Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Siyasi qısqanclığın əlacı var, amma xəbislik müalicə olunmur

Siyasi qısqanclığın əlacı var, amma xəbislik müalicə olunmur

Bakı, 29 mart, AZƏRTAC

Ötən dövr göstərir ki, Ermənistan və havadarları işğal illərində olduğu kimi, müharibədən sonra da ölkəmizə qarşı yalan və iftiralarla dolu olan dezinformasiya təbliğatından əl çəkməyiblər. Ermənistan hakimiyyəti 2020-ci il 10 noyabr tarixli üçtərəfli birgə Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək, o cümlədən silahlı birləşmələrini Qarabağdan tam şəkildə çıxarmaq və Zəngəzur dəhlizini açmaq əvəzinə, ərazilərimizi minalarla çirkləndirmək siyasətini davam etdirir. Ermənistan Laçın yolundan yalnız humanitar məqsədlərlə istifadə etməli olduğu halda, həm bu yoldan, həm də alternativ torpaq yolundan silah-sursat daşımaq üçün istifadə edir. Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə bəyan edir ki, ölkəmizin təklif etdiyi sülh müqaviləsini imzalamağa guya hazırdır, ardınca isə ərazi bütövlüyümüzü və suverenliyimizi şübhə altına alan bəyanatlar səsləndirir. Bir tərəfdən etiraf edir ki, Qarabağdakı etnik ermənilərin hüquq və təhlükəsizliyi Azərbaycanın həll etməli olduğu məsələdir, digər tərəfdən isə dünya birliyindən suveren ərazilərimizdə beynəlxalq təminat missiyasının yerləşdirilməsini tələb edir. Ermənistanın bu cür riyakar siyasətini ifşa edən onlarla fakt sadalamaq mümkündür. 44 günlük Vətən müharibəsində ağır məğlubiyyətə uğratdığımız Ermənistan riyakar siyasətini ona görə davam etdirə bilir ki, bəzi ölkələr və beynəlxalq təşkilatlar onu bu cür davranışa şirnikləndirməklə məşğuldur. Həmin dairələr Ermənistan rəhbərliyinin yalan və iftira dolu təbliğatına göz yumur, ölkəmizin ekoaktivistlərinin və vətəndaş cəmiyyəti üzvlərinin Laçın yolundakı dinc etiraz aksiyasını ədalətsiz olaraq blokada, az qala etnik təmizləməyə hazırlıq kimi təqdim edirlər. Hətta onu da nəzərə almırlar ki, dinc aksiyanın davam etdiyi müddət ərzində həmin ərazidən 5000-dən artıq iritonnajlı nəqliyyat vasitəsi maneəsiz olaraq hər iki istiqamətdə hərəkət edib. Tibbi müayinəyə ehtiyacı olan 150-dən çox şəxs elə bu yolla Ermənistana aparılıb. Üstəlik, son günlər ölkəmizin rəsmi qurumları tərəfindən yayılan videogörüntülər onu da sübut edir ki, ermənilər Xankəndi-Xəlfəli-Turşsu və Xankəndi-Kosalar-Mirzələr-Turşsu torpaq yollarından humanitar niyyətlə deyil, hərbi məqsədlər üçün istifadə edir. Sülhməramlılar isə təyinatından kənara çıxaraq, bu cür karvanları müşayiət etməklə məşğul olur. Alternativ kommunikasiya yollarını da gözardı edən xaricdəki məlum dairələr blokada iddiasını irəli sürməklə, əslində, bilərəkdən və ya bilməyərəkdən Ermənistan rəsmilərinin oyunbazlığına şərik çıxırlar. Növbəti fakt isə cəmiyyətimizi xüsusilə narahat edir. Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasının rəhbəri Markus Ritter elə bu günlərdə Almaniyanın “Deutsche Welle” qəzetinə verdiyi müsahibədə bildirib ki, guya Azərbaycan yaz aylarında Ermənistana qarşı hücuma hazırlaşır. Onun istinad etdiyi “mötəbər mənbə” isə sülh müqaviləsini hələ də imzalamaqdan yayınan Ermənistanın rəsmi qaynaqlarıdır. Aİ kimi ciddi bir qurumun səlahiyyətli nümayəndəsinin Ermənistan hakimiyyətinin yalan və böhtan dolu məlumatlarına istinad etməsi bir tərəfə, o, bununla kifayətlənməyərək daha irəli gedir və bəyan edir ki, Aİ missiyasının əsas vəzifəsi “Ermənistanı Azərbaycandan qorumaqdır”. Təbii ki, bu cür açıqlamalar, bir tərəfdən missiyanın tərəfsizliyini şübhə altına alır, digər tərəfdən isə qarşılıqlı etimada və ictimai inama ciddi xələl gətirir. Prezident İlham Əliyev elə bu səbəbdən, Laçın rayonuna xüsusi nümayəndəsinin təyinatı ilə bağlı martın 28-də keçirdiyi qəbul zamanı belə bir açıqlama verdi: “Amma baxın, müharibədən - İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində bizə qarşı hansı çirkin əməllər törədilir, hansı əsassız ittihamlar irəli sürülür. Yəni, bütün bunlar göz qabağındadır, o cümlədən Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bir sıra qətnamə yenə də ermənipərəst, rüşvətxor və anti-Azərbaycan qruplaşmanın məhsuludur və burada aparıcı rolu Fransa deputatları oynayır. İşğal dövründə də biz bunu təbii ki, hiss edirdik, amma bu dərəcədə yox. Təsəvvür edə bilməzdik ki, ölkələr bu dərəcədə riyakar, yalançı ola bilərlər. Adamın üzünə baxıb bir söz deyə, arxada başqa iş görə bilərlər”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ülvi Quliyev səsləndirib.

Deputat bildirib: “Azərbaycan Prezidenti əldə etdiyimiz tarixi Zəfərdən dərhal sonra bəyan edib ki, indi ölkəmizin əsas vəzifəsi ermənilərin yerlə-yeksan etdiyi Qarabağda və Şərqi Zəngəzurda irimiqyaslı bərpa-quruculuq işlərini həyata keçirməkdən və əzəli torpaqlarımıza Böyük Qayıdışı təmin etməkdən ibarətdir. Dövlətimizin başçısı martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə də bildirdi ki, Azərbaycan birinci mərhələdə 9 şəhəri və 300-dən çox kənd və qəsəbəni sıfırdan qurur. Prezident İlham Əliyev Laçına təyin etdiyi xüsusi nümayəndəsini qəbul edərkən bir daha bəyan etdi ki, Azərbaycanın hədəfi, Ermənistandan fərqli olaraq, müharibə və təxribatlar deyil, sülhə və əmin-amanlığa xidmət edən dinc quruculuq işləridir: “Sizə və Azərbaycan ictimaiyyətinə bildirmək istəyirəm ki, birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir... Bu evlərin sayı göstərir ki, minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar”.

Ü.Quliyev qeyd edib ki, Azərbaycan Prezidentinin ən müxtəlif platformalardan dəfələrlə elan etdiyi və dəyişməz qalan bu mövqeyinə baxmayaraq, ölkəmizi aqressor kimi təqdim etməyə cəhd edən ermənipərəst dairələr hələ də həqiqətləri görmək və ya onları qəbul etmək istəmir. Necə ola bilər ki, milyardlarla vəsaiti dinc quruculuq işlərinə sərf edən bir ölkə bütün bu məsrəfləri və çəkilən zəhməti təhlükə altına ataraq təcavüz yolunu seçsin? Ən əsası, necə ola bilər ki, işğaldan azad edilmiş torpaqlara artıq köçürülən və yaxın gələcəkdə köçürüləcək on minlərlə mülki insanın həyat və sağlamlığı təhlükə altına atılsın? Sağlam məntiqin və saf niyyətin ziddinə olaraq, Ermənistan rəhbərliyinə hamilik edən ermənipərəst qüvvələrin məqsədi beynəlxalq ictimaiyyətin diqqətini bu həqiqətlərdən yayındırmaq və ölkəmizin hədəfləri ilə bağlı yanlış təsəvvür yaratmaqdan ibarətdir. Təəssüf ki, Ermənistanın və hamilərinin bu məkrli planında öz içimizdən olan bəzi siyasətçilər də yer alır, bilərəkdən və ya bilməyərəkdən bu cür oyunlarda ucuz alət kimi istifadə olunmaları ilə razılaşırlar. Dövlətimizin başçısı həm də bu səbəbdən yaxın tarixi keçmişimizi bir daha xatırlatmalı oldu: “Şuşanın işğalından bir neçə gün sonra Laçın rayonu da işğal edilmişdir. Bu, ölkəmiz üçün böyük faciə idi, laçınlılar üçün böyük faciə idi və bu, AXC-Müsavat xəyanətkar cütlüyünün növbəti çirkin xəyanəti idi”.

Deputatın sözlərinə görə, Prezident bu xatırlatmanı ona görə etdi ki, məlum cütlüyün bəzi nümayəndələri keçmiş vərdişlərindən hələ də əl çəkməyib. Nə qədər ağlasığmaz görünsə də, indi onların qibləgahı “demokrat” Paşinyan, “insan haqları carçısı” Makron və sonuncunun təsir imkanlarının keçərli olduğu məlum beynəlxalq təşkilatlardır. Ermənistan rəhbərini az qala “demokratiya mücəssəməsi” kimi təqdim edən AXCP-nin başbilənləri guya unudublar ki, “Qarabağ Ermənistandır və nöqtə” bəyanatının müəllifi elə həmin “demokrat” idi. “Yeni ərazilər uğrunda yeni müharibə” hərbi doktrinası da məhz Paşinyan hökumətinin gerçək üzüdür. İşğal siyasətini təbliğ edən və bununla da BMT-nin məlum dörd qətnaməsini, beynəlxalq hüququ heçə sayan birisinə “demokrat” deməyə cəsarət edən istənilən azərbaycanlı, əqidəsindən və peşəsindən asılı olmayaraq, vətənpərvər və həqiqi demokratiya tərəfdarı adına iddia edə bilməz. Belələri nədənsə Fransa prezidentinin müharibənin ilk günlərində verdiyi əcaib və beynəlxalq hüquqa zidd olan bu bəyanatını da çox tez unudublar: “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik”. Özlərini az qala “siyasət bilicisi” hesab edən bu şəxslərin heç o da eyninə deyil ki, erməni separatçılığına açıq-aydın dəstək verən, separatçı rejimin “müstəqilliyini” tanıyan qətnamələrin müəllifi də məhz Fransa Senatı və onun Milli Assambleyasıdır. Azərbaycanı həqiqətən sevən, onun milli maraqlarını şəxsi ambisiyalarından üstün tutan siyasətçi bu həqiqətləri görməzdən gələ, onları unuda və ya cəmiyyətimizə unutdurmaq yolunu seçə bilməz. Bu “çoxbilmişlər” onu da görmürlər ki, separatçı rejimin “müstəqilliyini” tanıyan Fransa Parlamentinin mövqeyi ilə Qarabağdakı erməni etnik azlığına Donbas və ya Kosovo modelini vəd edən Rusiya xarici işlər nazirinin mövqeyi arasında elə bir fərq yoxdur. Ukrayna məsələsində üz-üzə dayanan iki antaqonist mövqe, erməni separatçılığına gəldikdə üst-üstə düşürsə və hətta bu məqam da AXCP rəhbərliyini narahat etmirsə, deməli, onun milli maraqlarımızla bağlı yanğısı və pafoslu çıxışları yalnız görüntüdür, yalan və saxtadır. Avropa Parlamentinin anti-Azərbaycan mahiyyətli qətnamələrini durmadan təbliğ edən, eyni zamanda, “vətənpərvər siyasətçi” adına iddia edən belələri bir dirijor çubuğunun işarəsi ilə bir ağızdan car çəkirlər ki, Avropa Parlamentinin qətnamələrində ölkəmizin ərazi bütövlüyü tanındığına görə, onların obyektivliyi şübhə altına alına bilməz. Amma nədənsə unudurlar ki, elə həmin qətnamələrin qəbul olunmasında rol alan siyasi dairələrin leksikonunda müqəddəratı təyinetmə prinsipi tez-tez yada salınır. Nə dərəcədə xəyal etdiyin, uydurduğun ambisiyaların əsirinə çevrilməlisən, yaxud xarici dairələrin məkrli planında alət olmağa razılaşmalısan ki, erməni separatçılığına hansısa adla haqq qazandırmaq yolunu seçəsən. Elə bu səbəbdən, radikal müxalifətin nümayəndələri ermənipərəst dairələrlə tam ahəngdar şəkildə bəyan edirlər ki, guya Qarabağdakı ermənilər territorial-etnik separatçılıqdan imtina edib, insan haqları ilə bağlı separatçılıq yoluna keçiblər. Beynəlxalq hüquqa “yenilik” gətirən, əslində isə azərbaycanlı siyasətçisi adına rəzalət sayılmalı olan bu cəfəng iddianın müəllifi də elə həmin radikal müxalifətdir. Bilirsiniz, niyə? Çünki demokratiya və insan haqları ilə pərdələnən və əslində Azərbaycanın milli maraqlarının əleyhinə yönələn qətnamələrin qəbulunda ermənilərdən daha çox onlar canfəşanlıq ediblər. Elə buna görə də ermənipərəst dairələr və Avropa Parlamentində deyirlər ki, materialları özünüzünkülər verib, “donosu” öz müxalifətiniz ötürüb...

Milli Məclisin deputatı vurğulayıb ki, elə bu cür xəbisliklərinə görə anti-Azərbaycan ruhlu qətnamələri təqdir edən radikal müxalifət ölkəmizin siyasi sistemində baş verən dəyişikliyi, sağlam dialoq mühitini və milli maraqlar naminə təklif olunan əməkdaşlığı qəbul edə bilmir. Çünki Ermənistan və onun himayədarları kimi, onlar da tarixi Zəfərin altında məhz Prezident İlham Əliyevin Müzəffər Lider imzasının dayandığını heç cür həzm edə bilmirlər. Belələri yaxşı bilirlər ki, bu imza xalqımızın yaddaşını bir daha təzələyib, kimin kim olduğunu, kimin hansı amala xidmət etdiyini və kimin nəyə qadir olduğunu ortaya qoyub.

“Yəqin ki, siyasi qısqanclığın əlacı var, amma xəbislik müalicə olunmur. Bu mərəz də artıq elə bir iyrənc həddə çatıb ki, radikal müxalifətə bağlı olan və onun təbliğat ruporu qismində çıxış edən internet resurslarında deputat Fazil Mustafaya “keçmiş olsun” deməyə belə, dilləri gəlmir. Həmin resurslarda cinayəti qınamaq əvəzinə, bu da bir oyundur deyilir. Heç şübhəsiz, xəbisləri təşviq edənin özü də yalnız xəbis ola bilər. Belələri üçün törədilən cinayətin “dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə” maddəsi ilə tövsif edilməsinə dair rəsmi açıqlama da yetərli görünmür. Radikal müxalifəti və onun təbliğat resurslarını maraqlandıran yalnız budur ki, nə olursa-olsun, təki ölkədə sabitlik pozulsun və təhlükəsizliklə bağlı ictimai etimada kölgə düşsün. Amma bilsinlər ki, bu mənfur cinayətin arxasında dayanan təşkilatçıdan tutmuş icraçıya qədər hər kəs aşkar ediləcək və layiqli cəzasına mütləq çatdırılacaq, cinayət yolu ilə ölkədə sabitliyi pozmağa cəhd edənlərin və buna sevinənlərin arzusu isə hər zaman olduğu kimi, gözündə qalacaq. Hörmətli Fazil Mustafaya bir daha keçmiş olsun deyir, tezliklə ayağa qalxmasını və deputat, ictimai-siyasi xadim kimi fəaliyyətini əvvəlki əzm və inamla davam etdirməsini arzu edirəm. Belə olacağına zərrə qədər şübhə etmirəm. Xəbis niyyətlilərin diqqətinə isə Prezident İlham Əliyevin martın 28-də söylədiyi bu fikirləri çatdırmaqla hələ də inanmaq istərdim ki, onlar, nəhayət xam xəyallarından ayılıb real həyata dönəcək, Azərbaycanın milli maraqlarının ziddinə olan fəaliyyətdən imtina edəcəklər: “Eyni zamanda, anti-Azərbaycan qüvvələr bizim əyilməz iradəmizi gördü. Heç kim bizim iradəmizə təsir edə bilməz. Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz”, - deyə deputat fikirlərini tamamlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STS 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ VİDEO

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm