20 Yanvar qan yaddaşımızdır
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “20 Yanvar qan yaddaşımızdır” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edənlər Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış 20 Yanvar faciəsindən bəhs edərək xatirələrini bölüşüblər.
Daha sonra “Aytam” Uşaqların və Gənclərin Mədəni Maarifləndirilməsi İctimai Birliyi üzvlərinin ifasında 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər və Azərbaycan Milli Konservatoriyası nəzdində musiqi kollecinin tələbələrinin ifasında musiqi kompozisiyaları səsləndirilib.