ifadəsi olan bu müraciətə ümummilli lider Heydər Əliyev həmin ayın 24-də mətbuatda dərc olunmuş “Yeni, müstəqil Azərbaycan uğrunda” sərlövhəli cavab məktubunda deyirdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.

Beləliklə, Azərbaycanın müxtəlif bölgələrindən Naxçıvana gələn 550-dən artıq nümayəndənin iştirakı ilə 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilib. Blokada çətinlikləri şəraitində yaşayan Naxçıvanda təməli qoyulan bu partiya qısa müddətdə öz sıralarında milli ruhlu insanları birləşdirərək Azərbaycançılıq ideyalarına mənsub kütləvi siyasi təşkilata çevrilib.

Ulu Öndərimiz Azərbaycanı parçalanmaqdan, yox olmaqdan xilas edib

Bu, bir reallıqdır ki, ümummilli lider Heydər Əliyevin Naxçıvana qayıtması, Ali Məclisin Sədri seçilməsi və buradakı fəaliyyəti təkcə muxtar respublikada yox, bütövlükdə Azərbaycanda ölkəmizin parlaq gələcəyinə böyük inam hissi yaratmışdı. Məhz buna görədir ki, ölkəmizin digər regionlarında yaşayan insanlar xalqımızın böyük oğlu Heydər Əliyevə teleqramlar, məktublar göndərir, xalqın üzləşdiyi bəlaların məhz onun müdrik və uzaqgörən siyasəti nəticəsində həll olunacağına inamlarını ifadə edirdilər. Bu məktub və teleqramlarda o zaman Azərbaycanı “idarə edənlərin” özbaşınalığından, siyasi səriştəsizliklərindən, xalqın dərdinə şərik çıxmamalarından bəhs olunurdu. Görkəmli dövlət xadimi təkcə Naxçıvanda yox, Azərbaycanın digər regionlarında yaşayan həmvətənlərimizin də dərdlərinə şərik olub, onların problemlərinin həllinə çalışıb.

1993-cü ildə Azərbaycanın xaosa sürükləndiyi, parçalanma, yoxolma təhlükəsi ilə üz-üzə qaldığı bir dövrdə xalqımız milli dövlətçiliyi qorumaq və vətəndaş müharibəsinin ağır fəsadlarından qurtulmaq üçün Ümummilli Liderimizi Naxçıvandan Bakıya dəvət edib. Ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya qayıdışı xalqımızın çoxəsrlik tarixinə möhtəşəm hadisə kimi daxil olub. 15 iyun 1993-cü il Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi həkk edilib. Ümummilli Lider qısa müddətdə ölkədə baş qaldırmış vətəndaş qarşıdurmasının, xaos və anarxiyanın qarşısını alıb, qanunun aliliyi təmin olunaraq demokratik prinsiplərə əsaslanan Konstitusiyamız qəbul edilib, müasir idarəçilik sistemi yaradılıb, vətəndaş həmrəyliyi bərpa olunub, mühüm iqtisadi layihələr reallaşdırılıb, ölkənin beynəlxalq aləmdə nüfuzu möhkəmlənib, bütün sahələrdə böyük uğurlar qazanılıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi nəhəng neft-qaz layihələrinin əfsanədən reallığa çevrilməsi müstəqil Azərbaycanın gələcəyi, Azərbaycan xalqının xoşbəxtliyi uğrunda həyata keçirilmiş tədbirlər kimi tarixə düşüb, ölkənin beynəlxalq aləmdə nüfuzu möhkəmlənib, bütün sahələrdə böyük uğurlar qazanılıb. Ötən illər bir daha təsdiq edib ki, Azərbaycanın nicatı və tərəqqisi məhz ulu öndər Heydər Əliyev ideyalarında, Heydər Əliyev yolundadır.

Prezident İlham Əliyev rəhbərliyi ilə Azərbaycan regionun lider dövlətinə çevrilib, müstəqilliyimiz daimi və əbədi olub

Bu gün Heydər Əliyev siyasi xəttinin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib, azadlıq və müstəqilliyimiz daimi və əbədi olub, ölkəmizin nüfuzu daha da artıb. Parlaq qələbəmizlə bitən 44 günlük Vətən müharibəsi də göstərdi ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan milli ideyalarımızın önündə gəlir.

Görkəmli dövlət xadiminin ümummilli ideyaları Naxçıvanda da yeni inkişaf dövrünün başlanmasına rəvac verib, muxtar respublika bütün sahələr üzrə inkişaf edərək əsl tərəqqiyə qovuşub. Bu gün elmi, mədəni, iqtisadi uğurları ilə hər kəsi heyrətləndirən Naxçıvan artıq Ulu Öndərin arzularının reallaşdığı diyardır. Bu reallığın təməlində isə dahi liderin siyasi xəttinə böyük ehtiram və sədaqət dayanır. Prezident İlham Əliyevin dediyi kimi “Ulu Öndərin rəhbərliyi altında ölkəmiz böyük inkişaf yolu keçmişdir. Bu gün bütün sahələrdə, bütün bölgələrdə və o cümlədən Naxçıvanda Heydər Əliyev siyasəti uğurla icra edilir. Bu siyasət milli maraqlarımızın müdafiə edilməsi üçün yeganə düzgün siyasətdir. Ölkəmizin dinamik inkişafı göstərdi ki, bu siyasətə alternativ yoxdur”.

AZƏRTAC-ın Naxçıvan bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb