DÜNYA
2022-ci ildə Rusiyadan Qırğızıstana 2,6 milyard dollar köçürülüb
Bakı, 11 yanvar, AZƏRTAC
2022-ci ilin 11 ayı ərzində pulköçürmə sistemləri vasitəsilə Rusiyadan Qırğızıstana rekord həcmdə - 2,6 milyard dollar köçürülüb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Qırğızıstan Milli Bankının hesabatında deyilir. Bu, ölkələr arasında pul köçürülmələrin həcminə görə maksimum göstəricidir. Əvvəlki rekord analoji dövr ərzində Rusiyadan respublikaya təxminən 2,45 milyard dolların köçürüldüyü 2021-ci ildə qeydə alınmışdı.
Pulun əsas hissəsi qırğızıstanlı əmək mühacirləri tərəfindən göndərilib. Müxtəlif hesablamalara görə, hazırda Rusiya ərazisində 700 mindən 1 milyona qədər Qırğızıstan vətəndaşı işləyir.
Ötən ilin 11 ayı ərzində Qırğızıstana ABŞ-dan təxminən 51 milyon dollar, Türkiyədən 11 milyon dollar, Qazaxıstandan isə 6 milyon dollar vəsait köçürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]