REGİONLAR


20 Yanvar qətliamı xalqımıza qarşı düşünülmüş siyasətin növbəti təzahürü idi

Xırdalan, 19 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC

Abşeron rayonunun bütün orta ümumtəhsil müəssisələrində Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinə həsr edilən tədbirlər keçirilir.

AZƏRTAC xəbər verir ki, Novxanı kənd M.Hüseynzadə adına 1 nömrəli tam orta məktəbdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb. Əvvəlcə şagirdlər Novxanı kəndində Şəhidlər xiyabanını ziyarət ediblər.

Məktəbdə davam edən tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Vətənin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bildirilib ki, 1990-cı ilin 20 Yanvar qətliamı XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpağından qovulması bu siyasətin mərhələləridir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq.

Şagirdlər tədbirdə səhnəciklər təqdim edib, şeirlər söyləyiblər.

Sonra dövri mətbuatda çap olunan və Qanlı Yanvar hadisəsini əks etdirən materiallardan ibarət sərgiyə baxış keçirilib, şagirdlərin hazırladıqları rəsm sərgisi ilə tanışlıq olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.