Azərbaycan Dövlət İnformasiya Agentliyi

İşimizi ASANlaşdıranların bir günü REPORTAJ VİDEO

Bakı, 29 dekabr, Göyçək Mahmudlu, foto İlkin Cavanşirov, AZƏRTAC

Zaman hər birimiz üçün dəyərlidir. Günümüzün müəyyən hissəsini işdə, müəyyən hissəsini ailəmizlə keçirir, bəzən isə özümüzə lazım olan sənədlərin arxasınca getməli oluruq. 11 il bundan əvvələ qayıtsaq, bir sənədi əldə etmək üçün günlərlə vaxtın lazım olduğunu xatırlayarıq. Özü də işimizin həlli yolu bir idarə, müəssisə qarşısında növbə çəkməklə bitmirdi, bir neçə rəsmi qurumun qapısını döyməli olurduq. Buraya da süründürməçilik hallarını əlavə etsək, dəyərli olan zamanımızın bir sənəd yolunda hədər olduğunu görə bilərdik. Artıq 11 ildir ki, işimizi sözün əsl mənasında asanlaşdıran, zaman bölgümüzü tənzimləyən və şəffaf xidmət göstərən bir qurum - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, qısacası “ASAN xidmət” fəaliyyət göstərir.

Fəaliyyətlərinin 11-ci ilində “ASAN xidmət”in vətəndaşlara necə xidmət göstərdiyini yaxından izləmək qərarına gəldik. Bunun üçün yolumuzu Bakıdakı 7 saylı “ASAN xidmət” mərkəzindən saldıq. Qapıdan içəri girəndən göstərilən səmimi münasibət buradan xoş təəssüratlarla ayrılacağımıza əmin olduq. Könüllülərin canfəşanlığı, xidmət almağa gələn vətəndaşlarla rəftarı, onlara can yandırmağı diqqətimizdən qaçmadı.

Müraciət edən hər kəsi səbirlə dinləyir, lazımi istiqamətə yönləndirir və əllərindən gələn köməyi göstərirdilər. Xidmət alıb gedən vətəndaşları isə gülərüzlə yola salırdılar.

11 ildə 9 milyona yaxın vətəndaşın işi asanlaşdırılıb

Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovla mərkəzin fəaliyyəti barədə həmsöhbət olduq. “ASAN xidmət”in xidmətlərin göstərilməsi sahəsində yeni yanaşmalar gətirdiyini, dövlət qulluqçusu - vətəndaş münasibətlərinin yeni yanaşma ortaya qoyduğunu deyən sədr müavini 11 ildə 9 milyona yaxın vətəndaşın işinin asanlaşdırıldığını diqqətə çatdırdı: “Təsadüfi deyil ki, bir neçə il əvvəl ölkə rəhbərinin müvafiq Fərmanına uyğun olaraq bir sıra dövlət qurumlarında “ASAN xidmət” konsepsiyasına uyğun xidmətlərin tətbiq edilməsinə başlanıldı. Bu gün “ASAN xidməti”n uğuru ondan ibarətdir ki, orta statistik vətəndaşın, hansısa şirkət rəhbərinin və ya rəhbər vəzifəli şəxsin gələrək eyni xidmət aldığının şahidi oluruq. Hər biri eyni səviyyədə xidmət alır və heç bir problemlə üzləşmir. Bu gün “ASAN xidmət”dən məmnunluq səviyyəsi 99.8 faizdir. Həmin uğurun əsas səbəbi ölkə rəhbərinin davamlı dəstəyi və “ASAN xidmət” əməkdaşlarının birgə əlaqələndirilmiş şəkildə fəaliyyətidir.

"ASAN xidmət" təcrübəsi beynəlxalq aləmdə müxtəlif dövlətlər tərəfindən tətbiq olunur. Hazırda İndoneziya, Özbəkistan, Uqanda və Əfqanıstanda həmin konsepsiya tətbiq olunur, Qırğızıstan, Tacikistan, Efiopiya və Moldovada da bu konsepsiyanın tətbiqi ilə bağlı işlər aparılır. Bir çox beynəlxalq təşkilatlar “ASAN xidmət”i ən yaxşı təcrübə kimi öz ölkələrinə tövsiyə kimi irəli sürüblər. Bu, həqiqətən də ölkəmizin bir uğurudur ki, Azərbaycanda yaradılan bir brend dünyanın müxtəlif ölkələrində Azərbaycanın adı ilə təqdim olunur və insanlara xidmət göstərilir”.

ASAN həm xidmət göstərir, həm gəncləri gələcəyə hazırlayır, həm də Vətənə, millətə təmənnasız xidməti təşviq edir

“ASAN Könüllüləri” Təşkilatının sədri Anar Musaevin sözlərinə görə, "ASAN xidmət" mərkəzlərində könüllülər iki ay müddətində könüllülük fəaliyyətinə cəlb olunurlar. Onlar mərkəzlərə müraciət edən vətəndaşların daha sürətli daha asan şəkildə xidmət almalarına dəstək göstərirlər. Öz ixtisaslarına və maraq dairələrinə uyğun olaraq "master-2" pilləsi üzrə müvafiq şöbələrdə təcrübə keçə bilirlər. ASAN könüllülərinin təşəbbüsü ilə 2012-ci ildə “ASAN Könüllüləri” Təşkilatı yaradılıb. Könüllülərin şəxsi inkişafı, onların ideyalarının reallaşması və kadr kimi formalaşmağı istiqamətində müxtəlif formatlarda, müxtəlif mövzularda təlimlər, layihələr həyata keçirilir. Bu günədək təşkilat tərəfindən 850-dən çox yerli və beynəlxalq layihələr həyata keçirilib. Eyni zamanda, könüllülərin məşğulluğu istiqamətində də “ASAN kadr” karyera mərkəzi fəaliyyət göstərir. 3 min 300-dən çox ASAN könüllüsü “ASAN xidmət” mərkəzlərində və eyni zamanda əməkdaşlıq etdiyimiz dövlət qurumlarında və özəl şirkətlərdə işlə təmin olunub.

Bu günədək 35 mindən çox gəncin yolu könüllü kimi “ASAN xidmət” mərkəzlərindən keçib

İki aya yaxındır ASAN könüllüsü kimi fəaliyyət göstərən Südabə Cəfərzadə mərkəzin daxilində 3 saatdan ibarət xidmətlərinin olduğunu, şəxsi inkişaf və ictimai fəaliyyəti inkişaf etdirmək üçün müxtəlif mövzularda olan təlim və tədbirlərə cəlb edildiklərini deyib: “Qürur duyuram ki, ASAN könüllüsüyəm və vətəndaşlara kömək göstərirəm”.

“ASAN xidmət”in həyatında böyük dəyişikliklərə səbəb olduğunu deyən "master 2" pilləsində təcrübə keçən könüllü Əsəd Hüseynov müxtəlif təlim və tədbirlərdə iştirak edərək sosiallaşdığını diqqətə çatdırıb. Onun ən böyük arzularından biri azad edilmiş ərazilərdə fəaliyyət göstərməkdir.

Vaxtilə “ASAN xidmət”də könüllü olaraq fəaliyyət göstərən Şəbnəm Novruzova hazırda Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşıdır.

“Könüllü olduğumuz müddətdə çox böyük dəyərlər qazanırıq. Həmin dövrdə əldə etdiyim təcrübə bu gün mənim fəaliyyətimə çox böyük dəstək oldu. Könüllülük fəaliyyətimə başladığım qurumda işləməkdən qürur duyuram”, - deyə o AZƏRTAC-ın müxbirinə bildirib.

ASAN həm də cütlüklərin xoş günlərini əbədiləşdirdiyi əsas yerlərdən biridir - Ceyhun və Tünzalə kimi

Mərkəzə baş çəkdiyimiz dövrdə çox xoş bir hadisəyə də şahidlik etdik. Sevgiləri gözlərindən oxunan iki həyəcanlı gənc - Ceyhun Rəhimzadə və Tünzalə Qasımova cütlüyü həyat yollarını məhz 7 saylı "ASAN xidmət"də birləşdirməyi qərara alıblar. Onlar özəl günlərini belə xüsusi məkanda qeyd etməkdən məmnunluq ifadə edirlər.

Vətəndaşlar ASANdan razıdırlar - 99.8 faiz məmnunluq təsadüfi deyil

Çox müsbət aura ilə ayrıldığımız “ASAN xidmət” mərkəzindən xidmət alan vətəndaşların da fikrini aldıq. Bizdən öncə isə qapıda əlində bloknot və qələmlə dayanan könüllü xidmət alıb çıxan vətəndaşlara "Hansı xidməti aldınız? Fəaliyyətimizdən razı qaldınızmı?" mərkəzin müxtəlif xidmətlərindən yararlanan vətəndaşların cavabı bir idi: "Bəli, çox razı qaldıq".

Mərkəzdə xidmət alan Ülviyyə Nəcəfli bizi görər-görməz özü yaxınlaşdı. Məmnunluqla: "Xarici pasport üçün müraciət etdim. Operativ şəkildə həll olundu. Xidmətdən çox razıyam", - deyə bildirdi.

"ASAN xidmət" işçilərinin bir neçə saatlıq fəaliyyəti ilə tanışlığımızda bir qənaətə gəldik: burada hər şey operativ və şəffaf şəkildə həyata keçirilir. Fəxr duyulası məqam odur ki, milli brendimiz nəinki ölkə daxilində, respublika hüdudlarından kənarda da insanların işini ASANlaşdırmağa xidmət edir. Peşə bayramınız mübarək, əziz ASANçılar. Özlərinin dili ilə desək, işiniz ASAN olsun!

 

 

İşimizi ASANlaşdıranların bir günü  REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir

Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb