İDMAN


Qonsalu Ramuş - mundiallar tarixində het-trik edən ən gənc futbolçu

Qonsalu Ramuş - mundiallar tarixində het-trik edən ən gənc futbolçu

Bakı, 7 dekabr, AZƏRTAC

Portuqaliya millisi Qətərdə keçirilən futbol üzrə dünya çempionatının pley-off mərhələsində İsveçrəni 6:1 hesabı ilə məğlub edərək üçüncü dəfə mundialın dörddəbir final mərhələsinə yüksəlib. Yığma komanda 1966-cı və 2006-cı illərdəki uğurunu təkrarlayıb.

AZƏRTAC xəbər verir ki, Portuqaliya seçməsi tarixində ilk dəfə pley-off matçında 6 qol vurulub. Matçda het-trik edən portuqaliyalı Qonsalu Ramuş isə ilkə imza atıb. Belə ki, hücumçu mundiallar tarixində het-trik edən ən gənc futbolçu olub. O bu uğura 20 yaş 261 günlüyündə nail olub. Əvvəlki rekord macar Florian Albertə məxsus idi.

Qeyd edək ki, dünya çempionatının dörddəbir final mərhələsində Niderland millisi Argentina, İngiltərə yığması Fransa, Xorvatiya seçməsi Braziliya, Mərakeş isə Portuqaliya ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.