2004-CÜ IL APRELIN 2-DƏ VILNÜS ŞƏHƏRINDƏ IMZALANMIŞ SƏNƏDLƏR HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNSƏRƏNCAMI
1. 2004-cü il aprelin 2-də Vilnüs şəhərində imzalanmış “Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadənin və Litva Respublikasının Baş naziri A.Brazauskasın görüş Protokolu” nəzərə alınsın.
2. 2004-cü il aprelin 2-də Vilnüs şəhərində imzalanmış ”Azərbaycan Respublikası Vergilər Nazirliyi və Litva Respublikasının Daxili İşlər Nazirliyi yanında Maliyyə Cinayətlərinin Təhqiqatı Xidməti arasında vergi hüquqpozmaları ilə mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1-ci və 2-ci bəndlərində göstərilən sənədlərin həyata keçirilməsi üçün lazımi tədbirlər görsün.
4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 2-ci bəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Litva Respublikası tərəfini xəbərdar etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, “1“ iyul 2004-cü il