1 YANVAR
![]() |
1 yanvar - Dünyada Yeni il bayramı qeyd olunur. Bəzi fərziyyələrə görə Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə bu, qədim germanlar və romalıların adı ilə bağlıdır. Şaxta baba, Qar qız və küknar ağacı Yeni il bayramının atributlarıdır. Yeni ilin gəlişi dünyada, o cümlədən Azərbaycanda təntənə ilə qeyd edilir. |
![]() |
1929-cu il. Sovet hökumətinin ərəb əlifbasından istifadəyə qadağa qoyması ilə Azərbaycanda latın qrafikalı əlifbaya keçilib. Bu hadisə Azərbaycanda savadsızlığın ləğvində mühüm rol oynayıb. Lakin Türkiyə Cümhuriyyətində də latın qrafikalı əlifbaya keçilməsi və bunun nəticəsində SSRİ-də və xaricdə yaşayan türk xalqları arasında mədəni əlaqələrin güclənməsindən ehtiyatlanan sovet imperiyası Azərbaycan əlifbasını yenidən dəyişdirmək qərarına gəldi. 1940-cı il yanvarın 1-dən Azərbaycanda kiril qrafikalı əlifbaya keçmək haqqında qərar qəbul olundu.
|
![]() |
1937-ci il. Tanınmış aktyor, Əməkdar Artist Eldəniz Zeynalov anadan olub (1937-2002-ci il). Tеatr və kinоda, tеlеviziya və radiо tamaşalarında, “Mоzalan” satirik kinojurnalının bir çох süjеtlərində yaddaqalan оbrazlar yaradıb. “Əhməd haradadır”, “Bir cənub şəhərində”, “Bəyin oğurlanması”, “Bizim Cəbiş müəllim”, “Qonşu qonşu olsa”, “O qızı tapın”, “Yaramaz”, “Yeddi oğul istərəm”, “Yol əhvalatı” filmlərində oynadığı rollarla tamaşaçı sevgisi qazanıb.
|
![]() |
1995-ci il. Dünya Ticarət Təşkilatı yaradılıb. Təşkilatın dünya ticarətinin 97 faizdən çoxunu əhatə edən 160 üzvü var. Ticarət sazişlərinin idarə edilməsi, ticarət mübahisələrinin həlli, milli ticarət siyasətlərinin nəzərdən keçirilməsi, texniki yardım və treninq proqramları vasitəsilə inkişaf edən ölkələrə iqtisadi siyasət məsələlərində dəstək göstərilməsi kimi funksiyaları var. |
![]() |
1959-cu il. Kuba üsyançıları Fidel Kastronun rəhbərliyi ilə Havananı ələ keçirib, Prezident Fulxensio Batista Dominikan Respublikasına qaçıb. 1959-1976-cı illərdə Kubanın Baş naziri, 1976-2008-ci illərdə isə dövlət başçısı olan Fidel Kastro 2016-cı il noyabrın 25-də vəfat edib. |
![]() |
1993-cü il. Euronews telekanalı Fransanın Lion şəhərində yayıma başlayıb. Tamaşaçı sayı baxımından Euronews Avropa qitəsinin ən çox izlənilən xəbər kanalıdır. Kanalda Avropa və dünyadan xəbərlər 30 dəqiqəlik aralarla efirə gedir. Verilişləri 10 dildə yayımlanır. |
MÜƏLLİFLƏ ƏLAQƏ
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [23:16]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:43]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [22:24]
Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
- 15.10.2026 [21:39]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var
- 15.10.2026 [21:35]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:48]
Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir
- 15.10.2026 [20:35]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [20:28]
® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim
- 15.10.2026 [20:11]
Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır
- 15.10.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 15.10.2026 [20:00]
Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib
- 15.10.2026 [19:59]
Şərurda müşavirə keçirilib
- 15.10.2026 [19:52]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:19]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:18]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [19:00]
YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH
- 15.10.2026 [18:51]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [18:49]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:43]
Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir
- 15.10.2026 [18:42]
Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:28]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
- 15.10.2026 [18:19]
Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb
- 15.10.2026 [18:14]
Autizmli gənclər iş təcrübələrini bölüşüblər
- 15.10.2026 [18:13]
Şərurda “PeşəFest-2026” baş tutub
- 15.10.2026 [18:10]
Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
- 15.10.2026 [18:00]
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO
- 15.10.2026 [17:32]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:29]
Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb
- 15.10.2026 [17:24]
® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti
- 15.10.2026 [17:21]
Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [17:03]
Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb
- 15.10.2026 [17:02]
Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub
- 15.10.2026 [17:02]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:58]





