İDMAN
“Porşe” Formula 1 yarışlarına qatılmaqdan imtina edib
Bakı, 30 sentyabr, AZƏRTAC
“Porşe” şirkəti Formula 1 yarışlarına qatılmaqdan imtina edib.
AZƏRTAC xəbər verir ki, şirkət “Red Bull” komandası ilə anlaşa bilmədiyi üçün belə bir qərar qəbul edib. “Porşe” Avstriya komandasını mühərriklə təmin etmək öhdəliyini üzərinə götürüb. Amma “Red Bull” rəhbərliyi belə olacağı məqamda Almaniya şirkətinin təsiri altına düşəcəyindən ehtiyatlanıb. Nəticədə “Red Bull” ilə anlaşa bilməyən “Porşe” ümumiyyətlə Formula 1-ə qatılmamaq qərarına gəlib.
Almaniya şirkətinin geri çəkilməsindən sonra bəzi mənbələr “Honda”nın yenidən Formula 1-ə qayıtmağa hazırlaşdığı ilə bağlı məlumatlar yayıb. Həmçinin “Ford”un da Formula 1-ə gəlişi müzakirə olunur. Bu xəbərlər təsdiqini tapacağı halda, həmin komandalar 2027-ci ildən Formula 1-də iştirak edəcəklər. Bunun üçün isə 2023-cü ilin iyunun 30-dək qeydiyyatdan keçmək lazımdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [23:07]
Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb
- 26.04.2024 [21:50]
Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib
- 26.04.2024 [20:36]
Hidayət Heydərov dördqat Avropa çempionu olub
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]