DÜNYA
2017-ci ildə Yaponiyada 2000-dən çox zəlzələ qeydə alınıb
Tokio, 30 dekabr, AZƏRTAC
Cari ildə Yaponiyada gücü yapon yeddi ballıq sistemi üzrə 1 bal və daha yuxarı olan 2000-dən çox zəlzələ qeydə alınıb.
AZƏRTAC Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, dekabrın 29-da yerli vaxtla saat 19:00-a olan məlumata görə, ölkə ərazisində 2014 yeraltı təkan qeydə alınıb.
Agentlik, həmçinin bildirib ki, səkkiz zəlzələnin intensivliyi 5 və daha yuxarı bal olub.
Agentliyin əməkdaşları qeyd ediblər ki, Yaponiyada 2011-ci ilin martında baş vermiş dəhşətli zəlzələdən sonra seysmik fəallıq davam edir. Onlar əhalini gələn il baş verə biləcəyi gözlənilən yeraltı təkanlara qarşı hazır olmağa çağırıblar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [15:10]
Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək
- 06.05.2024 [15:07]
Almaniya Moskvadakı səfirini geri çağırır
- 06.05.2024 [15:03]
Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb
- 06.05.2024 [14:08]
“Tesla” Hindistan şirkətini məhkəməyə verib
- 06.05.2024 [13:42]
Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq
- 06.05.2024 [13:33]
Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub
- 06.05.2024 [13:06]