Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

AMEA “TEKNOFEST Azərbaycan”da intellektual texnoloji məhsullar təqdim edir

AMEA “TEKNOFEST Azərbaycan”da intellektual texnoloji məhsullar təqdim edir

Bakı, 26 may, AZƏRTAC

“TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya Festivalında AMEA-da aparılan tədqiqatların nəticəsi olan yüksək texnologiyalar nümayiş etdirilir.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, “TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində keçiriləcək sərgidə AMEA-ya geniş sahəni əhatə edən xüsusi pavilyon ayrılıb.

Elmimizin geniş şəkildə təbliğinə böyük imkanlar açan mötəbər tədbirdə AMEA bu qurumda aparılmış uzunmüddətli tədqiqatların nəticəsi olan rəqabətədözümlü, intellektual texnoloji məhsulları nümayiş etdirmək üçün 6 elmi-tədqiqat müəssisəsi və akademiyanın nəzdində fəaliyyət göstərən Yüksək Texnologiyalar Parkının (YTP) 5 rezidenti ilə təmsil olunur.

Festival çərçivəsində keçiriləcək sərgidə AMEA-nın Radiasiya Problemləri İnstitutu da təmsil olunur. Elmi müəssisənin alimləri tərəfindən hazırlanmış yüksək texniki göstəricilərə və geniş imkanlara malik iki texnoloji həll sərgidə nümayiş olunur. Onlardan biri keçilməz və təhlükəli dağ relyefində radiasiya monitorinqini aparmağa imkan verən cihazdır. Bu cihaz pilotsuz uçuş aparatlarının üzərində yerləşdirilmiş radiometrdən ibarətdir. Minalardan təmizlənməmiş ərazilərdə, keçilməz relyeflərdə radiasiya monitorinqinin tam mənzərəsinin əldə olunması prosesin pilotsuz uçuş aparatları üzərində radiasiya detektorlarının yerləşdirilməsi ilə mümkün olacaq. İnstitut, eyni zamanda, festivalda yol tikintisi, mədən işləri və s. xüsusi məqsədlər üçün partlayıcı maddələrin uzaqdan idarə olunmasına imkan verən cihaz da təqdim edir.

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun təqdim etdiyi innovativ yenilik artıq dünyanın bir çox ölkələrində sınaqdan keçirilib və neft-qaz sənayesində həyata keçirilən işlərin səmərəliliyinin artırılmasında mühüm rol oynayır. İnstitutun mütəxəssisləri karbohidrogenlərin çıxarılması, nəqli və saxlanılması həlləri ilə bağlı təqdimatda karbohidrogenlərin axın və süzülmələri zamanı yaranan çətinliklər, onların aradan qaldırılması məsələləri ilə əlaqədar tədqiqatlar, alınan patentlər, bu istiqamətdə effektivliyin artırılması üçün yaradılan innovativ texnologiyalar, onların müəyyən sənaye sahələrində tətbiqi barədə məlumat verəcəklər. Eləcə də institut müxtəlif diametr və relyefə malik boru kəmərlərinin təmizlənməsi, yüksək qaz faktorlu neft quyularının boğulması, kənar suların izolə edilməsi, lay daxilində yaradılan CO₂ qaz-maye aralığı ilə neftvermə əmsalının artırılması və neft quyularında hasilatın intensivləşdirilməsi texnologiyaları ilə festival iştirakçılarının qarşısına çıxacaq.

İnformasiya Texnologiyaları İnstitutunun müəllifi olduğu “Industry 4.0” texnologiyalarına əsaslanan layihələr bu gün üçün son dərəcə aktual olan texnoloji problemləri əhatə edir. Festival çərçivəsində keçirilən sərgidə institut tərəfindən dəniz neft və qaz platformalarında çalışan işçilərin sağlamlığının və təhlükəsizliyinin intellektual idarə olunması sistemi, vətəndaş məmnuniyyəti əsasında göstərilən dövlət xidmətlərinin qiymətləndirilməsi, e-dövlət platformasında e-demoqrafiya sisteminin konseptual modeli, bulud texnologiyalarında böyük verilənlərin effektiv analizi və kiberhücumların aşkarlanması üsullarının işlənməsi, böyük həcmli verilənlərin intellektual analizi üçün paralelləşdirilmiş k-means alqoritmi ilə bağlı layihələrin təqdim olunması nəzərdə tutulur.

Festivalda İdarəetmə Sistemləri İnstitutunun təqdim etdiyi mikrokompüter müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının adaptasiya oluna bilən idarəetmə sisteminin funksiyalarını həyata keçirmək üçün işlənib-hazırlanıb. Sərgidə mikrokompüterin təqdimatı ilə yanaşı, real uçuş aparatının virtual nümayişi də nəzərdə tutulur.

Neft-Kimya Prosesləri İnstitutu və AMEA Yüksək Texnologiyalar Parkının (YTP) rezidenti olan “İNKOR” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) də birgə layihələri ilə sərgidə təmsil olunur. Sərgidə iki müəssisənin birgə layihələri olan, əsaslı yol təmir-tikintisində istifadə üçün yaradılmış və bu günədək əsaslı yolların çəkilməsində geniş tətbiq olunan xüsusi qatqı, o cümlədən yanğınları söndürmək üçün hazırlanmış və çay, göl və dəniz sularında işləyə bilən xüsusi kimyəvi reagentin soyuq sınaqları və poliqonda aparılan sınaqları ilə bağlı videogörüntülər, Naftalan nefti əsasında və ölkəmizin dərman bitkilərinin yağlarından istifadə etməklə hazırlanmış bir neçə dərman preparatının istehsal texnologiyası, eyni zamanda, xərçəng xəstəliyi törətmək potensiallı komponentlərə malik olmayan 11 növ təbii tərkibli dezodorantların nümunələri təqdim olunur. Bunlarla yanaşı, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını, otlaq sahələrində yem ehtiyatlarının artırılmasını təmin etməyə imkan verən və analoqlarından kəskin fərqlənən üçkomponentli gübrələrin və şərti adı “Qarabağ - 1” “Qarabağ - 2” , “Qarabağ - 3” və “Qarabağ - 4” kimi müəyyən edilmiş bitkilərin boy stimullaşdırıcılarının da sərgidə nümayişi nəzərdə tutulan məhsullar sırasındadır.

Festival iştirakçıları Biofizika İnstitutunun alimlərinin də elmi nailiyyətləri ilə tanış ola bilər. İnstitut Milli Onkologiya Mərkəzi ilə birgə süni intellektin tətbiqi ilə ağciyər xərçəngi xəstələrini 80-90 faiz dəqiqliklə identifikasiya etməyə imkan verən yeni model yaradıb. Yeni skrinninq metodu ağciyər xərçənginin erkən aşkarlanması üçün böyük əhəmiyyət kəsb edir. Bu texnologiya ağciyər xərçənginin təyinində insanın qan plazmasından istifadəni nəzərdə tutur.

Sərgidə AMEA YTP-nin rezidenti olan “Elm və Texnologiyalar Parkı” MMC ziyarətçiləri yerli pilotsuz uçuş aparatları ilə tanış edəcək. Rezident tərəfindən təqdim olunan məhsul xüsusi spektral kameralar vasitəsilə torpağın analizi və bitkilərin böyüməsinin öyrənilməsini nəzərdə tutur. Bu texnologiya sayəsində həm şumluq sahələrin, həm də bitki örtüyü olan ərazilərin monitorinqini aparmaq mümkündür. Texnologiya, həmçinin torpağın münbitliyinin qorunmasına və məhsuldarlığın artmasına şərait yaradır.

YTP-nin digər rezidenti – “BEYT” MMC-nin təqdim edəcəyi “Smart” arı yeşiklərinin də ziyarətçilərin marağına səbəb olacağı gözlənilir. Qeyd edək ki, yeşiklərə yerləşdirilmiş xüsusi sensorlar sayəsində arıçılıq təsərrüfatı ilə məşğul olan sahibkarların əraziyə mütəmadi getməsinə ehtiyac qalmayacaq. Onlar uzaq məsafədən mobil telefon vasitəsilə yeşiyin vəziyyətinə nəzarət edə biləcəklər. “Ağıllı” yeşiklər temperatur, coğrafi yerləşmə və yerdəyişmə, arıların hərəkəti və xəstəliklərinin diaqnostikası kimi funksiyaları yerinə yetirmək kimi üstünlüklərə malikdir.

Texnoparkın rezidenti “Təcrübə-Sənaye Zavodu” MMC isə festivalda rəqabətqabiliyyətliliyi ilə seçilən və bir çox keyfiyyətlərinə görə analoqlarından fərqlənən bitki əsaslı sürtkülər və sürtkü materialları, mineral, sənaye, mühərrik, hidravlik və transmissiya yağları və s. məhsullarını təqdim edir. Həmçinin sərgidə ilk dəfə olaraq müəssisənin məhsulu olan hərbi təyinatlı yağlar da nümayiş etdiriləcək.

Qeyd edək ki, sözügedən məhsulların hazırlanmasında AMEA-nın Aşqarlar Kimyası, Neft-Kimya Prosesləri institutlarının mütəxəssisləri yaxından iştirak ediblər. Bu məhsullar qeyd olunan institutlarla birgə həyata keçirilən layihələr çərçivəsində istehsal edilib və həmin texnoloji məhsullara institutların mütəxəssisləri tərəfindən patentlər alınıb.

Texnoparkın rezidentlərindən olan “Proline Chemicals”MMC də festivalda təmsil olunur. Yüksəkkeyfiyyətli və effektiv professional yuyucu və təmizləyici vasitələrin istehsalı ilə məşğul olan rezident sərgidə mikro və makro silikon emulsiyalarından istifadə olunmaqla müxtəlif bərk səthlər üzərində nanohissəciklərdən ibarət hidrofob və antistatik qoruyucu təbəqə yaradan vasitələrini nümayiş etdirəcək.

Festival çərçivəsində ziyarətçilər YTP-nin inkubator rezidenti “Troniq” MMC-nin təqdim etdiyi süni intellektə əsaslanan robotla da tanış olmaq imkanı əldə edəcəklər. Yoluxucu xəstəliklərin, virusların və mikrobların yayılmasının qarşısını almaq üçün hazırlanmış “Seit-uv” robotu öncədən müəyyən edilmiş marşrut üzrə bütün maneələri aşaraq dezinfeksiya işlərini həyata keçirmək imkanına malikdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib