ELM VƏ TƏHSİL


Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası

Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası

Bakı, 8 fevral, AZƏRTAC

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Türkiyədə zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Elmi şurada AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli “Heydər Əliyev İli” ilə əlaqədar tədbirlər və nəşrlər haqqında”, “Türkiyə Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlərə dair”, “AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 90 illik yubileyinin qeyd olunması haqqında”, “Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 2023-cü il üçün elmi tədqiqat işlərinin əhatəli planının təsdiq edilməsi haqqında” və digər məsələlərlə iştirakçıları tanış edib. Qarşıda duran vəzifələr barədə çıxış edən AMEA rəhbəri görüləcək işlərdən bəhs edib.

Əməkdaşlardan Tahir Məsimov, İlham Məmmədli və Sevil Əfəndiyeva yubileyləri münasibətilə institutun fəxri fərmanları ilə təltif olunublar.

Elmi şurada Təhsil şöbəsinin müdiri Samir Səttarov “Elmlər və fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantların attestasiyadan keçməsinə dair” məlumat verib.

Elmi katib filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı gündəlikdəki digər məsələlər haqqında məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.