SİYASƏT


Sədaqət Vəliyeva: Sərhəd Komissiyasının yaradılması Brüssel görüşündə konkret nəticələrin əldə olunmasının göstəricisidir

Bakı, 26 may, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən görüşdə əldə olunan nəticələr ölkəmizin maraqlarının və regionda sülhün təmin olunması baxımından çox əhəmiyyətlidir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sədaqət Vəliyeva söyləyib.

Deputat bildirib ki, görüşün başa çatmasından bir gün sonra mayın 23-də Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam imzaladı. Eyni zamanda, Ermənistanın baş naziri Paşinyan da Azərbaycanla sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın yaradılması haqqında fərman imzaladı. Artıq Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Sərhəd Komissiyasının ikinci iclasının gələn həftə Moskvada keçirilməsi ilə bağlı razılıq da əldə olunub.

S.Vəliyeva bildirib ki, bütün bunlar Brüssel görüşünün səmərəli keçdiyinin və görüşdən konkret nəticələrin əldə olunmasının göstəricisidir: “Eyni zamanda Brüssel görüşündə nəqliyyat əlaqələrinin açılması, sülh sazişinə dair məsələlərlə bağlı bir sıra razılıqların əldə olunması yaxın zamanlarda Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanacağından xəbər verir”.

Deputat Azərbaycanın maraqlarının təmin olunması istiqamətində əldə edilən uğurların dövlətimizin başçısının həyata keçirdiyi müdrik, uzaqgörən siyasətin nəticəsi olduğunu vurğulayıb.

“Dünya ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli, müdrik və uzaqgörən siyasətçi kimi ölkəsinin maraqlarını hər şeydən üstün tutduğunun bir daha şahidi oldu”, - deyə Sədaqət Vəliyeva qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.