DÜNYA


İspaniya hökuməti müdafiə xərclərini ÜDM-in 2 faizi səviyyəsinə yalnız 2030-cu ildə çatdıra bilər

Madrid, 30 iyun, AZƏRTAC

2014-cü ildə Şimali Atlantika Alyansının üzvü olan ölkələr 10 il ərzində müdafiə xərclərini ÜDM-in 2 faizi səviyyəsinə çatdırmaq öhdəliyi götürüblər.

AZƏRTAC xəbər verir ki, İspaniyanın Baş naziri Pedro Sançes NATO-nun Madrid sammitində çıxış edib. O bildirib ki, ölkənin müdafiə xərcləri ÜDM-in 2 faizi səviyyəsinə yalnız 2028-2030-cu illərdə çata bilər. Bu halda İspaniyanın müdafiə xərcləri (hazırda bu xərclər təqribən 10 milyard avroya bərabərdir) praktiki olaraq iki dəfə artacaq.

NATO-nun məlumatına görə 2021-ci ildə İspaniya müdafiə xərcləri üçün ÜDM-in 1,03 faizinə ekvivalent məbləğ ayırıb. Beləliklə, İspaniya Alyansın üzvü olan ölkələr arasında həmin göstərici üzrə axırdan ikinci yerdədir. Krallıq bu göstəriciyə görə yalnız Lüksemburqdan irəlidədir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.