ELM VƏ TƏHSİL


Şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi qəlblərdə yaşayır

Bakı, 27 sentyabr, AZƏRTAC

Azərbaycan Texniki Universitetində (AzTU) 27 Sentyabr - Anım Gününə həsr olunan tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Tədbirdə universitet rəhbərliyi, şəhid tələbə və məzunların ailə üzvləri, müəllim və tələbələr iştirak ediblər.

Əvvəlcə AzTU-nun həyətində Şəhidlər abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Tədbir torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra 27 Sentyabr - Anım Gününə həsr edilən video nümayiş olunub.

Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Vətən müharibəsində qazanılan Böyük Zəfər hələ uzun illər hərb sahəsi üzrə mütəxəssislərin araşdırma mövzusu olacaq.

Tələbələrin vətənpərvərlik hisslərinin yüksək olduğunu qeyd edən rektor bildirib ki, 44 günlük Vətən müharibəsində universitetin tələbə və məzunları arasında 35 nəfər şəhid olub. Ərazi bütövlüyümüz uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi hər zaman qəlblərdə yaşayacaq.

Daha sonra 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan tələbə və məzunların valideynləri çıxış ediblər. Onlar övladları ilə bağlı xatirələrdən danışıblar. 44 günlük Vətən müharibəsində həyat yoldaşları şəhidlik zirvəsinə yüksələn AzTU-nun II kurs tələbələri də ordumuzun qazandığı Zəfərlə bağlı təəssüratlarını bölüşüblər. AzTU-nun məzunu, Vətən müharibəsi qazisi Elnur İsgəndərli torpaqlarımızın düşməndən azad edilməsi uğrunda qəhrəmanlıq göstərən şəhidlərimizin və qazilərimizin fədakarlığından danışıb.

Tədbir AzTU tələbələrinin hazırladıqları bədii kompozisiya ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.