CƏMİYYƏT


2040-cı ilə qədər Bakı Bulvarının uzunluğu 25 kilometrdən çox olacaq

Bakı, 6 oktyabr, AZƏRTAC

Şəhərlərdə yaşıllıqların və açıq sahələrin artırılması prioritetdir və bu, Bakının Baş planında da əsas yer tutur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Milli Şəhərsalma Forumunda "Ekoloji cəhətdən davamlı və dayanıqlı şəhər inkişafı" sessiyasında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Nazir müavini qeyd edib ki, Bakıda hazırda yaşıl sahələr 920 hektar ərazini əhatə edir və 3169 hektara çatdırılması hədəflənib.

2040-cı ilə qədər Bakı Bulvarının ərazisinin də genişləndiriləcəyini deyən Firdovsi Əliyev bulvarın uzunluğunun 25 kilometrdən çox olacağını diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.