İDMAN


2020-ci ildə Niderland Qran-Prisi Formula 1-ə qayıdacaq

Bakı, 9 aprel, AZƏRTAC

“Zandvort” avtodromunda keçirilən Niderland Qran-Prisi Formula 1-ə qayıdacaq. Bu trasda qayıdışdan sonra ilk yürüş 2020-ci ilin mayında olacaq.

AZƏRTAC “Formule1.nl” saytına istinadla xəbər verir ki, avtodromun sahiblərinin Formula 1 rəhbərliyi ilə razılaşması beş il müddətinə nəzərdə tutulub.

Bu ərəfədə məlum olub ki, Formula 1 rəhbərliyi “Zandvort” avtodromuna yenidən Niderland Qran-Prisini keçirməyi təklif edib. Həmin avtodromla yanaşı, Formula 1 Niderland mərhələsini keçirməyə bu ölkədəki “Assene” avtodromu da iddialıdır. Hazırda burada MotoGP çempionatının yürüşləri təşkil olunur. Zandvort şəhərinin bələdiyyə şurası bəyan edib ki, burada Formula 1 yürüşünün keçirilməsinə 4 milyon avro ayırmağa hazırdır.

Formula 1 “Zandvort” avtodromunda 1952-1985-ci illərdə keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.