MƏDƏNİYYƏT


20 Yanvar şəhidlərinin xatirəsi Nizami Kino Mərkəzində “Silahdaşlar” filminin nümayişi ilə anılacaq

Bakı, 19 yanvar, AZƏRTAC

“Salnaməfilm” studiyasının əməkdaşları tərəfindən lentə alınan “Silahdaşlar” sənədli filmi yanvarın 20-də Nizami Kino Mərkəzində nümayişi olunacaq.

Nizami Kino Mərkəzindən AZƏRTAC-a bildirilib ki, 20 Yanvar - Ümumxalq Hüzün Gün ilə əlaqədar bütün komediya janrlı filmlər repertuardan çıxarılacaq. Təmənnasız olaraq nümayiş olunacaq “Silahdaşlar” filmi 2 seansda - saat 12:00 və 15:00-da təqdim ediləcək.

Qeyd edək ki, filmin rejissoru Əməkdar incəsənət xadimi Nizami Abbas, ssenari müəllifi Xalq artisti Ramiz Fətəliyevdir. Filmin müəllifləri kino işçilərinin Qanlı Yanvar hadisələri zamanı hansı şəraitdə işlədiklərini göstərmək istəyiblər. Ekran əsərində 20 Yanvar faciəsindən əvvəl və sonra baş verən hadisələr öz əksini tapıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.