CƏMİYYƏT


Dövlət Məşğulluq Agentliyi ilə Türkiyənin İŞKUR qurumu əlaqələri genişləndirir

Bakı, 9 dekabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Türkiyə İş Qurumu Baş İdarəsinin (İŞKUR) nümayəndə heyəti ilə görüş keçirilib. Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli ölkələrimiz arasında sosial təminat sahəsi üzrə əlaqələrdən bəhs edib. Agentlik tərəfindən aktiv məşğulluq proqramlarının genişləndirilməsi məqsədilə görülən işlərdən, məşğulluq sahəsində son illər innovativ həllərin geniş tətbiqi əsasında aparılan islahatlardan söz açıb.

Agentliyin Strateji kommunikasiya departamentindən AZƏRTAC-a bildirilib ki, M.Abbasbəyli agentliyin yeni konsepsiyasının məşğulluq imkanlarının vətəndaşlara əlçatanlığının təmin edilməsində mühüm yenilik olduğunu diqqətə çatdırıb. Məşğulluq və peşə imkanlarının qiymətləndirilməsi istiqamətində Türkiyə ilə müvafiq sahədə təcrübə mübadiləsinə xüsusi önəm verildiyini qeyd edib.

İŞKUR nümayəndələri rəqəmsal layihələrin hazırlanması, onların idarə edilməsi, karyera məsləhətçiləri ilə bağlı bir çox görüşlər keçirildiyini, Dövlət Məşğulluq Agentliyinin fəaliyyətini yüksək qiymətləndirdiklərini bildiriblər.

Qeyd edək ki, İŞKUR Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyi (Çalışma və Sosyal Güvenlik Bakanlığı) nəzdində fəaliyyət göstərir. Təşkilatın fəaliyyətinin əsas məqsədi məşğulluğun təmin edilməsi, işsizliyin qarşısının alınması istiqamətində fəaliyyətlərə dəstək olmaq və işsizlik sığortası xidmətlərini həyata keçirməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.