Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanı Zəfərdən – Zəfərə aparan yollar VİDEO

Prezident İlham Əliyevin güclü Azərbaycan - güclü ordu
 konsepsiyası real nəticələr verir

Bakı, 8 noyabr, AZƏRTAC

Otuz il və 44 gün. Bu rəqəmlərin arxasında nələr dayanır? İlk növbədə, Azərbaycan xalqının böyüklüyü və məğlubedilməzliyi, Azərbaycanın İlham Əliyev kimi müdrik, dəmir iradəyə malik qətiyyətli Liderinin olması. Vətən müharibəsi başlayan ilk gündən “bizi heç kəs dayandıra bilməz”, - deyən Müzəffər Ali Baş Komandanımız təkcə hərb meydanında deyil, informasiya cəbhəsində, diplomatiya müstəvisində də mübarizə apardı və hər üç savaşda qalib gəldi.

Qarabağ Zəfəri nələri dəyişdi? Biz torpaqlarımızı azad etməklə yalnız Qələbə qazanmadıq. Azərbaycan və onun Lideri dünyanın gözündə qat-qat ucaldı, ölkəmizə münasibət 180 dərəcə dəyişdi. Bütün dünya gördü ki, Azərbaycanla, onun Prezidenti ilə zor dilində danışmaq olmaz. Azərbaycan otuz il əvvəlki Azərbaycan deyil. Xüsusən Qarabağ Zəfərindən sonra onun nüfuzu, sözünün çəkisi birə-beş artıb. Dünya gücləri bu gün bizimlə hesablaşır, regionumuzda postmüharibə dövrünün gündəliyini Prezident İlham Əliyev diktə edir. Brüssel danışıqları, Praqa və Soçi görüşləri bunu bir daha əyani olaraq təsdiqlədi. Vətən müharibəsinin regionda yaratdığı geosiyasi reallıqların böyük dövlətlər və əsas beynəlxalq təşkilatlar tərəfindən birmənalı qəbul edilməsi bunun bariz göstəricisidir.

Qarabağ Zəfəri, eyni zamanda, ədalətin zəfəri, haqqın təntənəsidir. BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalan dörd qətnaməsini özü icra edən Azərbaycan ATƏT-in vasitəçilik missiyasından qətiyyətlə imtina edir. Niyə də etməyək? Dünyanın üç super dövlətini, Təhlükəsizlik Şurasının beş üzvündən üçünü - ABŞ, Rusiya və Fransanı təmsil edən Minsk qrupu onilliklər boyu nə iş gördü, nəyi dəyişə bildi? Əksinə, məlum oldu ki, onların məqsədi münaqişəni həll etmək yox, işğalı əbədiləşdirmək idi. Minsk qrupunu dirçəltmək, yenidən dövriyyəyə qatmaq cəhdləri bu gün də müşahidə olunur. Prezidentimiz nə deyir? Keçməz, bizim artıq öz haqqımızı qorumaq, revanşistləri yerində oturtmaq üçün yetərincə gücümüz var. Son vaxtlar Ordumuz Ermənistan tərəfinin hər bir təxribatına artıqlaması ilə cavab verir, göstərir ki, revanşist fikirlərə düşmək əbəsdir.

x x x

Vətən müharibəsi, Qarabağ Zəfərinə aparan yol cəmi 44 gün çəkdi. Bəs, bu şanlı Qələbənin arxasında nələr dayanır? Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Qələbə strategiyası, Prezidentimiz İlham Əliyevin illər boyu səbirlə, müdrikcəsinə apardığı yorulmaz mübarizə, zamanın tələbinə uyğun atılan düşünülmüş addımlar, yerli-yerində edilən diplomatik gedişlər. Təkcə Ermənistana qalsaydı, bu iş çox-çox əvvəl, daha asanlıqla başa gələrdi. Qarşımızda dayanmağa onun nə iqtisadi, nə də hərbi gücü vardı. Havadarlarına arxalanır, güvənirdi. Onların kimlər olduğu artıq gün kimi aydındır. Bəziləri, məsələn, Fransa, İran onu açıq şəkildə dəstəkləyir. Bunu üstüörtülü edənlər də var.

Müharibə başlayanda Nikol Paşinyan kim qalmadı ki, zəng etməsin, kömək diləməsin, yalvarmasın: amandır Azərbaycanı dayandırın. Prezidentimiz bütün təzyiqlərə mərd-mərdanə sinə gərdi, prinsipiallıq və qətiyyət göstərərək sözünü birbaşa dedi: Bizi heç kim, heç bir qüvvə dayandıra bilməz. Biz axıradək gedəcəyik.

Belə də oldu. İki ildir ki, Qarabağ həsrəti bitib, məğlub xalq damğası üstümüzdən götürülüb. İki ildir ki, başımız uca, alnımız açıqdır.

Prezidentimiz hələ dövlət başçısı seçildiyi ilk illərdə Ermənistanın siyasi-iqtisadi baxımdan iflasa uğrayacağını öncədən görürdü. Bunu dilə gətirməklə qonşuları düzgün yola çağırırdı: uduzan siz olacaqsınız, biz isə yalnız irəli gedəcəyik.

Sitat: Azərbaycanın mövqeyi ədalətlidir, vaxt bizə işləyir və beynəlxalq hüquq da bizim tərəfimizdədir. Digər tərəf bunu nə qədər tez başa düşərsə, bu, onlar üçün yaxşı olar (Fransa Beynəlxalq Əlaqələr İnstitutunda görüş, 23 yanvar 2004).

Dövlətimizin başçısı görürdü ki, Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar imitasiya xarakteri daşıyır. Bu vəziyyət - status-kvo sonsuza qədər davam edə bilməzdi. Günlərin birində Paşinyan dedi: “Qarabağ Ermənistandır və nöqtə”. Bu, əslində, danışıqlar prosesinə nöqtə qoymaq idi. Prezidentimiz nə dedi? “Qarabağ Azərbaycandır və nida işarəsi!”.

Bu gün dillər əzbəri olan həmin ifadəni Prezident İlham Əliyev hələ 18 il əvvəl - 2004-cü il aprelin 29-da beynəlxalq arenada - Strasburqdakı Avropa Sarayında keçirilən mətbuat konfransı zamanı səsləndirmişdi, Ermənistana və onu müdafiə edənlərə öz mesajını vermişdi.

Sitat: Azərbaycanın mövqeyi aydındır və dəfələrlə bəyan edilib. Bu bəyanatlarla indiyədək tanış olmağa imkanınız olmayıbsa, mən sizin yadınıza salım: Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə, yaxud Ermənistanın bir hissəsi olmasına razılıq verməyəcək. Dağlıq Qarabağ Azərbaycanındır!

x x x

Dünya tarixinə nəzər yetirsək, hətta məşhur sərkərdələrin hesablamalarında yanıldıqlarını, müharibələri uduzduqlarını görərik. Söhbət təkcə hərbi gücdən, qoşunların sayından getmir. Bunlar vacib amillər olsa da, vaxt və məqam düzgün seçilməlidir. Bu yerdə ulu öndərimiz Heydər Əliyevin illər öncə dediyi sözlər yada düşür: Biz Qarabağa qayıdacağıq, hökmən qayıdacağıq, buna vaxt lazımdır.

O zaman bəziləri bunu təskinlik hesab edirdi. Əslində isə müdrik Heydər Əliyev sanki bu günü illər öncədən görür, Qarabağın azad olunacağına qəlbən inanırdı. Təsadüfən demirdi ki, onun başladığı işləri İlham Əliyev tamamlayacaq. Vətən müharibəsi bunun daha bir parlaq sübutu oldu.

Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfər yürüşünə başlamaq əmri verəndə vaxtı düzgün seçdi, Azərbaycanın və Ermənistanın gücünü, dünyada və regionda yaranmış yeni geosiyasi vəziyyəti nəzərə aldı və hesablamalarında yanılmadı. Şuşanın azad edilməsindən hələ 24 gün əvvəl nə dediyi yadınızdadırmı: “Şuşasız bizim işimiz yarımçıq olar”. O vaxt bu, bəlkə də çoxlarına xəyal kimi görünürdü. Çünki Şuşaya yol sıldırım qayalıqlardan, dərin dərələrdən keçirdi. Düşmən son dərəcə əlverişli mövqedə idi, oraya tanklar, toplar yığmışdı. Ordumuzun ümidi isə yalnız yüngül silahlara idi. Əsgərlərmiz bunu bacaracaqdımı? Bacardı! Yolsuzluq şəraitində uzun məsafə qət edərək yüngül silahlarla düşməni pərən-pərən saldı, bayrağımızı qala qapısının üstünə sancdı.

Azərbaycan xalqının Vətən müharibəsi, Şuşanın fəthi müasir hərb tarixində nadir hadisədir, bir çox cəhətdən fenomendir. Beş-onunu birnəfəsə saymaq olar:

- Azərbaycan Ordusu düşmənin 30 ildə qurduğu möhkəmləndirilmiş istehkamları 3-4 gündə yarıb keçdi.

- Ermənistan ordusunda 10 min fərari olduğu halda, bizim bir əsgərimiz də döyüş meydanından qaçmadı.

- Qarabağdan ana qucağında, ayaqyalın çıxmış uşaqlar doğma yurda tankların üstündə qayıtdılar.

- Qarabağ Zəfərinin zirvəsi olan Şuşa əməliyyatı dünya hərb tarixinə yazıldı.

- Çətin relyef şəraitində minimum itkilərlə maksimum nəticə əldə edildi.

- Xalq-Prezident-Ordu birliyi dəmir yumruğa çevrilərək düşmənin belini qırdı...

XXI əsrin hərb tarixində buna bənzər müharibə olubmu? Bilən, eşidən, görən varsa, qoy desin.

Müharibənin yazılmış və yazılmamış qanunları var. Ordu ordu ilə, əsgər əsgərlə döyüşər, üzbəüz, mərd-mərdanə. Kim güclüdürsə, o da qalib gələr. Azərbaycan müharibəni məhz belə apardı. Bəs, Ermənistan nə etdi? Mülki insanları hədəfə aldı, Gəncəyə, Bərdəyə, Tərtərə ballistik raketlər atdı, yüzədək dinc insanı, uşaqları, qadınları qətlə yetirdi. Əslində, Azərbaycanın əlində daha güclü silahlar vardı, istəsəydi, lap İrəvanı vurardı. Müzəffər Ali Baş Komandanımız bunu rəva görmədi, Ordumuz şəhidlərin, öldürülən günahsız insanların qisasını döyüş meydanında aldı. Dünyaya kimin kim olduğunu bir daha göstərdi.

Qarabağ Zəfərində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük xidmətləri də bu gün minnətdarlıq duyğuları ilə xatırlanır. Prezidentimiz İlham Əliyevin ən yaxın və sədaqətli silahdaşı olan Mehriban xanım torpaqlarımızın azad olunması uğrunda mübarizəyə güclü siyasi-mənəvi dəstək verirdi. Onun xalqa hər bir müraciəti, milli həmrəyliyə hər bir çağırışı böyük əks-səda doğurur, hər kəsi təsirləndirirdi. Müharibə günlərində etdiyi dualar qəbul olundu, Allah bizə Qarabağ torpağını öpmək xoşbəxtliyi nəsib elədi.

Vətən müharibəsindən dərhal sonra Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu Şuşada və azad olunan digər torpaqlarımızda tarixi-dini abidələrin bərpasına başladı. Bu nəcib təşəbbüs Qarabağda və Şərqi Zəngəzurda quruculuq işlərinə güclü təkan olmaqla, özünə çoxsaylı ardıcıllar tapdı.

x x x

Bütün parametrlərə baxdıqda, birmənalı demək olar ki, Azərbaycanın son 200 illik tarixində buna bənzər Qələbə olmayıb. Təkcə Azərbaycan tarixindəmi? Müasir dövrümüzdə postsovet məkanında, hətta dünya miqyasında heç bir dövlət, heç bir xalq işğal olunmuş torpaqlarını hərb yolu ilə, özü də belə qısa müddətdə azad edə bilməyib. Bu mənada Azərbaycan dövləti, Azərbaycan xalqı, sözün əsl mənasında, tarix yazdı. Otuz il işğal altında qalan ərazilərini ildırım sürəti ilə - cəmi 44 günə geri qaytara bildi.

Bu, nəyin sayəsində mümkün oldu? Qarabağ Zəfəri mövzusundakı yazılarımda bununla bağlı düşüncələrimi paylaşmışam. Maraqlananlar tanış ola bilərlər.

Azərbaycan tarix yazır: yolumuz Qarabağadır

Publisistik düşüncələr: Günəşli payızın qırx dörd anı

“Xarıbülbül”ün qayıdışı və Şuşadan dünyaya verilən mesajlar

Qalibiyyət formulu: Dahi sərkərdə, dəmir yumruq, əzmkar xalq

Postmüharibə dövrünün reallıqları: Regionun gündəliyini Azərbaycan diktə edir.

Təkrarçılığa varmamaq üçün bu dəfə mövzuya başqa prizmadan - beynəlxalq hüquq və ədalət, zaman-zaman məruz qaldığımız ikili standartlar prizmasından yanaşmaq istərdim.

İkinci Dünya müharibəsindən sonra - 1945-ci ilin oktyabrında ən güclü 50 dövlət yığışıb Birləşmiş Millətlər Təşkilatı (BMT) adlı qurum yaratdı (hazırda bu təşkilatın mandat sistemi 190-dan çox dövləti - ümumilikdə Yer kürəsi ərazisinin 80 faizini əhatə edir). Hər bir dövlətin sərhədləri müəyyənləşdi və sərhədlərin toxunulmazlığı BMT tərəfindən elan olundu. Məqsəd o idi ki, heç bir dövlət başqasının ərazisinə göz dikməsin, özgəsinin torpağını zəbt etməsin. Diplomatik dillə desək, BMT-nin əsas missiyası münaqişələrin sülh yolu ilə tənzimlənməsi, kollektiv qərarlar qəbul etməklə beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanmasıdır.

Bəs, BMT bu missiyanı necə yerinə yetirir? BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxarılması barədə dörd qətnaməsi (822, 853, 874 və 884 saylı qətnamələr) təxminən 30 il kağız üzərində qaldı. Halbuki bu qəbildən olan bir çox digər qətnamələr mürəkkəbi qurumamış icra olunub. Məsələn, beynəlxalq birlik 32 il əvvəl İraqın Küveyti işğal etməsinə çox sərt reaksiya verdi. Təhlükəsizlik Şurası qətnamə qəbul edərək İraq qoşunlarının Küveyt ərazisindən dərhal çıxmasını tələb etdi. Səddam Hüseyn buna məhəl qoymadı. Sonra nə baş verdi? Qətnamənin qəbulundan heç yarım il keçməmiş BMT-də əsas söz sahiblərindən biri olan ABŞ “Səhrada tufan” əməliyyatına başladı və 40 gündə İraq ordusunu Küveytdən vurub çıxardı.

Niyə? Çünki Vaşinqtonun Küveytdə böyük sərmayələri və strateji hədəfləri vardı. Bəs, beynəlxalq birlik, həmin ABŞ Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsinə necə yanaşdı? İcrası bizdən başqa heç kimi düşündürməyən qətnamələr, qərarlar, söz olaraq qalan bəyanatlar...

Biz illər boyu Qarabağa, Xocalıya ədalət istədik. Bir neçə dövlət, Amerikanın dörd-beş ştatı istisna olmaqla, beynəlxalq birlik harayımıza səssiz qaldı.

ABŞ-ın Azərbaycanda Küveytdəki qədər sərmayəsi yoxdur. Bəs, ədalət, beynəlxalq hüquq? Bu, o Amerika, o Fransadır ki, yüz il əvvəl baş verdiyi iddia edilən, ortada heç bir dəlil-sübutu olmayan uydurma erməni genosidini tanıyır, amma dünyanın gözü qarşısında törədilmiş Xocalı qətliamını tanımaq istəmir.

Yaxud götürək ATƏT-i, onun Minsk qrupunu. Biz hələ indi görürük ki, Ermənistan işğal altında saxladığı torpaqları nə hala salıb, yüzlərlə şəhər və kəndimizi yer üzündən silib. Ağdamı “Qafqazın Xirosiması” adlandırırlar. Təkcə Ağdamımı? Cəbrayıl, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın, Füzuli də o gündədir. Daşüstə-daş qoymayıblar.

Biz iki il əvvəl dağıntıların miqyasını dəqiq görə bilmirdik. Amma ATƏT-in Minsk qrupu, onun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri otuz il bu yollarla o baş-bu başa şütüyürdülər, nələr baş verdiyini yaxşı görürdülər. Görür və susurdular.

Bir nəfər durub dedimi ki, işğala, vandalizmə son qoyulmalıdır? Həmin BMT, həmin ATƏT işğalçıya, terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistana heç bir təzyiq göstərmədi, vəhşicəsinə törədilmiş soyqırımına soyuqqanlı, necə deyərlər, özgə dərdi kimi yanaşdı. İşğalçı və işğala məruz qalan ölkə nəticə etibarilə tərəzinin eyni gözünə qoyuldu.

Amerikansayağı, fransızsayağı, russayağı ədalət görünür elə bu cürdür.

x x x

Beynəlxalq hüquqda böyük-kiçik, güclü-zəif dövlət anlayışı yoxdur, hər bir suveren ölkə bərabər hüquqa malikdir. Reallıqda isə əksini görürük. Ukrayna ətrafında baş verən hadisələr buna ən yeni misal ola bilər. Baxın, ABŞ başda olmaqla, bütün Qərb, NATO ölkələri ayağa qalxıb. Rusiyaya qarşı dünya tarixində indiyədək görünməmiş sanksiyalar tətbiq olunur. Amma Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayan Ermənistana qarşı bircə sanksiya da tətbiq olunmadı, təcavüzkarı dayandırmaq üçün bircə təsirli addım da atılmadı. Bu cür ögey-doğmalıq edilməsəydi, münaqişə 30 il uzanmaz, vəziyyət bu yerə gəlib çıxmazdı.

Açıq-aydın görünən ikili standartlara, ayrı-seçkiliyə rəğmən, Prezident İlham Əliyev öz müdrik siyasəti, gələcəyə hesablanmış qərarları ilə bütün maneələri qətiyyətlə dəf edə bildi.

Dünyamızda bu gün beynəlxalq hüquq və ədalət yox, güc amili öndədir. Güclüsənsə səninlə hesablaşırlar, zəifsənsə gözardı edirlər. Məhz bu acı reallığı nəzərə alan Prezidentimiz Azərbaycanı güclü, qüdrətli dövlətə çevirməyi qarşıya əsas hədəf kimi qoymuşdu. Ordumuzu hər vasitə ilə gücləndirirdi, diplomatiya müstəvisində ardıcıl, yorulmaz, düşünülmüş iş aparırdı. İllər ötdükcə Azərbaycan gücləndi, dünyada sözü keçən qüdrətli dövlətə çevrildi. Ulu Öndərimizin illər öncə böyük uzaqgörənliklə dediyi vaxt, şərait 2020-ci ilin payızında yetişdi. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mənasız danışıqlar masasından çəkilərək Orduya hücum əmri verdi. Bu, o vaxt edildi ki, təcavüzkar Ermənistan “yeni ərazilər uğrunda yeni müharibə” barədə açıq bəyanatlar səsləndirirdi, sərhəddə, işğal altındakı ərazilərimizə yaxın yerlərdə aramsız təxribatlar törədirdi. Prezidentimiz “müharibə etmək olmaz” deyənlərə birmənalı, ötkəm cavab verirdi: Biz torpaqlarımızı nəyin bahasına olursa- olsun azad edəcəyik.

Belə də oldu. Güclü Azərbaycan-güclü Ordu konsepsiyası sonda real nəticəsini verdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Vətən müharibəsinə başlayan xalqımız, rəşadətli Ordumuz işğala son qoyaraq həm də ədaləti, haqqı bərpa etdi. Öz gücünə, kənardan heç bir yardım almadan bərpa etdi. Torpaqlarımız hərbi-siyasi yolla azad olundu. Dövlətimizin başçısı 44 gündə xarici mediaya, nüfuzlu telekanallara 30-dək müsahibə verdi, münaqişənin səbəbləri barədə əsl həqiqətləri, Azərbaycanın ədalətli, haqlı mövqeyini bütün dünyaya çatdırdı.

Bunun özü də müasir münaqişələr və müharibələr tarixində bir fenomendir.

x x x

İstər 44 günlük Vətən müharibəsi, istərsə də şanlı Zəfərimizdən ötən 730 gündə baş verənlər Azərbaycanın gücünün əyani göstəricisi, sübutudur. XXI əsrin müharibəsini aparan Azərbaycan Şuşada, azad edilmiş digər ərazilərdə inanılmaz, möhtəşəm bərpa-quruculuq işləri görür. Yenə də öz gücünə, kənardan heç bir yardım almadan.

Azərbaycanı Zəfərdən - Zəfərə aparan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən postkonflikt dövrünün quruculuq konsepsiyası nümunəvi model kimi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Bir tərəfdə minalar təmizlənir, bir tərəfdə yollar çəkilir, tunellər və körpülər tikilir, həyati əhəmiyyətli digər infrastruktur obyektləri bir-birinin ardınca işə salınır, “Böyük Qayıdış”a doğru ilk addımlar atılır. Artıq Ağalıdakı “Ağıllı kənd”də onlarla ailə məskən salıb, şəhərlərin Baş planları təsdiqlənib. Zəfər Günü ərəfəsində Zəngilanda beynəlxalq aeroport açıldı. Qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın obrazlı sözləri ilə desək, qısa müddətdə Azərbaycan burada sıfırdan başlayaraq yenidən ayağa qalxır, İlham Əliyevin liderliyi ilə qəhrəmanlıq dastanından sonra indi də Qarabağın inkişaf dastanı yazılır. İşğaldan azad edilmiş ərazilərdə bu qədər çətin dövrdən sonra bir il ərzində ən müasir iki hava limanı açmaq hər ölkənin bacara biləcəyi bir iş deyil.

2020-ci ilin 44 günündə Azərbaycanda on milyon ürək bir ürək kimi Qarabağın azad edilməsi uğrunda savaşan qəhrəman əsgərlərimiz üçün döyünürdü, qələbə eşqi ilə çırpınırdı. İki ildir ki, həmin on milyon ürək yenə eyni ahənglə Qarabağ üçün, düşmənin viran qoyduğu qədim diyarımızın dirçəlişi üçün döyünür. Verdiyi hər sözü, hər bir vədi yerinə yetirən Prezidentimiz deyir ki, Qarabağı cənnətə çevirəcək. Həmin gün addım-addım yaxınlaşmaqdadır.

Zəfər Günü xalqımızın ən əziz, ən şərəfli günləri sırasında yer alıb. Allah bu günü, bu şərəf və qüruru bizə bəxş etmiş qəhrəman şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Biz bu möhtəşəm Qələbəyə görə onlara borcluyuq.

Zəfəriniz, Zəfərimiz mübarək!

Aslan Aslanov

AZƏRTAC-ın İdarə Heyətinin sədri

OANA-nın vitse-prezidenti

Dünya Xəbər Agentlikləri Konqresi Şurasının və UNA-nın İcraiyyə Şurasının üzvü

Azərbaycanı Zəfərdən – Zəfərə aparan yollar VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

II Beynəlxalq Opera Festivalı “Arşın mal alan” operettasının premyerası ilə açılıb

“CawaMedia” agentliyi UFC-nin Azərbaycanda keçiriləcək ilk turniri barədə məlumat yayıb

Ukrayna Baş nazirinin müavini: Kiyev kapitulyasiyaya deyil, danışıqlara hazırdır

“Türkiye” qəzeti: Fransanı qovan Afrika ölkələri Ankara ilə yaxınlaşır

Qazaxıstan və Pakistan hərbi əməkdaşlığı gücləndirir

Azərbaycanın sikkələri “Poklonnaya qora”da ucaldılacaq abidənin bir hissəsi olacaq

İtaliya Kuboku: “Milan” derbidə “İnter”i məğlub edərək finala yüksəlib

Almaniyada 575 nəfər “təhlükəli şəxs” kimi qeydə alınıb

Türkiyə Prezidenti: Dövlət olaraq bütün qurumlarımızla millətimiz üçün çalışmağa davam edəcəyik

“Sea Breeze Walk of Fame” xiyabanında Rüstəm İbrahimbəyovun ulduzunun açılışı baş tutub

Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

İstanbulda baş verən zəlzələdən sonra 127 afterşok qeydə alınıb

Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Azərbaycan Kuboku: “Sabah” “Neftçi”yə qalib gələrək finala yüksəlib

Tramp: Krım müzakirə mövzusu deyil

Rumıniya, Bolqarıstan və Yunanıstan mətbuatı Prezident İlham Əliyevin Çinə səfərindən yazıb

Qubada qəzalı körpü 60-dan çox yaşayış məntəqəsi ilə əlaqəni çətinləşdirib

Bakının nəqliyyat infrastrukturundakı layihələrlə bağlı AİB ilə əməkdaşlıq imkanları müzakirə edilib

Sahibə Qafarova TBMM sədri Numan Kurtulmuşla telefon danışığı aparıb

YAP nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib

Azərbaycanın turizm potensialı Qazaxıstanda nümayiş etdirilir

Xəstəxanadaxili infeksiyaların idarə olunması mövzusu müzakirə edilib

NDU-da idarəetmədə və təhsildə rəqəmsallaşdırmaya dair II Respublika Elmi konfransı işə başlayıb

Baş nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı olub

Denis Beçiroviç Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 13-cü Qlobal Bakı Forumuna dəvət olunub

Lord David Evans: Azərbaycanın infrastrukturu Orta Dəhlizin uğurunda həyati rol oynayır

Masallıda şəhid övladları üçün dulusçuluq üzrə master-klas təşkil edilib

İsmayıl Əfəndiyev: Bütün dünya xəstəxanadaxili infeksiyalar və artan antibiotik istifadəsi problemi ilə üzləşir VİDEO

İsmayıl Əfəndiyev: Bütün dünya xəstəxanadaxili infeksiyalar və artan antibiotik istifadəsi problemi ilə üzləşir VİDEO

Şəki Təhsil sektorunun komandası bilik yarışının region mərhələsinin qalibi olub

Yaqut Qarayeva: Hazırda xəstəxanadaxili infeksiyalar bütün dünyada aktual problemdir VİDEO

Yaqut Qarayeva: Hazırda xəstəxanadaxili infeksiyalar bütün dünyada aktual problemdir VİDEO

Fransa prezidentinin Madaqaskar səfərinin görünən və görünməyən tərəfləri: Xalq Makrondan üzr istəməyi tələb edir

DİN: Avtobus zolağına daxil olan sürücülərə xəbərdarlıq VİDEO

DİN: Avtobus zolağına daxil olan sürücülərə xəbərdarlıq VİDEO

Şirvan-Salyan regionunda Uşaq İncəsənət Festivalının seçim mərhələsi başlayıb VİDEO

Şirvan-Salyan regionunda Uşaq İncəsənət Festivalının seçim mərhələsi başlayıb VİDEO

Bərdə bazarında satışa çıxarılan süd məhsullarında uyğunsuzluq aşkarlanıb

® “Ziraat Bank” Azərbaycan 11-ci filialını müştərilərin istifadəsinə təqdim edib

Azərbaycanlı rejissor Bişkekdə ustad dərsi keçib

Ağcabədidə sahibkarlarla növbəti görüş təşkil olunub

Bakıda yeni parklanma yerləri təşkil edilib

ADPU ilə Xarəzm Vilayəti Pedaqoji Ustalıq Mərkəzi əməkdaşlıq edəcək

Azərbaycan Kuboku: "Qarabağ" finala vəsiqə qazanıb

ADNSU ilə Bolqarıstanın Cənub-Qərb Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

“İstilik təchizatı haqqında” qanun layihəsi Milli Məclisin iclasında müzakirəyə tövsiyə olunub

Azərbaycanla Çinin strateji tərəfdaşlığı bu ölkələrin eyni siyasi baxışa malik olmasından güc alır ŞƏRH

Masallının Böyük Xocavar kəndində evdə yanğın olub

İqtisadi-ticarət əlaqələrinin inkişafına dair Azərbaycan-Çin sənədləri imzalanıb

Azərbaycan cüdo üzrə Avropa çempionatında ilk medalını qazanıb

Rusiya mətbuatı Prezident İlham Əliyevin Çinə səfərindən yazıb

® “Azercell” audiokitabları hər kəs üçün əlçatan edir!

“Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi keçirilib

Azərbaycan Ağırlıqqaldırma Federasiyasında Avropa çempionatının yekunları müzakirə olunub

“Sağlamlığa doğru qaç!” – bu dəfə həkimlər yarışdılar

Azərbaycanda ilk dəfə “Youth Cybersecurity Forum 2025 ” adlı tədbir keçirilib

Qafqaz Müsəlmanları İdarəsinin sədri İspaniyaya səfər edəcək

Qarabağ və Şərqi Zəngəzurda aktiv məşğulluq proqramları genişlənir

Rəşad Mahmudov: İcbari tibbi sığorta sistemi ilə paralel olaraq, yüksək texnoloji tibbi prosedurların geniş şəkildə tətbiqinə başlanılıb VİDEO

Rəşad Mahmudov: İcbari tibbi sığorta sistemi ilə paralel olaraq, yüksək texnoloji tibbi prosedurların geniş şəkildə tətbiqinə başlanılıb VİDEO

İcma: Ermənistan həqiqətin ortaya çıxarılmasına və barışığa xidmət edən addımlarımıza qarşı çıxır

Parlamentin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

Dini konfessiyaların rəhbərləri katolik kilsəsini ziyarət ediblər

Masallıda 600-dən çox Xan çinar və şam ağacı əkilib

Azərbaycan-Çin münasibətlərinin inkişafı qlobal iqtisadiyyata töhfə verəcək – deputat

Azərbaycan məhsullarının “Alibaba” üzərindən Asiya ölkələri, Okeaniya və Körfəz regionuna çıxış imkanları artıb

Ağanağı Axundovun şəxsi arxivindən nadir kinomateriallar Dövlət Film Fonduna təhvil verilib

Erik Rudenşold: Azərbaycan olmasa, Mərkəzi Asiya ilə Avropa arasında bağlantı mümkün deyil

Naxçıvan şəhərində Milli Müdafiə Universitetinin xüsusi təyinatlı təhsil müəssisələrinə qəbulun təşviqi aparılıb

Şamaxıda bədbəxt hadisə: Abşeron rayon sakini dağlıq ərazidə yıxılaraq ölüb

Professor Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib

Çernobıl əlilindən xəbərdarlıq: Metsamor fəlakəti qapıdadır

Papa Fransisk dünyadan vəsiyyətsiz köçüb

“Zəkaların mübarizəsi” olimpiadasının Qarabağ regionu üzrə qalibi müəyyənləşib

Son illər formalaşan kibertəhlükəsizlik ekosistemi Azərbaycan üçün dayanıqlı müdafiə mühiti yaradıb

Britaniyalı fotoqraf Konqo çayı hövzəsindəki meşələrin ən çətin görünən heyvanlarını kameraya çəkib

BANM tələbələri ölkəmizi İtaliyada təmsil edəcəklər

İstanbulda baş verən zəlzələ zamanı 151 nəfər yaralanıb VİDEO

İstanbulda baş verən zəlzələ zamanı 151 nəfər yaralanıb VİDEO

Zəngilan və Cəbrayıl sakinlərinə kənd təsərrüfatı dronlarından istifadəyə dair onlayn təlimlər keçirilir

ADA İbtidai Məktəbində Beynəlxalq Yer Günü qeyd edilib

"Ailə və icma məsələlərində yerli özünüidarəetmənin təsir mexanizmləri” adlı konfrans keçirilib

Azərbaycan paralimpiyaçısı növbəti reytinq xallarını qazanıb

Prezident İlham Əliyevin Çinə dövlət səfəri strateji tərəfdaşlığı dərinləşdirəcək - ŞƏRH

“Zəkaların mübarizəsi”nin Bakı üzrə regional mərhələsinin qalibləri müəyyənləşib

Lyublyanada “Yeni qlobal geosiyasət və Qərbi Balkanlar” mövzusunda 32-ci Ali Səviyyəli Toplantı keçiriləcək

Qobustanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Çernobıl hadisəsi sönmüş bir od olsa da, tüstüsü bu gün də davam edir

Milli Kitabxanada Ukrayna dilində “Əli və Nino” kitabının təqdimatı keçirilib

Axtarışda olduğuna görə Albaniyada tutulan şəxs Azərbaycana ekstradisiya ediləcək

Çexlər getdikcə daha çox əcnəbilərlə ailə qururlar

Çində alkoqolizmdən qurtulmaq üçün çip implantasiyası əməliyyatı keçirildi

Azərbaycan-Çin münasibətləri strateji əməkdaşlıq səviyyəsindədir ŞƏRH

Almaniyaya əfqan mirantların qəbulu hökumət dəyişikliyinə qədər dayandırılıb

Vahid Məhkəmə Portalında müflisləşmə sahəsində mübahisələrə dair hesabat hazırlanıb

“Patriot” hava hücumundan müdafiə sisteminin rəqibi “Ground Fire 300” radarı təqdim edilib

“Bakının baharı” adlı klassik musiqi konserti təşkil olunub

BMU-da Kənd Təsərrüfatı Nazirliyinin layihəsi ilə bağlı vorkşop keçirilib

Dövlət Komitəsinin sədri Oğuz rayonunda vətəndaşların müraciətlərini dinləyib

Avropa Voleybol Konfederasiyasının prezidenti Bakıya səfər edəcək

Tekstil və tekstil avadanlıqları üzrə yeni standartlar qəbul ediləcək

WWF ofisinin əlaqələndiricisi: Azərbaycan COP29 təcrübəsini təkcə Braziliya ilə deyil, bütün ölkələrlə bölüşməyə hazırdır

Azərbaycanda saxlanılan Rusiya vətəndaşı ölkəsinə ekstradisiya edilib

ANAMA Dövlət Məşğulluq Agentliyi ilə birgə təlim və peşə kursları təşkil edib

Vəkillər istintaq təcridxanalarında məhkum və həbs edilmiş şəxslərə pulsuz hüquqi yardım göstərib

Son bir saatda İstanbulda səkkiz zəlzələ olub