Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Bakıda “Qələbə meydanı” müxtəlif səviyyəli tunel tipli yol qovşağı” layihəsi çərçivəsində inşa edilən beş tunelin açılışı olmuşdur
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir VİDEO

Bakı, 2 sentyabr (AZƏRTAC). Sentyabrın 2-də Bakıda “Qələbə meydanı” müxtəlif səviyyəli tunel tipli yol qovşağı” layihəsi çərçivəsində inşa edilən beş tunelin açılış mərasimi olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Son illərdə paytaxtda və regionlarda çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bütün bu işlər “Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq görülür. Bu çərçivədə həyata keçirilən məqsədyönlü tədbirlərin məntiqi nəticəsi olaraq yol-nəqliyyat kompleksinin ayrı-ayrı qurğuları yüksək keyfiyyətlə istismara buraxılmışdır. Müasirlikdə bir-birini üstələyən bu cür qurğuların və yolların inşası indi də davam etdirilir. Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı şəhərində nəqliyyatın hərəkətinin tənzimlənməsi və yol infrastrukturunun təkmilləşdirilməsi layihələri üzrə işlər uğurla icra olunur. Dövlətimizin başçısının Sərəncamına uyğun olaraq “Qələbə meydanı” adlanan ərazidə və onunla kəsişən yollarda nəqliyyatın hərəkətinin nizamlanmasını, tıxacların aradan qaldırılmasını və işıqforsuz hərəkət rejiminin təmin edilməsini nəzərdə tutan layihə artıq yekunlaşmışdır. “Qələbə meydanı” müxtəlif səviyyəli tunel tipli yol qovşağı” adlanan layihə çərçivəsində inşa edilən 5 tunel artıq hazırdır. Bu layihəyə daxil olan 6 saylı tunel isə 2012-ci ilin dekabrında istifadəyə verilmişdir. Layihənin podratçısı “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dir. Sinqapurun “Surbana International Consultants” şirkətinin layihələndirdiyi qovşağın məsləhətçi-nəzarətçisi Türkiyənin “Pro Yapı Proje İnşaat” şirkətidir.

Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına layihə barədə məlumat verdi. Bildirildi ki, Bakı şəhərinin yol-nəqliyyat infrastrukturunun yenidən qurulması ilə bağlı əlavə tədbirlərin icrası uğurla həyata keçirilir. Qələbə-Gənclik adlanan ərazidə yol qovşağı da tamamilə yenidən qurulmuşdur.

Prezident İlham Əliyev layihənin icrasını əks etdirən filmə baxdı.

Sonra dövlətimizin başçısı inşa edilən tunellərin istiqamətini bildirən maketə baxdı. Bildirildi ki, layihə üzrə ərazidə 16 giriş-çıxışlı, ümumi uzunluğu 2 min 512 metr, eni 8-15,5 metr, hündürlüyü 5,5 metr, hərəkət zolaqlarının sayı isə 5 olan 6 tunel tipli yol qovşağı inşa edilmişdir.

Azərbaycan Prezidentinə layihənin texniki göstəriciləri barədə məlumat verildi. Tunel tipli yol qovşaqları Atatürk və Vaqif prospektlərini, həmçinin Atatürk prospekti ilə Əhməd bəy Ağaoğlu küçəsi vasitəsilə Təbriz prospektini birləşdirir. Əlavə olaraq, Təbriz küçəsindən gələn avtomobillər Gənclik dairəsinə daxil olmadan birbaşa tunel vasitəsilə Dərnəgül şosesinə çıxa biləcəkdir. Həmçinin Fətəli xan Xoyski prospektinə qısa döngələrlə istiqamətlənmək mümkün olacaqdır. Vaqif prospektindən gələn avtomobillər Fətəli xan Xoyski prospektinin altından keçərək Atatürk prospektinə çıxacaq və bu istiqamətdən Həsən Əliyev prospektinin üstündən keçəcəklər.

Prezident İlham Əliyev inşa edilən tunellərlə tanış oldu. Layihə üzrə tikintisi nəzərdə tutulan yolların ümumi sahəsi 110 min kvadratmetrdir. “Qələbə meydanı” adlanan ərazidə hərəkət intensivliyi saatda 2 min 340 avtomobildən 11 min avtomobilədək artacaqdır. Vaqif prospektində inşa edilən yol qovşağı metronun “Gənclik” stansiyasının tuneli üzərindən keçir. Tunellər beynəlxalq standartlara uyğun layihələndirilmiş və 9 ballıq zəlzələyə davamlılığı nəzərdə tutulmuşdur. Tunelin daxili işıqlandırma sistemi dünyada keyfiyyət, səmərəlilik, təhlükəsizlik və uzunömürlülük baxımından özünü təsdiqləmiş və yarımkeçirici diodlar əsasında işləyən ən müasir işıqlandırma sistemidir. Tunellərin yan divarlarında və tavanda 9 min kompyuterlə idarə olunan LED işıqlar quraşdırılmışdır. Tavanda quraşdırılan 3 minə yaxın projektor gündüz, gecə və qəza rejimlərində işləyir. Hərəkət zolaqlarında 2400 istiqamətverici işıqlar quraşdırılmışdır. Burada, həmçinin səsin səviyyəsini aşağı salmaq üçün 20 minə qədər panel vardır. Atmışdan çox müşahidə kamerası təhlükəsizliyi təmin edir. Bundan başqa, istifadəyə verilən tunellərdə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən idarə edilən elektron informasiya tablosunın köməyi ilə nəqliyyatın cari vəziyyəti haqqında məlumatlar təhlil edilərək sürücülərə çatdırılacaqdır. Layihəyə əsasən inşa ediləcək 10 piyada keçidindən ikisində də işlər tamamlanma mərhələsindədir. Hər piyada keçidində iki eskalator və əlillər üçün platforma quraşdırılacaqdır. Keçidlərinin içərisinin üzlənməsində milli ornamentlərdən istifadə edilmişdir. Layihəyə əsasən metronun “Gənclik” stansiyasında əlavə iki yeni piyada çıxışının inşası da planlaşdırılmışdır. İlk olaraq metronun “Gənclik” stansiyasının Atatürk prospektinə çıxışının “Qələbə meydanı”nın mərkəzinə doğru yerdəyişməsi həyata keçirilmişdir. Piyada keçidləri də daxil olmaqla tikinti işləri tamamilə başa çatdıqdan sonra ərazidəki park yenidən qurulacaq və sakinlərin istifadəsinə veriləcəkdir.

Görülən işləri yüksək qiymətləndirən Prezident İlham ƏLİYEV dedi:

- Üç il ərzində böyük iş görülübdür. Şəhər infrastrukturu yeniləşir, yollar, körpülər, tunellər. Son illərdə Bakıda onlarla, ölkə üzrə bəlkə də yüzlərlə körpü, keçid, tunel tikilmişdir. Hər şey insanların rahatlığı, hər şey Azərbaycan vətəndaşları üçün olmalıdır.

Gələcəkdə hələ ki görüləsi işlər çoxdur. Bakının yol infrastrukturunun yeniləşməsi, qurulması istiqamətində hələ böyük işlər görüləcəkdir. Ancaq görülən işlər kifayət qədərdir. İnsanlar tez-tez bu yeniliklərə öyrəşirlər. İndi misal üçün 5, 7 il bundan əvvəlki vəziyyəti yada salanda görürük ki, yerlə göy qədər fərq vardır. Aeroport yolu, körpülər, qovşaqlar, tunellər tikilir, özü də hər yerdə. Təkcə şəhərin mərkəzində deyil, şəhərin bütün yerlərində böyük nəqliyyat infrastrukturu yaradılır. Hazırda Ziya Bünyadov istiqamətində də böyük qovşaq tikilir. Burada da - “Gənclik” metrosunun ətrafında əvvəllər də iki yol açılmışdır, iki istiqamətə aparan yollar. Bu yollar da elə bu qovşağın tərkib hissəsi olaraq indi fəaliyyət göstərir. Bütün binalar yenidən qurulub, abadlaşıb. Bu meydan doğrudan da yeni görkəm alıb. Futbol stadionu da əsaslı təmir edilibdir. Burada digər infrastruktur tikilir. Yəni, Bakının ən gözəl meydanlarından biri olacaqdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Bakıda “Qələbə meydanı” müxtəlif səviyyəli tunel tipli yol qovşağı” layihəsi çərçivəsində inşa edilən beş tunelin açılışı olmuşdurAzərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir VİDEO

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya