Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycan Ağsaqqallar Şurasında şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb

Bakı, 27 sentyabr, AZƏRTAC

27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Ağsaqqallar Şurasının iclası keçirilib.

Şuradan AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, deputat, akademik Əhliman Əmiraslanov, müavinlər – deputat, professor Eldar İbrahimov, professor Elmira Süleymanova, Bayram Yusifov, professor Vahid Novruzov, İdarə Heyətinin üzvləri – deputat, akademik Ziyad Səmədzadə, deputat, professor Aqiyə Naxçıvanlı, akademik Arif Həşimov, professorlar Misir Mərdanov və İbrahim Quliyev, Akif Rəfiyev, həmçinin Şuranın Aparat rəhbəri Ramin Həsənli, böyük məsləhətçi-hüquqşünas Kamal Əliyev, təşkilatın digər rəsmi şəxsləri Zahid Abbasov, Rafiq Rzayev, Vüqar Əmiraslanov, Elşad Quliyev və o cümlədən Bakı şəhərinin rayonlarının ağsaqqallar şuralarının sədrləri iştirak ediblər.

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Əhliman Əmiraslanov qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-də həyata keçirdiyi növbəti hərbi təcavüzə cavab olaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğal altındakı torpaqlarımızın azad edilməsinə başlayıb. Qəhrəman əsgər və zabitlərimiz, bütövlükdə xalqımız 44 günlük Vətən müharibəsində yüksək əzm və iradə ilə bir yumruq kimi birləşib düşmənə sarsıdıcı zərbələr endirərək ərazi bütövlüyümüzü bərpa ediblər. Müharibə dövründə və sonra Azərbaycana qarşı güclü beynəlxalq təzyiqlərin olduğunu deyən natiq qardaş Türkiyənin ölkəmizə göstərdiyi əvəzsiz dəstəkdən, Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı dostluq, qardaşlıq münasibətlərindən, Şuşa Bəyannaməsinin yüksək əhəmiyyətindən söz açıb. Azərbaycan üçün belə həssas dönəmlərdə “sapı özümüzdən olan baltaların”, “düşmən dəyirmanına su tökən” vətən xainlərinin olduğunu da təəssüflə vurğulayan Respublika Ağsaqqallar Şurası sədrinin birinci müavini Əhliman Əmiraslanov hər bir vətəndaş kimi ağsaqqallarımızın da onlara qarşı barışmaz mövqe tutmalarının, bu şəxslərin cavablarını ciddi və qətiyyətli şəkildə vermələrinin vacib olduğunu bildirib.

Sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin başçılıq etdiyi Azərbaycan Ordusunun, qəhrəman əsgərlərimizin işğal altında olan yurd yerlərimizin mənfur erməni tapdağından azad etməsindən, 30 illik münaqişəyə 44 gün ərzində, özü də heç kimin köməyi olmadan son qoyulmasından bəhs edib. Vurğulayıb ki, tarixi ədaləti bərpa edən Ordumuzun şücaəti, Prezident İlham Əliyevin qətiyyəti, iradəsi, güclü dövlət siyasəti nəticəsində artıq Qarabağ adlı münaqişəyə son qoyulub. Hazırda ölkəmizdə bütün sahələrdə gedən inkişaf prosesindən, işğaldan azad edilmiş topaqlarımızdakı böyük quruculuq işlərindən söz açan natiq qeyd edib ki, tezliklə bütün soydaşlarımız öz doğma el-obalarına dönəcəklər.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Elmira Süleymanova öz çıxışında xalqımızı Zəfərə aparan yoldan – ulu öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətdən, ciddi iqtisadi islahatlardan, mükəmməl ordu quruculuğundan bəhs edib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu məsuliyyətli və şərəfli yolu böyük müvəffəqiyyətlə davam etdirməsindən və nəticədə qazanılan möhtəşəm Qələbədən söz açıb. Vurğulayıb ki, biz – ağsaqqallar, ağbirçəklər gənclərimizə keçdiyimiz bu çətin yollardan, görülən işlərdən bəhs etməliyik, onları maarifləndirməliyik. Onlar bilməlidirlər ki, bu Zəfər asanlıqla əldə olunmayıb, bu şərəfli yol asanlıqla qət edilməyib. Biz xoşbəxt xalqıq ki, ulu öndər Heydər Əliyev kimi böyük şəxsiyyətimiz olub və bu gün onun işıqlı yolunun layiqli davamçısı Prezident İlham Əliyev kimi Müzəffər Ali Baş Komandanımız var”.

Daha sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri – akademiklər Arif Həşimov və Ziyad Səmədzadə, professor Misir Mərdanov, Akif Rəfiyev və başqaları qeyd ediblər ki, son illərdə biz xalq olaraq tariximizin ən mürəkkəb, ən çətin və eyni zamanda, ən məsuliyyətli və şərəfli dövrünü yaşayırıq. 44 günlük Vətən müharibəsində bütün Azərbaycan xalqı, rəşadətli Ordumuz ölkəmizin müdrik rəhbəri Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi sıx birləşərək misli olmayan Zəfər qazanıb. Vətən müharibəsində igidlik göstərib tarix yazan mərd övladlarımızı – qəhrəman şəhidlərimizi və qazilərimizi heç zaman unutmayacağıq.

Sonda Yasamal Rayon Ağsaqqallar Şurasının sədri, “Cabir Novruz” Mədəniyyət fondunun rəhbəri Cavanşir Qurbanov fondun adından Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevə güc və həmrəylik rəmzi olan “Dəmir yumruq” hədiyyəsi bağışlayıb.

İclasdan sonra tədbir iştirakçıları II Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin məzarları önünə gül dəstələri düzüblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar