CƏMİYYƏT


Lerikdə şəhid baş leytenant Əliqismət Yaqublunun ailəsi ziyarət olunub

Bakı, 22 mart, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov Vətən müharibəsi şəhidi baş leytenant Əliqismət Mükafat oğlu Yaqublunun Lerik rayonunda yaşayan ailəsini ziyarət edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə onun döyüşlərdə göstərdiyi şücaətlərdən bəhs edilib, qəhrəman Vətən övladlarının xatirəsinin xalqımızın qəlbində daim yaşayacağı vurğulanıb. Dövlətimizin başçısının göstərişi ilə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan genişmiqyaslı işlər qeyd olunub.

Bildirilib ki, şəhid Əliqismət Yaqublunun ailəsi ilə əlaqədar sosial dəstək tədbirləri həyata keçirilir, ailə bundan sonra da daim dövlət qayğısı ilə əhatə olunacaq.

Qeyd edək ki, Əliqismət Yaqublu Daşaltının işğaldan azad olunması uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin sərəncamları ilə o, “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.