ELM VƏ TƏHSİL
Peşə məktəblərinə elektron tələbə qəbulunun II mərhələsi keçiriləcək
Bakı, 12 avqust, AZƏRTAC
2022/2023-cü tədris ili üçün peşə təhsili müəssisələrinə elektron tələbə qəbulunun II mərhələsinə avqustun 30-da start veriləcək.
Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, II mərhələ sentyabrın 5-dək davam edəcək.
Xatırladaq ki, 2022/2023-cü tədris ili üzrə elektron tələbə qəbulunun I mərhələsi avqustun 1-dən 12-dək davam edib. Qəbul 66 peşə məktəbində 127 ixtisas olmaqla 23 min 340 yer üzrə aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:18]
Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir
- 26.04.2024 [18:38]