Azərbaycan Dövlət İnformasiya Agentliyi

2023-cü ilin əsas hadisələri - XRONİKA

2023-cü ilin əsas hadisələri - XRONİKA

Bakı, 1 yanvar, AZƏRTAC

Yola saldığımız 2023-cü il Azərbaycan tarixinə daha bir uğur səhifəsi kimi yazıldı. Ölkəmizdə “Heydər Əliyev İli” kimi qeyd olunan ötən il mühüm tarixi hadisələrlə əlamətdar oldu. Bu hadisələr arasında dövlət suverenliyimizin tam bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaq.

2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda dövlət Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda hamı yaxşı bilirdi ki, bu iş yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi. Qarabağ Zəfərinin davamı olaraq, 2023-cü il sentyabrın 19-da həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə Xankəndi, Ağdərə, Əsgəran, Xocavənd və Xocalıda erməni separatizminin kökünün kəsilməsi, həmin ərazilərdə Azərbaycan Bayrağının ucaldılması tariximizin qürur və şərəf salnaməsinə daha bir möhtəşəm uğur səhifəsi kimi yazıldı.

Beləliklə, 2023-cü ildə Azərbaycan öz dövlət suverenliyini tam bərpa edə bildi, işğalçı qüvvələr Qarabağdakı son nəfərinədək çıxarıldı, erməni silahlı dəstələri, onların hərbi texnikası məhv edildi və ya qənimət kimi götürüldü.

Prezident, Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti nəticəsində Qarabağ Zəfəri siyasi-diplomatik müstəvidə möhkəmləndirildi, qarşıya qoyulan əsas hədəflərə nail olundu. Azərbaycanın hərbi gücü daha da artırıldı, Türkiyə-Azərbaycan hərbi təlimləri keçirildi. Zəngəzur dəhlizinin açılması üçün effektiv addımlar atıldı.

Böyük Qayıdış Konsepsiyasını uğurla həyata keçirən ölkəmiz azad edilmiş ərazilərdə nəhəng infrastruktur layihələrini həyata keçirməkdədir. Artıq Zəngilan, Füzuli və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin mərhələli qayıdışı təmin olunub və bu istiqamətdə işlər davam etdirilir. Kəlbəcər, Cəbrayıl, Ağdam rayonlarında insanların doğma yurdlarına qayıdışı ilə bağlı intensiv işlər görülür.

Qarabağ Zəfəri ilə regionda yeni reallıq yaradan Azərbaycan dayanıqlılığını, inkişafını daha etibarlı şəkildə təmin etməklə yanaşı, irimiqyaslı qlobal layihələrin mərkəzinə, Cənubi Qafqazın lider dövlətinə çevrilməyə müvəffəq olub.

AZƏRTAC son iyirmi ilin daha bir parlaq səhifəsi olan 2023-cü ildə baş vermiş bu və ya digər mühüm hadisələr barədə informasiyaları xronoloji ardıcıllıqla təqdim edir.

2 fevral . SOCAR ilə “ACWA Power” şirkəti arasında bərpa olunan enerji mənbələrinin işlənməsinə dair saziş imzalandı.

3 fevral. Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak etdi.

8 fevral. Görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin Bakıda ucaldılan abidəsinin açılışı oldu. Prezident İlham Əliyev açılış mərasimində çıxış etdi.

2 mart. Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü təşkil edildi. Prezident İlham Əliyev Zirvə görüşündə çıxış etdi.

9-11 mart. Azərbaycan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumuna ev sahibliyi etdi. Prezident İlham Əliyev Forumun açılış mərasimində nitq söylədi.

12 mart. X Qlobal Bakı Forumu çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

3 may. Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfrans keçirildi.

4 may. Prezident İlham Əliyev Zəngilan Rayon Mərkəzi Xəstəxanasının və Qubadlı şəhərində 91 çarpayılıq Mərkəzi Xəstəxana binasının təməlqoyma mərasimlərində iştirak etdi.

12 may. Şuşa şəhərində Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı - 2023” ilinin rəsmi açılışı oldu.

5 iyul. Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçirildi.

22 iyul. Şuşada Qlobal Media Forumunun açılış mərasimi keçirildi. Dövlətimizin başçısı açılış mərasimində iştirak etdi.

31 iyul. Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis olundu. Prezident İlham Əliyev bu barədə Sərəncam imzaladı.

7 avqust. Prezident İlham Əliyev Bərdədə Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışında iştirak etdi.

19-20 sentyabr. Qarabağda lokal xarakterli antiterror tədbirləri uğurla həyata keçirildi. Ağdərə, Xocavənd, Xocalı və Xankəndidən separatçıların qovulması ilə ərazi bütövlüyümüz tam bərpa olundu. Sentyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı xalqa müraciət etdi.

25 sentyabr. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimində iştirak etdilər. Azərbaycan-Türkiyə sənədləri imzalandı.

29 sentyabr. Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi oldu. Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış etdi.

2 oktyabr. Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirildi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak etdilər.

15 oktyabr. Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı və çıxış etdi.

 

23 oktyabr. Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında yeni müəssisələrin açılış və təməlqoyma mərasimləri keçirildi.

23-25 oktyabr. Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəlb edildiyi “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimi keçirildi.

26 oktyabr. 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etdi.

3 noyabr. Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirildi.

8 noyabr. Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev paradda iştirak etdilər.

15 noyabr. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin “DOST EVİ” filialının açılışında iştirak etdilər.

24 noyabr. Bakı BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın Zirvə görüşünə ev sahibliyi etdi. Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak etdi.

28 noyabr. Prezident İlham Əliyev “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzaladı.

7 dekabr. Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında Sərəncam imzaladı.

7 dekabr. Prezident İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda iştirak etdi.

8 dekabr- Bakıda ilk dəfə olaraq idman sahəsində ən gözlənilən hadisələrdən biri - Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Mükafatlandırma mərasimi - FIA Prize-Giving Ceremony baş tutdu.

21 dekabr. 30 illik fasilədən sonra Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qarabağ” ilk dəfə “MOİK”lə oyununu Xankəndi şəhər stadionunda keçirdi. Azərbaycan xalqı Prezident İlham Əliyevin iştirakı ilə ilk dəfə yenidənqurma işlərinin başa çatdığı Xankəndi şəhər stadionundakı qarşılaşmanı canlı izləmək şansı əldə etdi.

25 dekabr. Prezident İlham Əliyev Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzaladı.

27 dekabr. Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” Fərman imzaladı.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Birləşmiş Ştatların kommersiya neft ehtiyatları 5,3 milyon barrel artıb

Agentlik: Ölkə üzrə 365 məktəb və bağça mərkəzləşdirilmiş istiliklə təmin olunur

Komitə: Azərbaycan Bayrağı ABŞ-də 7 gün ərzində qaydalara uyğun dalğalanıb

FIFA prezidentliyi uğrunda mübarizəyə yeni namizəd qoşulub

Sabah Dövlət-Biznes Əməkdaşlıq Forumu keçiriləcək

® “İrşad”da yeni missiya başlayır: Yaşıl Cümə!

Ceyhun Bayramov: Bu ilin 10 ayında Almaniyadan Azərbaycana 25 min turist gəlib

Avropa İttifaqı təmiz enerji layihələri üzrə icazə prosedurlarını sürətləndirir

“Yüksəliş”: insan kapitalına strateji sərmayədən milli idarəçilik irsinə

Xankəndidə minaaxtaranlara tikililərin və nəqliyyat vasitələrinin təhlükəsiz yoxlanılması öyrədilib

Nəqliyyat dəhlizləri Azərbaycanın Avropa ilə Asiya arasında tranzit rolunu gücləndirir - ŞƏRH

Nazir: Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün yekun addımlar atılmalıdır

DİM xarici dil üzrə fəlsəfə doktoru imtahanının vaxtını açıqlayıb

Alban-Udi icmasının nümayəndələri Amaras monastırını ziyarət edirlər

İsa Həbibbəyli: Azərbaycan və özbək xalqlarının ortaq folklor ənənələri elmi əsaslarla araşdırılır

“Gedək dərdimizi Sabirə deyək...” – Səməd Vurğun poeziyasına qarşı ittihamlara necə cavab vermişdi?

NİİM-dən sürücülərə xəbərdarlıq: Operativ nəqliyyat vasitələrinin arxasınca düşmək qəza riskini artırır VİDEO

NİİM-dən sürücülərə xəbərdarlıq: Operativ nəqliyyat vasitələrinin arxasınca düşmək qəza riskini artırır VİDEO

Almaniya xarici işlər naziri: Azərbaycan coğrafi baxımdan çox vacib yerdədir

Jan-Noel Barro: Ukraynada müharibə tərəfi deyilik və belə bir niyyətimiz yoxdur

Qazaxıstan TDT ölkələri ilə rəqəmsal ticarəti genişləndirir

Neft, neft-kimya və təbii qaz sənayesində keyfiyyətin idarə edilməsi sahəsində yeni dövlət standartı qəbul olunub

Yeni tədris ilində Bakının 12 məktəbində inklüziv siniflər yaradılıb

THE Sahələrarası Elm Reytinqi 2027: UNEC Azərbaycan və Cənubi Qafqazda liderdir

Azərbaycanlı dirijor İtaliyada beynəlxalq müsabiqənin münsiflər heyətində yer alıb

Azərbaycan və Özbəkistan mərkəzi bankları təcrübə mübadiləsi aparıb

Bundestaqın deputatları Milli Məclisdə olublar

Fransada adambaşına düşən gəlir Avropa dövlətləri arasında ən aşağıdır

Yohan David Vadeful: Azərbaycanın enerji təchizatına verdiyi dəstək Avropada sabitliyin qorunmasına töhfədir

Rəşad Eyubov: Milliyə ilk dəfə dəvət alan Niyazi Osmanovu bir ildir izləyirdik

SOCAR: Naxçıvan Muxtar Respublikasına yanacaq tədarükü Türkiyə və Gürcüstan ərazilərindən həyata keçirilir EKSKLÜZİV

Almaniyalı nazir: Azərbaycan Avropanın enerji təchizatında mühüm tərəfdaşlardan biridir

Sədr müavini: 108 Çağrı Mərkəzində süni intellekt vətəndaşların suallarını cavablandıracaq

AzTU Gürcüstan Texniki Universiteti ilə əməkdaşlığı genişləndirir

Almaniyanın Qara dəniz sualtı elektrik kabeli layihəsindən faydalanmaq imkanları müzakirə olunub VİDEO

Almaniyanın Qara dəniz sualtı elektrik kabeli layihəsindən faydalanmaq imkanları müzakirə olunub VİDEO

BDU beynəlxalq reytinqdə dünyanın ən yaxşı 500 universiteti arasında yer alıb

Milli Məclis məqsədli büdcə fondlarının idarə olunmasının təkmilləşdirilməsinə dair qanun layihəsini təsdiqləyib

Sosial sahə üzrə e-sistemlərə 361 milyon sorğu və müraciət daxil olub

Rusiya Prezidenti: Ölkələrə iqtisadi təzyiq metodu artıq keçmişdə qalıb

Şencendə APEC-in 33 zirvə toplantısı işə başlayıb

Azərbaycanın artan geosiyasi əhəmiyyəti Avropa ilə münasibətlərin yeni mərhələsini şərtləndirir - ŞƏRH

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün test imtahanının vaxtı və qaydaları açıqlanıb

Elnur Səfərli: Təxminən hər dörd şagirddən biri öz bacarıqlarına uyğun peşə seçimi edir

Messi Argentina Futbol Assosiasiyasından adının kommersiya məqsədilə istifadəsini dayandırmağı tələb edəcək

Nazir: Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsi bu ilin 9 ayında 1 milyard dollar olub VİDEO

Nazir: Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsi bu ilin 9 ayında 1 milyard dollar olub VİDEO

Qazaxıstanda məhkəmə iki yüksəkvəzifəli məmur barəsində həbs qətimkan tədbiri seçib

Türk xalqları folklorunun müqayisəli öyrənilməsinə həsr olunan beynəlxalq elmi konfrans işə başlayıb

“İrəvan tarixi sənədlərin dili ilə” kitabının təqdimatı olub

Sədr müavini süni intellektin tətbiqi barədə: Yeni iş yerləri bağlananların sayından çox olacaq

Qlobal bazarlarda texnologiya şirkətlərinin səhmlərinin kütləvi satışı müşahidə olunur

Böhran Almaniyanın iri avtomobil istehsalçılarından yan keçməyib

Azərbaycan-Hindistan mədəni əməkdaşlığının inkişaf perspektivləri nəzərdən keçirilib

Akademik: Dissertasiya mövzularının adlarında Azərbaycan dilinin saflığı qorunmalıdır

Azərbaycan-İsrail arasında mədəni əlaqələr ildən-ilə genişlənir

Albaniyada etirazlar zamanı polislə nümayişçilər arasında qarşıdurma baş verib

Ceyhun Bayramov: Azərbaycan-Almaniya əlaqələri tarixi dostluq münasibətlərinə əsaslanır VİDEO

Ceyhun Bayramov: Azərbaycan-Almaniya əlaqələri tarixi dostluq münasibətlərinə əsaslanır VİDEO

Qızılın qiyməti ötən ilin sentyabrından bəri ilk dəfə 3800 dollardan aşağı enib

BƏƏ gəmisi Hörmüz boğazında hücuma məruz qalıb, 1 nəfər itkin düşüb, 11 nəfər xəsarət alıb

Agentliyin direktoru: Dual təhsildə tələbələrin sayı 2200-ə yüksəlib

Milli Məclisdə büdcə zərfinə daxil olan qanun layihələri müzakirə edilir

“Azəriqaz”ın rəhbərliyi Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək

Keşlə yağış kollektorunda bərpa və yenidənqurma işləri yekunlaşır

“Nvidia” Çinə süni intellektli çiplərin satışını dayandırır

Gürcü Ədəbiyyatı İnstitutunun nümayəndə heyəti AMEA-da olub

Kembric lüğətində 2026-cı ilin ən populyar kəlməsi müəyyən edilib

Agentlik sədri: Süni intellekt daha strateji və yaradıcı düşünməyimiz üçün bizə geniş meydanlar açır VİDEO

Agentlik sədri: Süni intellekt daha strateji və yaradıcı düşünməyimiz üçün bizə geniş meydanlar açır VİDEO

Naxçıvanda dövlət əmlakının icarəsindən muxtar respublika büdcəsinə daxilolmalar 37,1 faiz artıb

İlqar Bayramlı: Müasir əmək bazarına uyğun 33 yeni peşə ixtisası yaradılıb

COP31-də binalarda enerji səmərəliliyinin artırılmasında bələdiyyələrin rolu mövzusunda müzakirə təşkil olunub

Çində saç tökülməsinə qarşı ən effektiv daraq hazırlanıb

Azərbaycanlı gənc alim Çində bərpaolunan enerji texnologiyaları ilə bağlı tədqiqatlarını təqdim edib

“Anthropic”in gəlirlərinin 2030-cu ildə 500 milyard dolları ötəcəyi gözlənilir

Naxçıvanda sahibkarlıq fəaliyyəti ilə bağlı 40 lisenziya verilib

Nazir müavini: Aqrar sektorda peşəkar kadr potensialına ehtiyac duyulur

“Nvidia”nın gəlirləri 103 faiz artıb

Ötən gün ölkə ərazisində 52 cinayətin üstü açılıb, axtarışda olan 116 nəfər saxlanılıb

Vaşinqtonda Azərbaycanla ABŞ-nin kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub VİDEO

Vaşinqtonda Azərbaycanla ABŞ-nin kənd təsərrüfatı şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub VİDEO

Peşə təhsilində tələbələrin sayı 40 minə çatıb

Azərbaycan və Gürcüstan enerji sahəsində əməkdaşlığın yeni perspektivlərini nəzərdən keçirib

Çin və Rusiya liderlərinin görüşü keçirilib VİDEO

Çin və Rusiya liderlərinin görüşü keçirilib VİDEO

Neft bazarında təklif təzyiqi qiymətlərin ucuzlaşmasına səbəb olur

Azərbaycan boksçusu ilə döyüşdə erməni rəqibi diskvalifikasiya olunub

Füzuli rayonunda salınan yeni badam bağları FOTOLAR

Misin qiyməti son 5 ayın minimumuna yaxınlaşıb

HTP çərçivəsində Çində təhsil imkanı

Bakıda Gələcəyin Peşələri Sammiti başlayıb VİDEO

Bakıda Gələcəyin Peşələri Sammiti başlayıb VİDEO

Norveçin “Equinor” enerji şirkətinə kiberhücum olub

Ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı açıqlanıb

Dövlət satınalmaları üzrə 509,9 milyon manata qənaət edilib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Azərbaycan klubları FIBA Avropa Kubokunda növbəti oyunlarını keçirəcəklər

Neft ucuzlaşıb VİDEO

Neft ucuzlaşıb VİDEO

AzTU Gürcüstan universitetləri ilə əməkdaşlıq müqavilələri imzalayıb

İran ordusu Küveytdəki aviabazada ABŞ hərbi obyektlərini hədəfə alıb

Azərbaycan nefti 98 dollara satılır VİDEO

Azərbaycan nefti 98 dollara satılır VİDEO

İndoneziyada 5,9 bal gücündə zəlzələ qeydə alınıb

“Qələbə” dairəsində pik saatlarda yaranan nəqliyyat sıxlığı aradan qaldırılıb VİDEO

“Qələbə” dairəsində pik saatlarda yaranan nəqliyyat sıxlığı aradan qaldırılıb VİDEO

Bakının Mərdəkan qəsəbəsində yataqxana binasında yanğın baş verib VİDEO

Bakının Mərdəkan qəsəbəsində yataqxana binasında yanğın baş verib VİDEO

Trampa sui-qəsd planı hazırlayan Pakistan vətəndaşı 27,5 il həbs cəzası alıb

Azərbaycanın KSQT yanında daimi nümayəndəsi etimadnaməsini təqdim edib

“Eternity-2026” təliminin iştirakçıları Zəfər parkını ziyarət ediblər