MƏDƏNİYYƏT
2019-cu ildə Portu şəhərinin turizm hesabına gəliri 15 milyon avrodan çox olub
Lissabon, 14 yanvar, AZƏRTAC
Portuqaliyanın ikinci ən böyük şəhəri olan Portunun 2019-cu ildə turizm hesabına gəliri 15 milyon avrodan çox olub.
AZƏRTAC xəbər verir ki, Portu şəhər iqtisadiyyat, turizm və ticarət şurasının müşaviri Rixardo Valentenin sözlərinə görə, mədaxilin ən böyük hissəsi (38,19 faizdən çox) əvvəlki kimi yenə də mehmanxana müəssisələrinin payına düşür. Bu göstərici üzrə ikinci yeri tutan qonaq evləri 34,39 faiz, “Airbnb”-də gecələmə yerləri 27,43 faiz gəlir gətirir.
Avropanın ən qocaman turizm mərkəzlərindən biri olan Portu 1996-cı ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. Son bir neçə ildə Portuda turizm xeyli inkişaf edib. Bu, Fransisko de Sa Karneyru aeroportundakı Ryanair mərkəzi ilə bağlıdır. 2015-ci ilin iyul ayında Leyhes limanında yeni kruiz terminalı açılıb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.11.2023 [16:59]
Roma tətilləri: şopinq xüsusiyyətləri
- 29.08.2023 [10:59]
Göllər diyarının cazibədarlığı
- 29.08.2023 [00:26]
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
- 25.08.2023 [14:40]
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
- 24.08.2023 [10:20]
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib
- 23.08.2023 [15:27]
Şahdağda motosiklet festivalı təşkil edilib
- 22.08.2023 [14:08]
Zalsburq: turistləri buraya cəlb edən nədir?
- 17.08.2023 [17:32]
“Bu il Türkiyənin turizm sektorunda bahalaşma qeydə alınıb” – açıqlama
- 05.08.2023 [10:52]