Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elli Danninqton: Azərbaycan hava şarı turizmini inkişaf etdirmək üçün möhtəşəm bir ölkədir VİDEO

Elli Danninqton: Azərbaycan hava şarı turizmini inkişaf etdirmək üçün möhtəşəm bir ölkədir VİDEO

Bakı, 22 aprel, AZƏRTAC

Əslən Almaniyadanam, lakin 2002-ci ildə Myanmada bələdçi işləyərkən hava şarı pilotu olan həyat yoldaşımla tanış olduqdan sonra Böyük Britaniyaya, Bristol şəhərinə köçmüşəm. Bu hadisə həyatımı tamamilə dəyişdi. O vaxta qədər bələdçi və tibb bacısı kimi çalışırdım. Nə aviasiya, nə də həmin vaxtlar həyatım üçün tamamilə yeni və qəribə olan hava şarı uçuşları barədə heç vaxt xəyal belə etməmişdim. Hava şarı ilə artıq bir çox ölkəni gəzmiş həyat yoldaşımla təxminən 20 illik evliliyimiz oldu, lakin təəssüf ki, o, vəfat etdi. Məndə isə dünyanı hava şarı ilə kəşf etməyə qarşı böyük bir həvəs yarandı. Hazırda mən kommersiya hava şarı pilotuyam. Bu, mənim peşəmdir və ən böyük şövqüm hava şarı ilə uçaraq bu gözəl dünyanı başqalarına göstərməkdir.

Bunu AZƏRTAC-a məxsusi müsahibəsində dünyada tanınmış hava şarı pilotu Elli Danninqton deyib.

125-ci uçuşunu Oğuz rayonunda Qafqaz dağları fonunda keçirən pilot bunun qətiyyən son anda verilmiş bir qərar olmadığını, hazırlıq prosesinin ən azı bir il davam etdiyini bildirib: "Məlumdur ki, dünyada bu cür işləri həyata keçirmək getdikcə çətinləşir. Mən indiyədək 124 ölkədə uçuşlar həyata keçirmişəm. Bütün Avropanı, eləcə də Amerikanın şimal nöqtəsindən cənubuna qədər hər bir ölkəni uçaraq kəşf etmişəm, yəni bu qitələr artıq siyahıda tamamlanıb.

Afrikada hələ görüləsi çox yerlər var. Lakin ötən il internetdə "Azərbaycan hava şarı" sözlərini axtarışa verdim və qarşıma "Skystar Balloon Park" çıxdı. Orada dəyərli dostum Fuad Həsənzadə ilə tanış oldum. Beləliklə, Azərbaycana necə gələ biləcəyim və bu hava şarını burada necə idarə edə biləcəyimiz barədə müzakirələrə başladıq. Lazımi icazələrin alınması və hər şeyin qaydasına salınması uzun zaman və böyük əmək tələb etdi. Bir sözlə, bu möhtəşəm və tarixi uçuşu – qürurla qeyd etdiyimiz 125-ci uçuşu həyata keçirmək üçün bir il hazırlıq görülüb.

Mən mütləq Azərbaycana yenidən qayıtmaq istərdim. Uçuş həyata keçirərkən Qəbələdə çox gözəl bir məkan olduğunu da öyrəndim. Həmin yer dağlarla əhatə olunmuş, füsunkar mənzərəsi olan bir yerdir. Sizin ölkəniz çox rəngarəngdir. Burada qum təpələri, səhra tipli landşaftlar və daha əzəmətli dağlar var. Növbəti turda Azərbaycanı hava şarı ilə kəşf etməyi, bütün ölkəni gəzməyi çox istərdim. Əminəm ki, biz daha çox gözəl məkanlar tapacağıq. Hesab edirəm ki, Azərbaycanın bu sahədə böyük potensialı var. Ölkənin iqlimi buna çox uyğundur. Qafqaz dağları sayəsində küləklər mülayimdir, bu da ilboyu uçuşlar keçirməyə imkan verir. Hətta qış aylarında qarlı mənzərələr üzərində uçuşlar təşkil etmək mümkündür. İqtisadi baxımdan da lazımi potensialın olduğunu düşünürəm. Burada hava şarı uçuşlarına qatıla biləcək insanlar var. İnfrastruktur, turizm imkanları və otellər kifayət qədərdir. Zənnimcə, Azərbaycan hava şarı turizmini inkişaf etdirmək üçün möhtəşəm bir ölkədir".

Azərbaycanda keçirdiyi uçuşdan sonra təəssüratlarını bölüşən E.Danninqton gələcək planlarından da bəhs edib: "Biz Qafqaz dağlarının ətəklərində yerləşən bu gözəl bölgədə uçuş keçirdik və qarlı dağları seyr etmək olduqca xoş idi. Otlaqlarınızın və çaylarınızın üzərindən alçaq hündürlükdə uçduq. Çay üzərindəki həmin uçuşlar sadəcə sehrli idi. Həqiqətən füsunkar mənzərədir, mən buna heyran qaldım.

Azərbaycanın təbiəti çox zəngindir: meşələr, tarlalar, dağlar, göllər və heyrətamiz təpələr bir-birini əvəz edir. Əminəm ki, uçuşların sayı artdıqca daha möhtəşəm vəhşi təbiət nümunələri ilə də qarşılaşacağıq. Biz maral və dovşan gördük. Əminəm ki, burada sübh tezdən rast gəlinən digər vəhşi heyvanlar da var. Çünki bu heyvanların çoxu məhz səhər tezdən aktiv olur. Hava şarları da elə həmin vaxtlarda uçur. Siz günəşin doğuşu ilə birlikdə göyə yüksəlirsiniz ki, bu da fotoqrafiya üçün ən ideal zamandır və bu möhtəşəm bir hissdir.

Gələcək planlarıma gəlincə isə Afrika, şübhəsiz ki, böyük və mürəkkəb qitə olaraq qalır. Mən Afrikanın cənub hissəsində demək olar ki, uçuş həyata keçirmiş, Şərqi Afrikanın da az qala hər yerində olmuşam. Növbəti böyük ekspedisiyam üçün kiçik bir hava şarını yerləşdirə biləcəyim uyğun bir nəqliyyat vasitəsi tapmaq istəyirəm. Planım Böyük Britaniyadan Afrikanın bütün qərb sahili boyu, yəni Britaniyadan düz Anqolaya qədər səyahət etməkdir. Yolüstü bütün ölkələr mənim siyahımdadır. Sizin regiona gəldikdə isə Xəzər dənizinin qarşı sahilindəki qonşunuz hələ siyahımda yoxdur. Türkmənistanda uçuş həyata keçirməyi çox istərdim. Bunu indiyədək heç kim etməyib. Təbii ki, icazə almağın çətin olduğu bir ölkədir. Daha sonra isə təəssüf ki, siyasi cəhətdən mürəkkəb olan Pakistan, Əfqanıstan, Suriya kimi ölkələr, həmçinin Butan Krallığı və Banqladeş hələ də siyahımdadır. Hara gedəcəyimə qərar vermək bir neçə amilin vəhdətindən asılıdır: həmin ölkəyə daxil olmaq siyasi cəhətdən mümkündürmü? Kifayət qədər təhlükəsizdirmi? Orada əlaqələrim varmı? İcazə ala biləcəyəmmi? Bir sözlə, növbəti dayanacağımın hansı ölkə olacağını demək çətindir. Siyahımı tamamlamağa heç nəyin mane olmayacağına inanıram. Bunun üçün əlimdən gələn hər şeyi edəcəyəm, buna əmin ola bilərsiniz. Məqsədim həyat yoldaşımın rekordunu (127 ölkədə hava şarı uçuşu) tamamilə geridə qoymaqdır. Azərbaycana gəlmək mənim üçün əsl kəşf oldu. Bələdçi olduğum vaxtlardan həmişə Azərbaycanı ziyarət etmək istəmişəm. Mən İpək Yolu boyu səyahət etmişəm, Gürcüstanda olmuşam. Xəzər dənizi ətrafındakı ölkələri gəzmişəm, lakin Azərbaycanda heç vaxt olmamışdım. Bura sadəcə möhtəşəmdir. İnsanlarını çox sevdim. Bir şəhər kimi Bakıya, eləcə də buranın təbiətinə heyran qaldım, yerli insanlarla yaxından tanış oldum. Mənim üçün səyahət etmək yalnız hava şarı ilə uçmaqdan ibarət deyil. Bəli, bunu sevirəm, lakin əsas məsələ yeni mədəniyyətlərlə tanış olmaq, yerli insanlarla görüşmək və uçuş zamanı o sevinci bölüşməkdir. Bu təcrübəni dünyanın müxtəlif yerlərində yaşayan insanlarla bölüşmək məni ruhlandıran əsas amildir. Bəli, mən 127-ci ölkədə dayanmayacağam. Nə qədər bacarıramsa, bu yolu davam etdirmək istəyirəm".

Qeyd edək ki, Elli Danninqtonun Oğuz rayonunda həyata keçirdiyi uçuşda Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld, səfirliyin əməkdaşları və Dövlət Mülki Aviasiya Agentliyinin nümayəndələri də iştirak ediblər.

Müxbir - Göyçək Mahmudlu
Tərcüməçi - Əyyub Ələsgərov
Videooperator - Mirrəsul Cəfərov
Elli Danninqton: Azərbaycan hava şarı turizmini inkişaf etdirmək üçün möhtəşəm bir ölkədir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mirbek Mambataliyev: Qırğızıstan rəqəmsal yeniliklərə və gənclər mübadiləsinə açıqdır

UNCTAD rəsmisi: Rəqəmsallaşma yaradıcı xidmətlərin beynəlxalq ticarətdə inkişafını sürətləndirir

Azərbaycan transsərhəd ticarətə, rəqəmsallaşmaya, yaşıl keçidə yönəlmiş təşəbbüsləri dəstəkləyir

Azərbaycanda yeni anbarların tikintisi su təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir

Amanuel Elias: Rəqəmsal mühitdə irqçilik və ayrı-seçkiliyin qarşısının alınması vacibdir

Ozodbek Nazarbekov: Süni intellektin inkişafını mədəniyyət sahəsində tərəqqiyə yönəltməliyik

Fransada istehlakçı inamı son 13 ilin ən aşağı səviyyəsinə düşüb

Dunay çayı kanalizasiya suları ilə çirklənib

İraqda İŞİD üzvü olan yeddi Fransa vətəndaşına həbs cəzası verilib

BMT rəsmisi: Azərbaycanın “ASAN xidmət” modeli uğurlu nümunə kimi bir sıra ölkələrdə tətbiq olunur

Asa Regner: Qadınların təşəbbüslərinə mane olan stereotiplərə qarşı mübarizə aparırıq

Şarlott Kurtua: Rəqəmsal texnologiyalar mədəniyyətlərarası dialoqun inkişafı üçün geniş imkanlar yaradır

Hüseyn Hüseynov: Sahibkarlar iqtisadiyyat və mədəniyyətlər arasında mühüm körpü rolunu oynayırlar

Avropa dövlətləri Azərbaycanın regionda formalaşdırdığı yeni siyasi reallıqları qəbul edir - ŞƏRH

Hindistanlı nümayəndə: Bakı forumu beynəlxalq əməkdaşlıq və innovasiyalar üçün mühüm platformadır

Macarıstanlı həvəskar astronom Yerə yaxın yeni asteroid kəşf edib

ICESCO-nun Baş direktoru: Dünyada sülhün təmin edilməsi üçün qlobal hərbi xərclərin yarım faizi kifayətdir VİDEO

ICESCO-nun Baş direktoru: Dünyada sülhün təmin edilməsi üçün qlobal hərbi xərclərin yarım faizi kifayətdir VİDEO

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

S.C.Rzayevin Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Fransa Senatı Korsikaya muxtariyyət verilməsini nəzərdə tutan konstitusiya islahatını rədd edib

M.M.Seyidovun Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Şarlott Kurtua: Rəqəmsal alətlər tələbələrin biliklərini başqalarına ötürməsinə imkan yaradır

Baş direktor: Azərbaycanda yaradıcı sənayelərin iqtisadiyyatda payı artır

Rəşad Əzizov: Mədəniyyətlərarası Dialoq Forumunun missiyası əvvəlkindən daha böyük əhəmiyyət kəsb edir

FAO və Dünya Bankı: Neft və ərzaq qiymətlərində qlobal təklif şokları inflyasiyaya təzyiqi artırır

Beynəlxalq elmi simpoziumda Azərbaycanın güləş platforması yüksək qiymətləndirilib

Şirvanda beynəlxalq şahmat festivalına yekun vurulub

Fərid Cəfərov: Süni intellektin təsirlərini nəzərə alaraq əməkdaşlıq gücləndirilməlidir VİDEO

Fərid Cəfərov: Süni intellektin təsirlərini nəzərə alaraq əməkdaşlıq gücləndirilməlidir VİDEO

Müşavir: Almaniya iş adamları Azərbaycan ilə əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirməkdə maraqlıdırlar

Darla Deardorff: Mədəniyyətlərarası səriştə gündəlik həyatımızın bir hissəsi olmalıdır

Azərbaycanda süni intellekt üzrə milli dil modelləri hazırlanır

Migel Anxel Moratinos: Əsas məqsədimiz təşəbbüsləri birgə həyata keçirmək və əməkdaşlığı gücləndirməkdir VİDEO

Migel Anxel Moratinos: Əsas məqsədimiz təşəbbüsləri birgə həyata keçirmək və əməkdaşlığı gücləndirməkdir VİDEO

Nazir müavini: Azərbaycanda 25 mindən çox dövlət qulluqçusunun rəqəmsal bacarıqları artırılacaq

AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi “Global Senior Management” proqramı uğurla yekunlaşıb

Yengicə su anbarının tikintisi davam edir

Konqoda Ebola virusuna yoluxanların sayı 10 mini ötüb

VII Dialoq Forumu: Beynəlxalq təşkilatların və nazirlərin xüsusi birgə sessiyası işə başlayıb VİDEO

VII Dialoq Forumu: Beynəlxalq təşkilatların və nazirlərin xüsusi birgə sessiyası işə başlayıb VİDEO

Ekspert: İnklüziv təhsil şagirdin sinifdə olmasından daha geniş məna daşıyır - MÜSAHİBƏ

Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun xatirəsi anılıb

Qazaxıstan yerli dron istehsalını genişləndirəcək

Bakı Kitab Sərgisində yeni nəşr: “Mirzə Qədim İrəvani: Zamanların qovşağında”

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

Gələn ildən Şimal Dəniz Marşrutu ilə ilboyu yük daşımalarına başlanması gözlənilir

Sabah bəzi yerlərdə yağış yağacaq

Özbəkistanda xərçəngin erkən aşkarlanmasına 59 milyon dollar vəsait ayrılacaq

Dialoq mövcud problemlərin həlli üçün zəruri olan anlaşma mühiti yaradır ŞƏRH

Rəqəmsal gələcək və süni intellekt: VII Dialoq Forumunda plenar iclas

® “Rabitəbank” “Rabita Junior”un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Xarici diplomatik heyət üzvlərinə qeydiyyat vəsiqəsi veriləcək

Almaniyada avtomobil bir qrup insanın üzərinə sürülüb, xəsarət alanlar var

Gənclər Kitabxanası kitab sərgisi çərçivəsində “Süni intellekt və kitabxana: yeni nəsil təqdimatlar” adlı tədbir təşkil edib

Sudanda PUA hücumları nəticəsində 21 nəfər ölüb, 40-dan çox insan yaralanıb

UNESCO rəsmisi: Davamlı sülh cəmiyyətlərdə qərəzlərin aradan qaldırılmasından və uşaqların təhsilindən başlayır

Oktyabr Hörmüzdə ticarət gəmilərinə hücumların sayına görə son 9 ildə ən çətin dövr olub

“Qarabağ” Futbol Akademiyasının direktoru: Daha cəsarətli oynamalı, topladığımız təcrübəni nəticəyə çevirməliyik

Azərbaycan-Niderland əlaqələrinin inkişafı ölkəmizin Aİ ilə münasibətlərinin strateji önəmini gücləndirir – ŞƏRH

Baş katib: Azərbaycan “Bakı Prosesi” vasitəsilə ölkələri və mədəniyyətləri bir araya gətirir

Adambaşına maliyyələşmə mexanizmi təhsilin keyfiyyətinə müsbət təsir göstərə bilər - ekspert

Gecə saatlarında əməliyyat – “zərərçəkənlər” xilas olundu VİDEO

Gecə saatlarında əməliyyat – “zərərçəkənlər” xilas olundu VİDEO

Hidayət Heydərov çəki dərəcəsini dəyişməyəcək

Hesablama Palatasının sədri Vyetnamda beynəlxalq konfransda çıxış edib

Sudan hökuməti ölkədə aclıq təhlükəsi barədə xəbərdarlıqlara münasibət bildirib

Komitə rəsmisi: Üç rayonda yeni Ailə Mərkəzinin yaradılması istiqamətində işlər aparılır

Tbilisi Mərkəzi Dəmir Yolu Vağzalı əsaslı təmir olunur

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 oktyabr

Hörmüz böhranı istehlakçılara əlavə 468 milyard dollara başa gəlib

Şərurda 14 min tonluq 32 soyuducu anbar tam dolub – itkisiz tədarük VİDEO

Şərurda 14 min tonluq 32 soyuducu anbar tam dolub – itkisiz tədarük VİDEO

Qədim süxurlarda zəlzələlərin sunaminin yaranmasına təsirini göstərən izlər aşkarlanıb

ICESCO-nun Baş direktoru: “Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb

BMT rəsmisi: Dini və mədəni obyektlərin qorunması dinc birgəyaşayış üçün böyük əhəmiyyət daşıyır

Qərbi Azərbaycan folkloruna həsr olunmuş elmi konfransın materialları nəşr edilib

Azərbaycanda kibertəhlükəsizlik üzrə ixtisaslı yerli mütəxəssislər hazırlanacaq

Ağdam Sənaye Parkında yem istehsalı müəssisəsi yaradılacaq

Bağçalarda yeni inkişafetdirici layihə: “Yaradaq, quraq!”

Bankların kredit portfeli 33,7 milyard manata çatır

Sentyabrda bankların cəmi aktivləri 1,8 faiz artıb

Saçını düzləşdirən qadın xəstəxanalıq olub

Qazaxda kişi meyiti tapılıb

Daha iki Sosial Xidmət Mərkəzi istifadəyə verilib

Mütəxəssis: Sosial dəstək ailələrin problemləri müstəqil həll etmək bacarıqlarını gücləndirir

Borcluların qiymətli kağızlarına tələbin yönəldilməsi qaydası dəyişir

Vətən müharibəsi şəhidi Ruslan Binnətovun ailəsi ziyarət edilib

Bankomat və POS-terminalların sayı azalıb

ADAU-da tələbələrin I Beynəlxalq mədəniyyət festivalından FOTOLAR VİDEO

ADAU-da tələbələrin I Beynəlxalq mədəniyyət festivalından FOTOLAR VİDEO

Misir Prezidenti rusiyalı həmkarı ilə ticarət və ərzaq təhlükəsizliyi məsələlərini müzakirə edəcək

Bank sektorunun xarici öhdəlikləri azalıb

“Gəncə” basketbol klubunun yeni baş məşqçisi bəlli olub

İki dahi sənətkarın ortaq ədəbi-fəlsəfi irsi bir arada: yeni elmi toplu çap olunub

Naxçıvanda “mygov” platforması üzərindən vətəndaşların birbaşa müraciət imkanı təmin edilib

Rusiyanın Bryansk vilayətinə dron hücumu nəticəsində ölən və yaralananlar var

Təhlükəli malların bazardan geri çağırılması və məhv edilməsi qaydaları müəyyənləşir

Məhkəmədən mühüm qərar: Barışıq olan yerdə azadlıq mümkündür

Fiziki şəxslərin əmanətlərinin 71,4 faizi milli valyutadadır

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Tatev məbədi

İƏT-in Baş katibi: Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib

Azərbaycan-Almaniya Biznes Şurasının təsis iclası keçiriləcək

Prezident İlham Əliyev: Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq VİDEO

Prezident İlham Əliyev: Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq VİDEO

Bakıda 48,7 kilometrlik yenilənmə: 95 küçə və prospektdə təmir yekunlaşıb

Sentyabrda kartlar vasitəsilə aparılan ölkədaxili nağdsız ödənişlərin həcmi açıqlanıb