İDMAN
AZƏRBAYCANIN QADIN GÜLƏŞÇİSİ QİTƏ ÇEMPİONATININ FİNALINA YÜKSƏLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 4-də Finlandiyada keçirilən güləş üzrə Avropa çempionatı qadın güləşçilərin mübarizəsi ilə davam etdirilmişdir. Bu gün Azərbaycanı təmsil edən 3 idmançı yarışlara qatılmışdır.
Bakıda keçirilmiş dünya çempionatında Pekin Olimpiadasına lisenziyanı təmin etmiş Mariya Stadnik (48 kq) qitə birinciliyində uğurlu çıxış edərək finala vəziqə qazanmışdır. Birinci yer uğrunda son qarşılaşmada həmyerlimizin rəqibi fransalı Vanessa Bubriem olacaqdır.
Digər idmançımız Olesya Zamulanın (63 kq) mübarizəsi ürəkaçan olmasa da onun rəqibi finaladək irəlilədiyindən, idmançımız bürünc medal uğrunda görüşə qatılacaqdır.
Sonuncu idmançımız Zümrüd Qurbanhacıyeva (72 kq) isə Avropa çempionatında həm medal, həm də lisenziya qazanmaq şansını itirmişdir.
Xatırladaq ki, bu gün qadın güləşçilərin yarışı başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [21:50]
Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib
- 26.04.2024 [20:36]
Hidayət Heydərov dördqat Avropa çempionu olub
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]