REGİONLAR


Vətən müharibəsi şəhidi Xəyal Namazovun xatirəsi anılıb

Beyləqan, 4 oktyabr, AZƏRTAC

Xocavənd rayon sakini Xəyal Namazovun Vətən müharibəsində şəhadətə yüksəlməsindən iki il keçir. Bu münasibətlə Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində yerləşən “Şəhidlər” Memorial Abidə Kompleksində anım mərasimi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları şəhidlərin məzarları önünə qərənfillər düzərək, onların əziz xatirəsinə ehtiramlarını bildiriblər. Canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunub, xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Vətən müharibəsində qazanılan Zəfərdən, şəhid Xəyal Namazovun döyüş yolundan danışıb. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda gedən 44 günlük mübarizədə xalqımızın bir yumruq kimi həmrəylik, əzm və iradə nümayiş etdirdiyini, əsgərlərimizin, zabitlərimizin qəhrəmanlıq salnaməsi yazaraq, düşmən üzərində parlaq Qələbə qazandığını bildirib.

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi mayor Bəxtiyar Hümbətov və şəhidin ailə üzvləri, müəllimləri, döyüş yoldaşları çıxış edərək, Azərbaycanın bu tarixi zəfərinin əldə olunmasında xalqımızın həmrəyliyindən, əsgərlərimizin, zabitlərimizin keçdiyi döyüş yollarından, göstərdikləri şücaətlərindən, Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını kobud surətdə pozmasından, Müzəffər Ali Baş Komandanın iradəli və qətiyyətli mövqeyindən geniş söhbətlər açıblar.

Sonda Xocavənd 4 nömrəli və Salakətin kənd tam orta məktəbinin şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.