Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Teatr Muzeyinin “Cənnətim Qarabağ” rubrikası davam edir

Bakı, 29 sentyabr, AZƏRTAC

“Şuşa İli” çərçivəsində Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən həyata keçirilən “Cənnətim Qarabağ” adlı rubrika davam edir.

Muzeydən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində növbəti təqdimat Azərbaycan xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri, adı musiqi tariximizə qızıl hərflərlə yazılmış Cabbar Qaryağdıoğluna həsr olunub.

Cabbar Qaryağdıoğlu XIX əsrin II yarısında yetişən və milli musiqimizin inkişafında böyük rol oynayan sənətkarlardan biridir. O, 1861-ci il mart ayının 31-də Azərbaycanın dilbər guşələrindən biri olan Şuşanın Seyidli məhəlləsində anadan olub. Atası Məşədi İsmayıl ailəsini dolandırmaqdan ötrü kənddə boyaqçılıq edirdi. Özü yoxsulluğun çətinliklərinə bələd olduğu üçün oğlunun bir peşəyə yiyələnməsinə xüsusi diqqət yetirir, öz sənətini ona öyrətməyə çalışırdı. Lakin Şuşanın zəngin ədəbi mühitinin təsirindən balaca Cabbarda da musiqiyə böyük meyil oyanmışdı. O da böyük qardaşları kimi məhərrəmlik təziyadarlığında növhə oxumağa, şəbih tamaşalarında, dini mərasimlərdə, el şənliklərində çıxış etməyə həvəs göstərirdi. Çox çəkmir ki, Cabbar gözəl məlahətli səsi, yanıqlı oxu tərzi ilə bütün şəhərdə ad çıxarır və məclislərin bəzəyi olur. Onun bir peşəkar xanəndə kimi yetişməsində tarzən Sadıqcanın rolu danılmazdı. Gənc xanəndə 20 yaşınadək Sadıqcanla birgə Qarabağın bütün məclis və toy şənliklərində iştirak edirdi. Bu da onun şöhrətini Gəncə, Şamaxı, Bakı və daha uzaqlara yayırdı.

XIX əsrin sonu və XX əsrin əvvəllərində teatrın ən çox fəaliyyət göstərdiyi mərkəzlərdən biri Şuşa idi. 1881-ci ildə Şuşada realni məktəbinin açılışı, eləcə də məşhur musiqişünas Xarrat Qulunun musiqi məktəbi açaraq gənc xanəndələri bu ocağa cəlb etməsi şəhərin mədəni həyatına müsbət təsir göstərir. Həmin dövrdən etibarən Şuşada teatr tamaşaları müntəzəm şəkil alır. Hər yay tətili zamanı hazırlanan tamaşalarda, Şərq konsertlərində Bədəl bəy Bədəlbəyli, Firudin bəy Köçərli, Əbdürrəhim bəy Haqverdiyev, Əbdülbaqi Zülalov, Məşədi Zeynal, Sadıqcan kimi bir çox tanınmış şəxsiyyətlərlə bərabər Cabbar Qaryağdıoğlu da iştirak edirdi. Xanəndənin Azərbaycanda opera sənətinin meydana gəlməsində böyük rolu olub. İlk dəfə Məcnun və Fərhad obrazları məhz onun adı ilə bağlıdır. Həmçinin ilk milli operamızın ərsəyə gəlməsində də xanəndənin dolayısı ilə rol oynadığı da məlumdur. Belə ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin “Bakinski raboçi” qəzetində çıxan “Leyli və Məcnundan Koroğluyadək” adlı məqaləsindən belə bəlli olur ki, o, Ə.Haqverdiyevin hazırlamış olduğu “Məcnun Leylinin qəbri üstündə” tamaşasında C.Qaryağdıoğlunun yanıqlı səsindən təsirlənərək “Leyli və Məcnun” operasını yaradıb.

C.Qaryağdıoğlu klassik Azərbaycan poeziyasının gözəl bilicisi idi və öz repertuarında Nizami Gəncəvi, Məhəmməd Füzuli, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan və digər Azərbaycan şairlərindən qəzəllər və təsniflər oxuyardı. Bu da həm muğamın, həm də klassik poeziyamızın xalq arasında daha geniş yayılıb sevilməsinə səbəb olub. Onun ifasındakı “Heyratı”, “Mənsuriyyə”, zərb muğamları, “Kürdü-Şahnaz”, “Mahur”, “Rast” və başqa muğamlar musiqi tariximizin qızıl fonduna daxildir.

Xanəndə güclü və təkrarolunmaz səsinin sayəsində qısa zaman kəsimində vətənin hüdudlarını aşaraq başqa ölkələrdə də şöhrət qazanmışdır. Belə ki, 1906-1915-ci illərdə Qərbin bir sıra səsyazma şirkətləri Şərqin məşhur xanəndələrinin səslərini qrammofon vallarına yazırdılar. Onların dəvəti ilə Cabbar Qaryağdıoğlu da tarzən Qurban Pirimovun daxil olduğu üçlük ilə bərabər Moskva, Kiyev və Varşava şəhərlərinə gedərək səsini qrammofon valına yazdırıb. Eyni zamanda, o, dəfələrlə İran şahlarının, Türkiyə sultanlarının məclislərinə dəvət olunub və öz gözəl ifası ilə bütün saray əhlini məftun edib.

C.Qaryağdıoğlu əsl sənətkar kimi xalqına və incəsənətin inkişafına xidmət edirdi. O, mədəniyyət tariximizdə yalnız xanəndə deyil, həmçinin görkəmli ustad olaraq da qalıb. Azərbaycan Dövlət Konservatoriyasının təşkilatçılarından biri olmuş və uzun illər burada muğam sənətindən dərs demiş və istedadlı kadrların yetişməsində böyük əmək sərf etmişdir. Seyid Şuşinski, Bülbül, Davud Səfiyarov, Zülfü Adıgözəlov, Xan Şuşinski, Cahan Talışinskaya, Yavər Kələntərli, Mütəllim Mütəllimov kimi görkəmli muğam ustaları məhz C.Qaryağdıoğlunun tələbələri olublar. O, pedaqoji fəaliyyətlə məşğul olduğu dövrdə klassik muğam musiqisinin təkmilləşdirilməsi üzərində işləyərək “Rast”, “Segah”, “Çahargah” muğamlarına yeni-yeni çalarlar əlavə edib.

Musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərinə və səmərəli yaradıcılıq fəaliyyətinə görə müxtəlif illərdə Xalq artisti fəxri adı və Şərəf nişanı ordeni ilə təltif edilib.

Ömrünün 60 ilini xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnını işləyib milli xanəndəlik sənətini yaratmağa həsr edən, Azərbaycan xalq musiqisinin canlı tarixi, ensiklopediyası adlandırılan Cabbar Qaryağdıoğlu 1944-cü il aprelin 20-də 83 yaşında Bakıda vəfat edib. Onun əziz xatirəsi xalqımızın yaddaşından heç vaxt silinməyəcək, miras qoyduğu zəngin irsi ilə daim könüllərdə yaşayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ