ELM VƏ TƏHSİL


Mikrobiologiya İnstitutunda doktorant və dissertantların yay imtahan sessiyası keçirilib

Bakı, 27 may, AZƏRTAC

Mayın 27-də AMEA-nın Mikrobiologiya İnstitutunda doktorant və dissertantların yay imtahan sessiyası keçirilib. İnstitutdan AZƏRTAC-a bildirilib ki, Hüseyn Rəsulzadə ümumi biologiyanın əsasları fənni üzrə fərq imtahanı, Fəridə Süleyman isə mikologiya ixtisası üzrə doktorluq imtahanı veriblər. İddiaçılar 2 saat 30 dəqiqə müddətində imtahan biletlərini yazılı və şifahi cavablandırıblar.

İmtahan institutun baş direktoru, komissiyanın sədri Pənah Muradov, komissiyanın üzvləri dosentlər Könül Baxşəliyeva, Samirə Nəcəfova, biologiya üzrə fəlsəfə doktoru Günel Qasımova və müəssisənin Təhsil şöbəsinin müdiri Aygün Qasımovanın iştirakı ilə keçirilib. Komissiya üzvləri imtahanın gedişatını yaxından izləyib. İmtahan uğurla başa çatıb.

İmtahan prosesini AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin Doktorantura sektorunun müdiri Tubuxanım Qasımzadə və şöbənin əməkdaşı Sevinc Həsənova izləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.