2024-cü ildə beynəlxalq aviadaşımalarda artım qeydə alınıb
Bakı, 2 fevral, AZƏRTAC
2024-cü ildə aviasiyada dünya üzrə sərnişin daşımaları 10,4 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) illik hesabatında bildirilir.
Hesabat müəlliflərinə görə, 2024-cü ildə sərnişin daşımaları 2019-cu ildəkindən 3,8 faiz artıq olub.
340 aviaşirkəti birləşdirən təşkilat qeyd edir ki, 2024-cü ildə dünyada hava nəqliyyatı ilə 4,89 milyard nəfərdən çox sərnişin daşınıb. Bu göstərici 2023-cü ildə 4,44 milyard, 2019-cu ildə 4,54 milyard nəfər təşkil edib. 2020-ci ildə isə aviasiya ilə daşınan sərnişin sayı koronavirus pandemiyasına görə 1,78 milyard nəfərə düşmüşdü.
Təşkilat bu il sərnişin sayının 8 faiz artacağını proqnozlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.09.2026 [16:47]
Türkiyə və İranın XİN başçıları arasında telefonla danışığı olub
- 16.09.2026 [16:19]
Media: ABŞ rəsmiləri Oman Sultanlığında husilərlə görüşüb
- 16.09.2026 [16:13]
Kanada Avropa İttifaqının ilk assosiativ üzvü ola bilər
- 16.09.2026 [14:17]
“Airbus” Çindəki yeni montaj xəttindən ilk təyyarəni təhvil verir VİDEO
- 16.09.2026 [14:16]