SİYASƏT
2003-CÜ İL OKTYABRIN 15-DƏ KEÇİRİLƏCƏK AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTİ SEÇKİLƏRİNDƏ AZƏRBAYCAN VAHİD KOMMUNİST PARTİYASI TƏRƏFINDƏN NAMİZƏDLİYİ İRƏLİ SÜRÜLMÜŞ SAYADOV SAYAD SAYAD OĞLUNUN AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTLİYİNƏ NAMİZƏD KİMİ TƏSDİQ EDİLMƏMƏSİ HAQQINDAAZƏRBAYCAN RESPUBLIKASI MƏRKƏZI SEÇKI KOMISSIYASININ QƏRARI
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 28.2-ci və 54.9-cu maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :
2003-cü il oktyabrın 15-də keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Vahid Kommunist Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Sayadov Sayad Sayad oğlunun Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi sənədlər qanunla müəyyən olunmuş qaydada və müddətdə təqdim edilmədiyindən onun Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi təsdiq edilməsin.
Qərar N 16/91
19 iyul 2003-cü il
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının sədri M.M.Pənahov
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi İ.M.Nəsirov
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının katibi V.C.Mahmudov