REGİONLAR


Balakəndə “Rubik kubunu yığma” təlimi təşkil olunub

Balakən, 28 may, Mustafa Dadaşov, AZƏRTAC

Balakən rayon Gənclər və İdman İdarəsi, Gənclər evi sosial xidmət müəssisəsi və Azərbaycan Kub Assosiasiyasının birgə təşkilatçılığı ilə rayon gəncləri üçün "Rubik kubunu yığma" təlimi təşkil olunub. Təlimdə skautlar, məktəblilər, könüllülər, Gənclər evinin əməkdaşları iştirak ediblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən rayon Gənclər və İdman İdarəsindən məlumat verilib.

Bildirilib ki, 5 saat davam edən təlim zamanı 18 iştirakçı kub yığmaq üçün alqoritmlərlə, metodlarla tanış olublar.

Qeyd edək ki, iyunun 15-də Gənclər evində Rubik kubunu yığmağı bacaran yeniyetmə və gənclər arasında yarışın keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.