İQTİSADİYYAT
2018-2019-cu illər üzrə Hasilat Sənayesində Şəffaflıq hеsаbatını “Grant Thornton” şirkəti hazırlayacaq
Bakı, 12 iyul, AZƏRTAC
İyulun 12-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) vətəndaş cəmiyyətinin, ölkədə fəaliyyət göstərən yerli və xarici hasilat şirkətlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın növbəti iclası keçirilib.
Fonddan AZƏRTAC-a bildirilib ki, iclasda 2018-2019-cu illəri əhatə edən ümumiləşdirilmiş HSŞ hеsаbatının hazırlanması məqsədilə HSŞ üzrə Komissiyanın Xidmət Təklifləri Sorğusu yolu ilə elan etdiyi satınalma müsabiqəsində iştirak edən müstəqil, ixtisaslaşmış auditor təşkilatlarının texniki və ixtisas göstəriciləri ilə bağlı İşçi Qrupu tərəfindən hazırlanan Rəy Komissiya üzvlərinə təqdim olunub. Komissiya üzvləri tərəfindən müsabiqədə iştirak edən audit şirkətlərinin qapalı zərfdə təqdim etdikləri qiymət təklifləri açıldıqdan sonra İşçi Qrupunun Rəyi də nəzərə alınmaqla 2018-2019-cu illər üzrə ümumiləşdirilmiş HSŞ hеsаbatının hazırlanması məqsədilə “Grant Thornton” şirkəti ən yüksək balla qalib elan edilib. 2018-2019-cu ili əhatə edən ümumiləşdirilmiş HSŞ hеsаbatının hazırlanması ilə bağlı müsabiqədə “Grant Thornton” (I yer), “Baker Tilly” (II yer), “BDO Azərbaycan” (III yer), “Nexia-EA MMC” və “Abak-Az Crovve Ltd” audit şirkətləri iştirak edib.
2018-ci il üzrə HSŞ hesabatlarının əhatə dairəsi, həmçinin hesabatlılıq formaları iclasda müzakirə edilərək təsdiq olunub, Benefisiar Sahiblik məlumatlarının açıqlanmasına dair Yol Xəritəsinin tətbiqi layihəsinin gedişatı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.