Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etmişdir VİDEO

Bakı, 20 iyul (AZƏRTAC). İyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etmişdir.

Görüş iştirakçılarını salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Müqəddəs Ramazan ayında bizim görüşlərimiz gözəl ənənəyə çevrilibdir. Mən sizi görməyimə çox şadam. Keçən ilin avqust ayında da görüşmüşdük. Eyni zamanda, il ərzində müxtəlif tədbirlərdə də bir yerdə idik. Mən çox şadam ki, müsəlman ölkələrinin səfirləri bizim mərasimlərimizdə fəal iştirak edirlər. Xüsusilə qədim məscidlərimizin təmirdən sonra açılışlarında da iştirak edirlər. Bibiheybət, Təzəpir, Əjdərbəy məscidlərinin açılışlarında da biz bərabər idik. Bu ilin may ayında Azərbaycanın və müsəlman aləminin ən qədim məscidlərindən biri olan Şamaxı Cümə məscidinin əsaslı təmirdən sonra açılışında da biz bərabər idik.

Bütün bu məsələlər bizi daha da birləşdirir və İslam aləmində qarşılıqlı anlaşmanı gücləndirir. Təmsil etdiyiniz ölkələrlə Azərbaycanın çox sıx əlaqələri vardır. Ölkələrimiz dost, qardaş ölkələrdir. Mən çox şadam ki, müsəlman ölkələrinin səfirliklərinin sayı Azərbaycanda artır. Biz də öz növbəmizdə diplomatik nümayəndəliklərimizi də müsəlman ölkələrində artırırıq. Siyasi əlaqələr çox yüksək səviyyədədir. İqtisadi sahədə də inkişaf vardır. Ancaq hesab edirəm ki, gələcək illərdə iqtisadi sahədə əməkdaşlığa daha da böyük diqqət verilməlidir. Eyni zamanda, bizim ölkələrimiz beynəlxalq təşkilatlarda da uğurla fəaliyyət göstərirlər, bir-birinə dəstək olurlar. Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı çərçivəsində bir-birini daim dəstəkləyibdir. İki il bundan əvvəl Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsində də müsəlman ölkələrinin səyi çox əhəmiyyətli idi. Biz bu dəstəyə görə minnətdarıq.

Eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də biz daim müsəlman ölkələrinin dəstəyini hiss edirik. Bildiyiniz kimi, Xocalı soyqırımını soyqırımı kimi tanıyan ölkələrin sayı artmaqdadır. Biz çox şadıq ki, Xocalı soyqırımını soyqırımı kimi ilk tanıyan ölkə müsəlman ölkəsi Pakistan olmuşdur. Bildiyiniz kimi, uzun illərdir ki, Azərbaycan erməni işğalından əziyyət çəkir. Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Dağlıq Qarabağda və ətraf rayonlarda azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın, köçkün vəziyyətinə düşmüşdür. İşğal edilmiş torpaqlarda hər şey dağıdılıbdır. ATƏT-in faktaraşdırıcı missiyası işğal edilmiş ərazilərə iki dəfə baş çəkibdir. Qeyd edibdir ki, hər şey dağıdılıbdır. Bütün binalar, ictimai obyektlər, tarixi abidələr, qəbirlər, məscidlər - hər şey ermənilər tərəfindən dağıdılıbdır. Münaqişənin həlli üçün beynəlxalq hüquq normaları vardır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi vardır və bu qətnamələr qeyd-şərtsiz icra edilməlidir. Bir daha demək istəyirəm ki, bizim mövqeyimizə verdiyiniz dəstəyə görə sizə minnətdaram.

Azərbaycan, eyni zamanda, İslam həmrəylinin gücləndirilməsi işinə də öz töhfəsini verir və gələcəkdə bunu davam edəcəkdir. Son illər ərzində İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanda nazirlər səviyyəsində beş konfrans keçirilmişdir. Eyni zamanda, bu yaxınlarda Bakıda Fələstinə yardım məqsədi ilə donor konfransı keçirilmişdir. Biz bu sahədəki səylərimizi bundan sonra da davam etdirəcəyik. İslam Əməkdaşlıq Təşkilatının Azərbaycana verdiyi dəstək, Azərbaycanda görülmüş işlərə verdiyi qiymət bizi sevindirir və ruhlandırır. Azərbaycan gənc müstəqil ölkə olmasına baxmayaraq, İslam həmrəyliyi məsələlərində çox fəaldır. Biz bundan sonra da çalışacağıq ki, İslam aləmində birliyi daha da möhkəmləndirək. Buna böyük ehtiyac vardır, çünki bizim gücümüz birliyimizdədir. Biz daim bütün məsələlərdə bir-birimizə dəstək verməliyik.

Biz, eyni zamanda, çalışırıq ki, dünyada mədəniyyətlərarası məsələlərdə də müsbətə doğru irəliləyiş olsun. Bildiyiniz kimi, Azərbaycanda bu istiqamətdə işlər məqsədyönlü şəkildə aparılır. Artıq beş ildir ki, Bakı prosesi davam edir. Bakı prosesi 2008-ci ildə başlamışdır. O vaxt biz Avropa Şurasına üzv ölkələrin nazirlərinin toplantısına müsəlman ölkələrinin nazirlərini dəvət etmişdik. Beləliklə, ilk dəfə olaraq İslam Əməkdaşlıq Təşkilatını və Avropa Şurasını təmsil edən nazirlər bir araya gəlmişlər. Ondan sonra 2009-cu ildə İslam Əməkdaşlıq Təşkilatının xətti ilə burada keçirilən konfransa biz Avropa Şurasına üzv ölkələrin nazirlərini dəvət etdik. Bildiyiniz kimi, son illər ərzində Bakıda iki dəfə Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Biz hesab edirik ki, belə tədbirlərin keçirilməsində böyük fayda və böyük ehtiyac vardır. Biz hesab edirik ki, müxtəlif dinlərə mənsub olan xalqlar, millətlər sülh, əməkdaşlıq şəraitində yaşaya bilərlər və yaşamalıdırlar da. XXI əsrdə ayrı-seçkiliyə, diskriminasiyaya yol vermək olmaz. Bəzi ölkələrdə islamofobiya meyllərinin gücləndirilməsi bizi haqlı olaraq narahat edir və hiddətləndirir. Bu meyllərə qarşı biz birgə mövqe ortaya qoymalıyıq və səylərimizi daha da birləşdirməliyik. Eyni zamanda, İslam dininin sülhsevər, mərhəmətli din olduğunu dünyada daha da geniş şəkildə təbliğ etməliyik. Bu məqsədlə Azərbaycan müxtəlif beynəlxalq tədbirlər də həyata keçirir. Keçən il dünyanın ən məşhur muzeyi olan Luvr muzeyində İslam mədəniyyəti bölməsi açılmışdır. Biz fərəh hissi ilə deyə bilərik ki, Azərbaycan bu bölmənin yaradılmasına öz dəstəyini və töhfəsini vermişdir. Eyni zamanda, Azərbaycan ilk müsəlman ölkəsidir ki, Vatikanda öz sərgisini keçirə bilmişdir. Ona görə hesab edirəm ki, biz bu istiqamətdə səylərimizi daha da sıx birləşdirməliyik və birgə fəaliyyət göstərməliyik. Öz tariximizi, dinimizi, adət-ənənələrimizi olduğu kimi dünyaya daha dolğun şəkildə təqdim etməliyik.

Əziz dostlar, mən bir daha sizi bu gözəl gündə salamlayıram. Xahiş edirəm ki, müqəddəs Ramazan ayında mənim səmimi salamlarımı təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarına çatdırasınız.

X X X

Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən HAMİ çıxış edərək dedi:

- Zati-aliləri cənab İlham Əliyev, bizi - İslam ölkələrinin Azərbaycanda akkreditə olunmuş səfirlərini və müvəqqəti işlər vəkillərini qəbul etməyinizdən şərəf duyuruq. Biz müqəddəs Ramazan ayı, həmçinin qarşıdan gələn fitrə bayramı münasibətilə Sizə ən xoş arzularımızı çatdırmaq istərdik. Allah Sizi, ailənizi və qardaş Azərbaycan xalqını qorusun.

Biz ölkələrimizi Azərbaycanda təmsil edirik. Eyni zamanda, biz diplomatik elçilər, Sizin gözəl ölkənizdə müxtəlif sahələrdə çox böyük inkişafın şahidi olmağımızdan məmnunluq hissi keçiririk.

Ölkənizin iqtisadiyyatı inkişaf edir. Azərbaycan davamlı artım tempinə malikdir, bu gün dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasındadır. Bütün sahələrdə uğurlu layihələrin həyata keçirilməsini görmək olar. İnfrastruktur inkişaf edir və bütün bunlara bir neçə ildə nail olunmuşdur. Bu, sözün əsl mənasında, heyrətamiz nailiyyətdir.

Zati-aliləri, biz şəxsən Sizin və eyni zamanda, hökumətinizin Azərbaycanın zəngin mədəniyyətinə və sivilizasiyasına sadiq qalaraq ölkənin daha da müasirləşdirilməsi istiqamətində fəaliyyətinizi təqdir edirik. Son beş il ərzində Bakı mədəniyyətlər və sivilizasiyalar arasında dialoq mövzusuna həsr edilən beynəlxalq konfransların, seminarların və iclasların keçirildiyi dostluq şəhərinə çevrilmişdir. Bu, həqiqətən möhkəm təməllər üzərində qurulmuş siyasətdir. Belə ki, bu siyasət xalqları dialoqa, təcrübə mübadiləsinə, birlikdə universal sivilizasiya qurmağa dəvət edir.

Xarici müşahidəçilər tarixi İpək Yolunun bərpası işinə Azərbaycan xalqının həssas münasibətini və şəxsən Sizin müdrik rəhbərliyiniz altında hökumətinizin sadiqliyini xüsusi vurğulayırlar. Biz qarşıdan gələn illərdə Azərbaycanın iki böyük idman tədbirinə - 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına, 2015-ci ildə isə ilk Avropa Olimpiya Oyunlarına ev sahibliyi etməsindən məmnunluq hissi duyuruq. Əminik ki, ölkəniz bu tədbirləri də 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinin təşkilində olduğu kimi, uğurlu və yaddaqalan edəcəkdir.

Azərbaycan mehriban qonşuluq, xoşməramlı danışıqlar, məsələlərin dialoq yolu ilə həlli istəyi prinsipinə söykənən müdrik siyasəti sayəsində inkişaf edir. İslam Əməkdaşlıq Təşkilatının üzvü olaraq ölkələrimiz Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha ifadə edir, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində, danışıqlar yolu ilə həllini arzulayır.

Zati-aliləri, icazə verin, bir daha Sizə möhkəm cansağlığı, qardaş Azərbaycan xalqına tərəqqi və çiçəklənmə arzulayaq. Təşəkkür edirəm.

X X X

Görüşdən sonra xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etmişdir VİDEO

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib