SİYASƏT
24 saylı Nizami I seçki dairəsinin tərkibindəki seçki məntəqələrində səsvermə vətəndaş fəallığı şəraitində davam edir [YENİLƏNİB]
Bakı, 9 oktyabr (AZƏRTAC). 24 saylı Nizami I seçki dairəsi dairə seçki komissiyasının tərkibindəki seçki məntəqələrində səsvermə vətəndaş fəallığı şəraitində davam edir.
Dairə seçki komissiyasının sədri Niyazi Nəcəfov AZƏRTAC-a bildirmişdir ki, saat 12:00-a olan məlumata görə, 24 saylı Nizami I seçki dairəsi üzrə 42 min 919 seçicidən 12 min 441-i (28,9 faiz) səs vermişdir.