İDMAN


Qadın şahmatçılarımız dünya reytinqində irəliləyiblər

Qadın şahmatçılarımız dünya reytinqində irəliləyiblər

Bakı, 1 dekabr, AZƏRTAC

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni reytinq siyahısı açıqlanıb.

AZƏRTAC xəbər verir ki, norveçli dünya çempionu Maqnus Karlsenin (2859 xal) başçılıq etdiyi siyahıda Azərbaycan şahmatçıları Teymur Rəcəbov (2747 xal, 11-ci yer) və Şəhriyar Məmmədyarovun (2740 xal, 14-cü yer) mövqeləri dəyişməyib.

Kişi şahmatçılarımızdan Qədir Hüseynov (2661 xal) 84-cü yerdə qərarlaşıb, Rauf Məmmədov və Nicat Abbasov isə ilk “100-lük”dən kənarda qalıblar.

Qadın şahmatçılarımızdan Xanım Balacayeva və Gülnar Məmmədova iki pillə irəliləyiblər. Belə ki, X.Balacayeva (2379 xal) 71-ci, G.Məmmədova (2376 xal) 76-cı pillədədirlər.

Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva 1 pillə geriləyiblər. G.Məmmədzadə (2472 xal) 21-ci, Ü.Fətəliyeva (2428 xal) 37-ci, G.Beydullayeva (2387 xal) isə 63-cü yerləri tutublar.

Qadın şahmatçıların reytinq siyahısına çinli Yifan Hou (2638 xal) başçılıq edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.