DÜNYA


2022-ci ildə qlobal İKT xərcləri 4,6 trilyon dollar olacaq

Bakı, 5 fevral, AZƏRTAC

2022-ci ildə qlobal informasiya-kommunikasiya texnologiyaları (İKT) xərcləri 4,6 trilyon dollar təşkil edəcək.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “IDC” tədqiqat şirkətinin analitiklərinin fikrincə növbəti 5 il İKT sahəsi üçün asan olmayacaq. Şirkətin qiymətləndirməsinə görə, 2022-ci ilədək avadanlıq, proqram təminatı, xidmət və rabitə sahəsi üzrə qlobal İKT xərcləri orta hesabla 4 faiz artaraq 4,6 trilyon dollar təşkil edəcək. Proqnozlaşdırılan məbləğin 2,9 trilyon dolları kommersiya müştərilərinin payına düşəcək, istehlak xərcləri isə 1,7 trilyon dollar olacaq.

İKT kateqoriyaları arasında peşəkar xidmətlər seqmentində (bulud və rəqəmsal xidmətlər tədarükçüləri, həmçinin bu seqmentə aiddir) xərclər daha sürətlə artacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.