REGİONLAR


MDU-da Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş dəyirmi masa təşkil edilib

Bakı, 1 aprel, AZƏRTAC

Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsinin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş “Azərbaycan xalqının heç vaxt unutmayacağı qanlı tarix: 31 Mart 1918-ci il” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə MDU-nun Təhsil fakültəsinin bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantlar iştirak ediblər.

Universitetdən AZƏRTAC-a bildirib ki, dəyirmi masada çıxış edən Təhsil fakültəsinin dekanı, dosent Nizami Zeynalov, Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova və baş müəllim Mətanət Yusifova 104 il əvvəl xalqımıza qarşı xüsusi amansızlıqla törədilmiş soyqırımı barədə tarixi həqiqətləri tələbə gənclərin diqqətinə çatdırıblar və tariximizin qanlı səhifəsini təşkil edən bu faciədən çıxarılası dərslər barədə fikirlərini bölüşüblər.

Çıxışlar ətrafında aparılan müzakirələrdən sonra iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, MDU-da tarixi günlərə həsr edilmiş tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilir, tələbə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi məqsədilə onlar arasında müvafiq maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsinə mühüm əhəmiyyət verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.