REGİONLAR


Bərdədə Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib

Bərdə, 28 may, AZƏRTAC

Bərdə şəhər 1 nömrəli Uşaq incəsənət məktəbində 28 May - Müstəqillik Gününə həsr olunmuş “Vətənim Azərbaycan” adlı solo konsert keçirilib. Məktəbin şagirdi Nuray Əlisoyun solo konsertində Bərdə Regional Mədəniyyət İdarəsinin əməkdaşları, müəllim və şagirdlər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən regional idarənin rəisi Vəsilə Möhsümova Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, həmin dövrdə görülən işlərdən danışıb, Azərbaycan xalqının XX əsrin əvvəlində müsəlman Şərqində ilk demokratik respublika yaratmasının mühüm tarixi nailiyyət olduğunu qeyd edib.

V.Möhsümova 23 ay fəaliyyət göstərən Xalq Cümhuriyyətinin üçrəngli bayrağını yenidən ucaldan və Azərbaycanın əbədi müstəqilliyini təmin edən şəxsiyyətin ümummilli lider Heydər Əliyev olduğunu vurğulayıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində Azərbaycan daha da möhkəmlənib və yeni bir dövrə qədəm qoyub.

Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi xalqımızın qədim və zəngin dövlətçilik tarixinə böyük ehtiramının göstəricisidir. Bu gün çiçəklənən və uğurlu inkişaf yolu ilə davam edən Azərbaycan ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında dünya miqyasında tanınır.

“Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsində bizlərə zirvələri fəth edən qalib xalq qüruru yaşatdı. Lider və qurucu rəhbər kimi tariximizin şanlı səhifəsini yazdı. Dəmir iradəsi, cəsarəti, sərhədsiz kreativ düşüncəsi və yüksək zəkası ilə Azərbaycanı dünya miqyasında söz sahibi etdi” – deyə Regional İdarənin rəisi bildirib.

Konsert Bərdə şəhər 1 nömrəli Uşaq incəsənət məktəbinin ikinci sinif şagirdi Nuray Əlisoyun ifasında rəngarəng musiqi nömrələri ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.