Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

20 Yanvar qırğınında 147 nəfər şəhid olmuşdur

Bakı, 16 yanvar (AZƏRTAC). Son günlər istər respublikamızda, istərsə də Azərbaycan diasporunun mövcud olduğu xarici ölkələrdə 20 Yanvar şəhidlərinin xatirəsini anma mərasimləri keçirilir. Kütləvi informasiya vasitələri həmin tədbirləri geniş şəkildə işıqlandırır. Ancaq dərc edilən materialların böyük əksəriyyətində 20 Yanvar şəhidlərinin sayı haqqında fərqli məlumatlar verilir. Bu məqamlara diqqət çəkən Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir:

- Azərbaycanın öz suverenliyi uğrunda ilk şəhidlərini verdiyi Qanlı Yanvar faciəsindən 23 il ötür. 1990-cı ilin Qanlı Yanvarı tariximizə həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yazılmışdır. Hər il yanvar ayının 20-si ölkəmizdə Ümumxalq Hüzn günü kimi qeyd edilir.

Azərbaycanda suveren, demokratik dövlət yaratmaq amalı ilə ayağa qalxmış xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq, milli azadlıq hərəkatını boğmaq məqsədi ilə 1990-cı il yanvarın 20-də keçmiş sovet ordusunun hərbi hissələri paytaxt Bakıya və respublikanın bir neçə rayonuna yeridilmişdir. Xalqın haqq işinin müdafiəsi naminə küçələrə çıxmış dinc əhaliyə qarşı ağır cinayət törədilmiş, yüzlərlə insan yaralanmış, qəddarcasına qətlə yetirilmiş və itkin düşmüşdür.

Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 31 mart tarixli Fərmanı ilə Qanlı Yanvar faciəsi zamanı həlak olmuş Azərbaycan Respublikası vətəndaşları üçün “20 Yanvar şəhidi” fəxri adı təsis edilmişdir. “20 Yanvar şəhidi” fəxri adı haqqında Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 17 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və dövlət müstəqilliyi uğrunda 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı həlak olmuş və həmin hadisələr nəticəsində aldığı xəsarətdən (yaralanma, travma, kontuziya) vəfat etmiş 137 nəfər Azərbaycan Respublikasının vətəndaşına “20 Yanvar şəhidi” fəxri adı verilmişdir.

“20 Yanvar şəhidi” fəxri adı haqqında Əsasnamənin 2-ci bəndinə əsasən “20 Yanvar şəhidi” fəxri adının verilməsi haqqında vəsatət qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq sənədlər əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir.

Sonradan aparılan araşdırmalar, qanunvericiliklə əldə edilmiş sənədlər əsasında daha 10 nəfərin Qanlı Yanvar hadisələri zamanı şəhid olduqları müəyyən edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəsatətləri nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli Sərəncamı ilə iki nəfər Azərbaycan vətəndaşına, 2003-cü il 27 sentyabr tarixli Fərmanı ilə yenə də iki nəfər Azərbaycan vətəndaşına, 2008-ci il 6 fevral tarixli Sərəncamı ilə isə 6 nəfər Azərbaycan vətəndaşına "20 Yanvar şəhidi" fəxri adı verilmişdir. Beləliklə, 20 Yanvar şəhidlərinin sayı 147 nəfərə çatmışdır.

Prezident Kitabxanası olaraq, üç ildir ki, Qanlı Yanvar faciəsinin miqyasını dünyaya çatdırmaq məqsədi ilə “Təcavüz. 20 Yanvar. Bakı. 1990” adlı elektron nəşr hazırlamışıq. Həmin elektron nəşrdə "20 Yanvar şəhidi" fəxri adı verilmiş 147 nəfərin siyahısını oxuculara təqdim etmişik. Lakin çox təəssüf ki, Qanlı Yanvar faciəsinin ildönümləri ərəfəsində istər ölkə daxilində, istərsə də səfirliklərimiz və diaspor təşkilatlarının xətti ilə keçirilən tədbirlərdə, kütləvi informasiya vasitələrində, hətta bəzi rəsmi qurumların müraciətlərində belə, 1990-cı ildə xalqımıza qarşı törədilən cinayətlər zamanı şəhid olanların sayı müxtəlif rəqəmlərlə göstərilir. Bu yanlışlıqların qarşısını almaq üçün 20 Yanvar şəhidlərinin siyahısını Prezident Kitabxanasının(www.preslib.az) və AZƏRTAC-ın (www.azertag.com) rəsmi saytlarında diqqətə çatdırmağı məqsədəuyğun hesab edirik.

20 YANVAR ŞƏHİDLƏRİ

1. Abbasov Sabir Rzaqulu oğlu

2. Abbasov Zöhrab Heydərəli oğlu

3. Abbasova Fəridə Nəriman qızı

4. Abdullayev Eyyub Mahmud oğlu

5. Abdullayev Tariyel Hacıbala oğlu

6. Abdullayev Zahid Abdulla oğlu

7. Abduyev Tariyel Oruc oğlu

8. Ağahuseynov Ağahəsən Yarı oğlu

9. Ağahüseynov Nurəddin Aslan oğlu

10. Ağaverdiyev Aslan Əlikram oğlu

11. Alimov Ramis Xarisoviç

12. Allahverdiyev İlham Əjdər oğlu

13. Allahverdiyev Nəriman Əmir oğlu

14. Allahverdiyev Ruslan Kamal oğlu

15. Allahverdiyeva Fərizə Çoban qızı

16. Alməmmədov Teymur Yəhya oğlu

17. Atakişiyev Bəhruz Tofiq oğlu

18. Atakişiyev Şakir Xandadaş oğlu

19. Babayev Əlövsət Hidayət oğlu

20. Babayev Fuad Yavər oğlu

21. Babayev Rəhim Vaqif oğlu

22. Babayeva Sürəyyə Lətif qızı

23. Bağırov Baloğlan Həbib oğlu

24. Bağırov Telman Malik oğlu

25. Baxşəliyev Elçin Mirzə oğlu

26. Baxşıyev Salman Babaxan oğlu

27. Bayramov İsabala Əli oğlu

28. Bessantina Vera Lvovna

29. Bədəlov Rövşən Seyfulla oğlu

30. Boqdanov Valeriy Zakiroviç

31. Bünyadzadə Ülvi Yusif oğlu

32. Cabbarov Firuz Vəli oğlu

33. Cavanşirov İlkin Zülqədər oğlu

34. Cəfərov Əbülfəz Böyükağa oğlu

35. Durdıyev Anagəldi

36. Eminov Vəfadar Osman oğlu

37. Əbilhəsənov İlqar Yusif oğlu

38. Əbülfətov Mircamal Mirsaleh oğlu

39. Əhmədov İlqar Hamlet oğlu

40. Ələkbərov Azər Nəsib oğlu

41. Ələsgərov Zaur Rasim oğlu

42. Əliyev Aruz Əhmədəli oğlu

43. Əliyev Bayram Mədət oğlu

44. Əliyev Çingiz Mirzəhüseyn oğlu

45. Əliyev Xalqan Yusif oğlu

46. Əliyev Namiq Kamil oğlu

47. Əliyev Rüstəm Şahvələd oğlu

48. Əliyev Zabulla Xeyrulla oğlu

49. Əliyev Zahid Bayram oğlu

50. Əlizadə Faiq Əbdülhüseyn oğlu

51. Əsədullayev Asif Kamil oğlu

52. Əsgərov Novruz Faiq oğlu

53. Əşrəfov Rəhman İsmixan oğlu

54. Əzizov Habil Komunar oğlu

55. Hacıyev Mübariz Məhəmməd oğlu

56. Həmidov İzzət Atakişi oğlu

57. Həmzəyev Balahüseyn Mirqəzəb oğlu

58. Həsənov Əli Xudaverdi oğlu

59. Həsənov Fuad Əvəz oğlu

60. Həsənov Mehman İbrahim oğlu

61. Həsənov Müzəffər Qəzənfər oğlu

62. Həsənov Sahib Nəsib oğlu

63. Həşimov İsrafil Ağababa oğlu

64. Hüseynov Bəxtiyar Məmməd oğlu

65. Hüseynov Əlimərdan Əbil oğlu

66. Hüseynov Nəriman Vəli oğlu

67. Hüseynov Nizami Polad oğlu

68. Hüseynov Rahib Məmməd oğlu

69. Xammədov Baba Məhəmməd oğlu

70. Xanməmmədov Cəbrayıl Hüseynxan oğlu

71. Xaritonov Vladimir Aleksandroviç

72. İbadzadə Ağamehdi Seyfulla oğlu

73. İbrahimov İbrahim İsmayıl oğlu

74. İbrahimov İlqar Rəşid oğlu

75. İmanov Elçin Beydulla oğlu

76. İsayev Fəxrəddin Xudu oğlu

77. İsayev Müşviq Ağaəli oğlu

78. İsayev Rauf Sultanməcid oğlu

79. İsmayılov Cavad Yunus oğlu

80. İsmayılov Məmmədəli Novruz oğlu

81. İsmayılov Rəşid İslam oğlu

82. İsmayılov Tofiq Babaxan oğlu

83. İsrayılov Ağanəzər Araz oğlu

84. Kazımov Əflatun Həşim oğlu

85. Kərimov Aleksandr Ramazan oğlu

86. Kərimov İlqar İsa oğlu

87. Kərimov Oqtay Eyvaz oğlu

88. Marxevka Aleksandr Vitalyeviç

89. Meyeroviç Yan Maksimoviç

90. Məmmədov Eldar Zeynal oğlu

91. Məmmədov İbiş Behbud oğlu

92. Məmmədov İlham İslam oğlu

93. Məmmədov Kamal Seyidqurban oğlu

94. Məmmədov Mehman Sahibəli oğlu

95. Məmmədov Məmməd Yarməmməd oğlu

96. Məmmədov Rahim Vəliağa oğlu

97. Məmmədov Səxavət Heydər oğlu

98. Məmmədov Şahin Zahid oğlu

99. Məmmədov Vaqif Məmməd oğlu

100. Məmmədov Vidadi Üzeyir oğlu

101. Məmmədova Larisa Fərman qızı

102. Məmmədova Svetlana Həmid qızı

103. Mirzəyev Azad Əliheydər oğlu

104. Mirzəyev Elçin Hüseynqulu oğlu

105. Mirzəyev Vaqif Səməd oğlu

106. Mövlüdov Fuad Fərhad oğlu

107. Muxtarov Rasim Mustafa oğlu

108. Muradov Mehman Əsəd oğlu

109. Mursaqulov İsmayıl Həsən oğlu

110. Musayev Tofiq Ayvaz oğlu

111. Mustafayev Mahir Vaqif oğlu

112. Nəsibov Allahyar İsgəndər oğlu

113. Nəsirov Yanvar Şirəli oğlu

114. Nikolayenko Alla Alekseyevna

115. Nişşenko Andrey Aleksandroviç

116. Novruzbəyli Ağabəy Oqtay oğlu

117. Novruzov Tofiq Heydər oğlu

118. Nuriyev Zahir Zəbi oğlu

119. Orucov Rafiq Ümid oğlu

120. Orucov Rəfael Ümid oğlu

121. Orucov Şəmsəddin Əbilhəsən oğlu

122. Poladi Saleh Əliqulu oğlu

123. Qaibov Ələskər Yusif oğlu

124. Qarayev İlqar Əli oğlu

125. Qasımov Abbas Şamməd oğlu

126. Qasımov Yusif İbrahim oğlu

127. Qeybullayev Elçin Suyəddin oğlu

128. Qəniyev Mirzə Rzabala oğlu

129. Qocamanov Əliyusif Bilal oğlu

130. Quliyev Səxavət Balay oğlu

131. Rəhimov Rəhim İsmayıl oğlu

132. Rəhmanov İslam Oqtay oğlu

133. Rüstəmov Rövşən Məmməd oğlu

134. Rzayev Azad Allahverdi oğlu

135. Sadıqov Yusif Allahverdi oğlu

136. Salahov Şərafəddin Müzəffər oğlu

137. Salayeva Sevda Məmmədağa qızı

138. Semyonov Aleksandr Vladimiroviç

139. Səfərov Vəfadar Ağamirzə oğlu

140. Şərifov Mürvət Rəhim oğlu

141. Tokarev Vladimir İvanoviç

142. Tuxtamışov Fərqat Şərifullayeviç

143. Turabov Tengiz Məmməd oğlu

144. Yaqubov Nüsrət İsmayıl oğlu

145. Yefimiçev Boris Vasilyeviç

146. Yusupov Oleq Kərimoviç

147. Zülalov İsfəndiyar Adil oğlu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib