Azərbaycan Dövlət İnformasiya Agentliyi

Palma zirvəsində üç gün

Bakı, 11 noyabr, AZƏRTAC

Dubayda cəmi üç gün ərzində dünyanın ən böyük akvaparklarından birini ziyarət etmək, planetin ən iri akvariumlarından biri ilə tanış olmaq, dünyanın onlarla xalqının milli mətbəxinə məxsus təamları dadmaq, əmirliyin ən uzun çimərliklərindən birində Ərəbistan dənizinin sularına qərq olmaq və bütün bunları bir adanın hüdudlarından kənara çıxmadan həyata keçirmək mümkündürmü? Məlum oldu ki, mümkündür! Bunun üçün Atlantis, The Palm kurortunun qonağı olmaq kifayətdir. Palm Jumeirah süni adasında yerləşən bu kurort dünya rekordları ilə zəngindir və çoxdan Dubayın müstəqil turizm məkanlarından birinə çevrilib. Buraya sadəcə ekskursiya üçün gəlmək və ya bir neçə günlük istirahət üçün yerləşmək olar. Biz ikinci variantı seçdik və təəssüratlarımızı sizinlə bölüşməyə tələsirik!

1-ci gün. Sürücüsüz qatar, 10 metrlik akvarium və Britaniya sayağı mal əti

Palm Jumeirah adası Yaxın Şərqdə ilk olan The Palm Monorail monorels dəmir yolundan baxdıqda tamamilə fərqli və gözlənilməz rakursdan açılır. Marşrut materik tərəfdən adaya girişdə yerləşən “Palm Gateway” stansiyasından başlayır və süni arxipelaqın villaları, çimərlikləri və yaşıllıqları üzərindən keçir.

Sürücüsüz qatarla səyahət əsl panoramik gəzintiyə çevrilir. Marşrutun son hissəsində estakada açıq dənizə yaxınlaşır və qarşınızda tədricən Atlantis, The Palm kompleksinin nəhəng silueti ucalır. Sonuncu “Aquaventure World” stansiyası akvaparkın yaxınlığında yerləşdiyindən monorels xüsusilə onun ziyarətçiləri üçün əlverişlidir. Kurortun qonaqları isə, bir qayda olaraq, avtomobil və ya taksi ilə gəlirlər. Zərurət yarandıqda otel transfer xidməti də təşkil edir.

Kompleksin təmtəraqlı foyesində qonaqları dəniz mövzusunda hazırlanmış, 3000 unikal əl işi elementdən ibarət nəhəng şüşə kompozisiya qarşılayır. Əgər klub tipli yerləşmə paketini seçsəniz, İmperial Club lounge-da ayrıca qeydiyyat masasının xidmətindən yararlana bilərsiniz. Menecer sənədlərinizi hazırlayanadək siz rahat kresloda əyləşib xoş gəldin içkinizi içir və qarşıda sizi gözləyən yenilikləri səbirsizliklə gözləyirsiniz.

Sonrakı günlərdə isə lounge-a hər gün giriş imkanı istirahətin ritmini tamamilə dəyişir. Burada dincəlmək, bir fincan qəhvə içmək və ya mini qəlyanaltılarla desertlərlə dolu çoxmərtəbəli sinilərdə təqdim olunan günortadan sonrakı çay süfrəsindən zövq almaq mümkündür.

Qastronomik kəşflərə bir qədər sonra qayıdacağıq. Hələlik isə kompleksin əsas cazibə mərkəzinə — su altında qalmış Atlantidanın xarabalıqları üslubunda dizayn edilmiş “Lost World” akvariumuna üz tuturuq. Təsəvvür edin: yarıqaranlıq labirintlərdə gəzirsiniz, nəhəng panoramik şüşələrin arxasında isə qədim amforalar və yox olmuş sivilizasiyanın qalıqları arasında nəhəng skat balıqları süzür, köpəkbalıqları və okean balıqlarının sürüləri sakitcə hərəkət edir. Bu mənzərə insanı sözün əsl mənasında hipnoz edir və zaman hissini unutdurur.

Yenilənmiş “Lost World Aquarium” sadəcə akvarium deyil, sualtı aləmə aparan möhtəşəm multimedia səyahətidir. LED panelləri, proyeksiya sistemləri, həcmli səs effektləri və interaktiv elementlərlə təchiz edilmiş 14 tematik zal tam immersiya effekti yaradır. Hər neçə saatdan bir “Lost World Aquarium” məkanı möhtəşəm işıq şousuna çevrilir: divarlarda mərcan rifləri canlanır, balıq sürüləri hərəkət edir, itirilmiş Atlantidanın mifoloji personajları peyda olur. Bu fantastik atmosferi sualtı dekorasiyalar arasında nağıl qəhrəmanlarının canlandığı su pəriləri şousu daha da tamamlayır.

Ümumilikdə, akvariumda 65 000 dəniz canlısı yaşayır. Ən təsiredici məkan isə 11 milyon litr su tutumuna və 10 metr dərinliyə malik mərkəzi The Ambassador Lagoon hövzəsidir. Kurortun açıq ərazilərində gəzərkən bu nəhəng akvariumu sərbəst şəkildə seyr etmək mümkündür.

Arzu edənlər burada təlimatçı ilə dalğıclıq dərsləri ala, şnorkellə üzməyi sınaya və ya Aquatrek xüsusi dəbilqələri ilə sualtı gəzintiyə çıxa bilərlər. Sualtı nömrələrin və dəniz məhsulları restoranı Ossianonun pəncərələri də məhz bu akvariuma açılır.

Yeri gəlmişkən, yemək məsələsinə də toxunaq. Kurortun ərazisində, Michelin ulduzlu restoranlar da daxil olmaqla, ümumilikdə 34 qastronomik məkan fəaliyyət göstərir.

İlk naharımızı “Wavehouse” restoranında etdik. Bura özünü ailəvi əyləncə mərkəzi ilə restoranın vəhdəti kimi təqdim edir. Atmosfer son dərəcə sərbəst və rahatdır. Ərazidə müxtəlif oyun avtomatları, həmçinin boulinq zonası yerləşir.

Məkanın ən məşhur təamı Britaniya mətbəxinə məxsus fish and chipsdir. Bizə danışdılar ki, bu yeməyin bənzərsiz dadının sirri fritür yağının temperaturunun dəqiq tənzimlənməsindədir: xəmir qatı dərhal xırtıldayan qabıq əmələ gətirir, balıq isə daxilində şirəli və zərif qalır. Yeməyin yanında yüngül toyuq sendviçi və müəllif resepti ilə hazırlanmış bir neçə meyvə kokteyli də sifariş etdik.

Axşam isə qastronomik səviyyə daha da yüksəldi. Bizi britaniyalı məşhur aşpaz Qordon Ramzinin “Bread Street Kitchen” restoranında şam yeməyi gözləyirdi. Bu məkan, ilk növbədə, özünün imza yeməyi olan “Beef Wellington” (Vellinqton sayağı mal əti) ilə məşhurdur.

Hər tərəfi qızardılmış mal əti filesi nazik göbələk paşteti qatı və xırtıldayan qat-qat xəmirlə örtülür. Bu qeyri-adi dad harmoniyası məşhur aşpazın şöhrətini tamamilə doğruldur.

2-ci gün. Qastronomik teatr, rekordçu çimərlik və ispan çurrosları

Səhərimiz “Saffron” restoranında başladı. Bura sadəcə səhər yeməyi məkanı deyil, onlarla açıq mətbəxin fəaliyyət göstərdiyi əsl qastronomik teatrdır. Seçim insanı heyrətləndirir: klassik blinçiklərdən tutmuş Asiya dim-samlarına və Hindistan karilərinə qədər.

“Saffron” restoranında “şved masası” anlayışı tamamilə yeni səviyyəyə yüksəlib. Yerli menyuda 220-dən çox təam təqdim olunur. Bu zəngin çeşid bir il ərzində hər gün tamamilə fərqli yeməklər dadmağa və heç bir sifarişi təkrarlamamağa imkan verər!

Artıq kurortun sahil xətti ilə tanış olmağın vaxtı idi. Burada Dubayın uzunluğu 2 kilometrdən çox olan ən böyük özəl çimərliklərindən biri yerləşir. Arzu edənlər Ərəbistan körfəzinin ilıq sularına qərq ola bilərlər. Dənizə giriş tədricən dərinləşir, buna görə də həm dayaz suda əylənməyi sevənlər, həm də uzun məsafəyə üzməyi xoşlayanlar razı qalacaqlar. Bundan əlavə, kompleksin dörd hovuzundan birində də dincəlmək mümkündür.

Açıq havada yerləşən ən böyük hovuzlardan biri — Palm Pool-un yaxınlığında çimərliyə mənzərəsi olan “The Shore” restoranı fəaliyyət göstərir. Meksika mətbəxi həmin an üçün əla seçim oldu: ətli doyumlu burrito, cızıldayan tavada təqdim olunan acılı krevetli fajitas və əlbəttə ki, şirin final — şokolad sousu ilə ənənəvi ispan çurrosları. Yeri gəlmişkən, çurroslar azərbaycan mətbəxinin bamiya şirniyyatına çox bənzəyir: hər ikisi eyni qabırğalı, ulduzvari formaya və xırtıldayan qabığa malikdir.

Bəziləri üçün isə bütün səyahətin ən yaddaqalan qastronomik hadisəsi Seafire Steakhouse restoranında şam yeməyi ola bilər. Bura yüksəkkeyfiyyətli ət həvəskarlarının sevimli məkanıdır. Restoran xüsusilə avstraliyamənşəli mərmər mal ətindən hazırlanan Wagyu Imperial Blossom adlı imza steyki ilə məşhurdur. Bu, yalnız Atlantisdə təqdim olunan eksklüziv ət seleksiyasıdır. Ətin teksturası inanılmaz dərəcədə zərifdir — sözün əsl mənasında ağızda əriyir və arxasında incə qoz notları ilə zəngin, uzunmüddətli dad buraxır.

3-cü gün. “Aquaventure World”də dünya rekordları günü

Üçüncü günümüz “Kaleidoscope” restoranında daha sakit, klassik səhər yeməyi ilə başladı. Burada Aralıq dənizi ab-havası hökm sürür. Menyuda təzə bişmiş un məmulatlarına, fermer pendirlərinə və ideal hazırlanmış Benedikt yumurtalarına xüsusi yer ayrılıb.

Səhər yeməyindən sonra “Aquaventure World” akvaparkını fəth etməyə yollandıq. 2021-ci ilin martında aparılan yenidənqurmadan sonra akvaparkın ərazisi üçdəbir qədər genişlənərək onu dünyanın ən böyük akvaparklarından birinə çevirib. Park o qədər genişdir ki, müxtəlif zonalar və qüllələr arasında hərəkət etmək üçün ən rahat vasitə xüsusi elektrikli avtomobillərdir.

Yeni Trident qülləsinin, laqunanın və Splashers körfəzinin istifadəyə verilməsi ilə “Aquaventure”də müxtəlif su sürüşkənlərinin və attraksionların ümumi sayı 105-ə çatıb. Ən güclü təəssürat yaradan attraksionlardan biri Leap of Faith (İnam sıçrayışı) qülləsidir. Burada sanki doqquzmərtəbəli binanın hündürlüyündən, demək olar ki, şaquli şəkildə aşağı düşür, daha sonra isə köpəkbalıqlarının üzdüyü hovuzun içərisində yerləşən şəffaf borudan sürətlə keçirsiniz. Əsl adrenalin!

Kəskin hissləri sevənlər dünyanın ən hündür, ikiqat dalğalı su sürüşkəni olan “Odyssey of Terror” attraksionunu da sınaqdan keçirə bilərlər. Attraksionların siyahısı həqiqətən heyrətamizdir. Dünyanın uzunluğuna görə rekord qıran ailəvi su sürüşkəni “Shockwave”də komanda yarışı təşkil edə və ya regionda ilk olan “Medusa's Lair” (PIPEline BLAST) trasında sürət duelinə çıxa bilərsiniz.

“The Tower of Poseidon” qülləsində isə dünyanın ən böyük su sürüşkəni, dünyada ilk ikiqat su sürüşkəni və BƏƏ-də yeganə ikiqat yarış döngələri yerləşir.

Maraqlıdır ki, “Aquaventure”in rekordçu statusu yalnız mühəndislik nailiyyətləri ilə məhdudlaşmır. 2024-cü il dekabrın 7-də burada “Guinness World Records” üzrə daha bir rekord qeydə alınıb: bir saat ərzində eyni su sürüşkənindən 90 müxtəlif millətin nümayəndələri istifadə ediblər. Bu, müasir Dubay kurort məkanının nə dərəcədə beynəlmiləl xarakter aldığını əyani şəkildə nümayiş etdirən maraqlı göstəricidir.

Yüngül qəlyanaltı üçün akvaparkın ərazisində yerləşən Snappers məntəqəsinə baş çəkmək olar. Burgerlər, kartof fri və sərinləşdirici içkilər yeni macəralara davam etmək üçün enerjinizi tez bir zamanda bərpa etməyə kömək edəcək.

Bizim üçün günün ən maraqlı kəşflərindən biri isə delfinlərin iştirakı ilə keçirilən maarifləndirici proqramlar oldu. Bu proqramlar Dolphin Bay-də (Delfinlər laqunası) gündə bir neçə dəfə təşkil olunur və akvaparkın qonaqları üçün tamamilə ödənişsizdir! Delfinlər təbii bacarıqlarını, yüksək sürətlərini və möhtəşəm sıçrayışlarını birbaşa gözləriniz önündə nümayiş etdirirlər. Mütəxəssislər isə bu məməlilərin biologiyası və onlara göstərilən qayğı haqqında maraqlı məlumatlar verirlər.

Son söz əvəzi

Atlantis, The Palm kurortunda üç gün bir göz qırpımında keçir. Kurort elə təşkil olunub ki, buradan heç çıxmadan da istirahətinizi dolğun və maraqlı keçirə bilərsiniz: şəhərin ən yaxşı əyləncələri və dünya səviyyəli restoranları bir məkanda cəmləşib. Bu nəhəng dünya bəzən yeni təəssüratlarla sizi heyrətləndirir, bəzən isə məhz ehtiyac duyduğunuz anda qayğı və sakitliklə əhatə edir. İctimai təsəvvürdə bu kurort Dubayın sərhəd tanımayan dəbdəbəsinin və möhtəşəmliyinin simvoludur. Lakin burada olduqdan sonra beton və şüşədən ibarət təmtəraqlı fasadın arxasında tam müstəqillik prinsipi ilə qurulmuş heyrətamiz bir ekosistemin gizləndiyini anlayırsınız. Burada keçirəcəyiniz vaxtı planlaşdırarkən hər detalı əvvəlcədən düşünmək lazım gəlir. Çünki Atlantis, The Palmda imkanlar boş vaxtınızdan qat-qat çoxdur!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hazırda Bakıda bir neçə istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

SEPAH Bəhreyndə ABŞ-yə məxsus radar sistemini məhv etdiyini açıqlayıb

Arktikada buz örtüyünün azalması Avropada yay quraqlıqlarından xəbər verə bilər - Tədqiqat

“Bloomberg”: “SpaceX” və “Tesla” şirkətləri dekabrda birləşə bilər

Papua-Yeni Qvineya sahillərində güclü zəlzələ baş verib

Kuşner: Avropanın iştirakı olmadan Ukrayna ilə bağlı razılığa gəlmək mümkün deyil

Böyük Britaniya miqrantların keçmiş hərbi bazada yerləşdirilməsi planını təsdiqləyib

Vitkoff: Ukrayna ilə bağlı daha bir görüş planlaşdırırıq

İtaliya UEFA Millətlər Liqasında Fransanı məğlub edib

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

Tramp: İrana qarşı hərbi gücdən istifadə etməkdə tərəddüd etməyəcəyəm

Afinada Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu ilə bağlı dəyirmi masa təşkil edilib

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib  YENİLƏNİB VİDEO

İsveçrə Prezidenti: “Avropa Siyasi Birliyi”nin növbəti sammiti Sürixdə keçiriləcək

Türkiyə Prezidenti: Qlobal orta temperatur artımını 1,5°C ilə məhdudlaşdırmaq hədəfinə nail olaq

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb VİDEO

Tramp prezidentlik müddəti başa çatana qədər Kuba məsələsini həll etmək istədiyini bildirib

Fariz Əhmədov: “Sükut içində addımlar” filmi Qarabağın minalardan təmizlənməsində iştirak edən qadınların gündəlik həyatını əks etdirir

Bakı Media Mərkəzinin “Sükut içində addımlar” filminin təqdimatı olub

Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub VİDEO

Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşü olub VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşüb VİDEO

Dakar-2026: Azərbaycan komandası medal sıralamasında bir pillə irəliləyib

Nyu-Yorkda binanın uçması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb

Azərbaycan şahmatçıları Avropa çempionatında daha iki medal qazanıblar

CECECO COP31 çərçivəsində təmiz enerji və dayanıqlı inkişaf üzrə müzakirə aparıb

Maltanın Baş naziri: Süni intellekt, enerji əlçatanlığı və bağlantı əsas müzakirə mövzularımız olub

Türkiyə millisi Belçikaya məğlub olub

İrlandiyalı nazir: Ukrayna müharibəsi Aİ-nin iqtisadiyyatına mənfi təsir göstərir

Şimali Makedoniya Prezidenti: “Avropa Siyasi Birliyi”nin sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi etimad göstəricisidir

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Azərbaycan nümayəndə heyəti Həştərxanda Heydər Əliyev adına 11 nömrəli məktəbi ziyarət edib

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Toral Bayramov: Sabah qələbə qazanaraq xalqımızı sevindirmək istəyirik

Ukrayna mediası Azərbaycan və Ukrayna prezidentlərinin görüşünə geniş yer ayırıb

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub VİDEO

Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub VİDEO

Mateuş Çuxnovski: “Sükut içində addımlar” filmi uzun zaman və böyük zəhmət tələb edən layihədir

İsmayıl İman: "Sükut içində addımlar" filminin çox vacib mövzusu və qeyri-adi hekayələri var

Qaradağ rayonunda Konstitusiya Günü ilə bağlı dəyirmi masa keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Ermənistanın Baş naziri ilə görüşü olub YENİLƏNİB VİDEO

Türkiyədə helikopter qəzaya uğrayıb, 4 hərbçi şəhid olub

COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub

Azərbaycanın gənc gimnastı dünya çempionatında gümüş medal qazanıb

ABŞ Prezidentinin nümayəndələri Moskvadan Dublinə uçublar

Vüqar Süleymanov: Mina hadisələrinin təxminən 60 faizi keçmiş təmas xəttindən içəridə baş verib

"Azərbaycançılıq ideyası: media fəaliyyəti və yeni dövrün çağırışları” mövzusunda Dəyirmi masa

Dövlət idarəçiliyində süni intellektin tətbiqi imkanlarına dair təlim keçirilib

Yaradıcılıq gecəsi: “Laçından keçən ulduzlar”

Azərbaycan və Tacikistan ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparıb

Süni intellekt yazıçını əvəz edə bilərmi? VİDEO

Bu saata olan əsas xəbərlər

Azərbaycan və Dünya Bankı əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib

Tramp Meksikanı gömrük rüsumlarını ikiqat artırmaqla hədələyib

Göyçay narı niyə bahadır? Fermerdən bazara qədər qiymət fərqi - REPORTAJ

Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb VİDEO

Bünövrə rolunu oynayan Konstitusiyamız hüquqi dövlətin Azərbaycan modelini formalaşdırdı - ŞƏRH

Qazaxıstanda xərçəngə qarşı ilk yerli dərman preparatı gələn il bazara çıxarıla bilər

Böyük Britaniyada jurnalistlərə qarşı hücum planlaşdıran iki İran vətəndaşı təqsirli bilinib

COP31 çərçivəsində Azərbaycan ilə Qırğızıstan arasında ətraf mühit məsələləri barədə müzakirələr aparılıb

Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

Deflimpiya Komitəsinin nümayəndəsi: Qarşıdakı yarışlarda idmançıların və medalların sayını artırmaq istəyirik VİDEO

Deflimpiya Komitəsinin nümayəndəsi: Qarşıdakı yarışlarda idmançıların və medalların sayını artırmaq istəyirik VİDEO

Nazirlik rəsmisi: Yeni subsidiya mexanizmi atçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsinə xidmət edir

12 Noyabr - Konstitusiya Günü bölgələrdə müxtəlif tədbirlərlə qeyd olunub

“Bir əsrin işığında türkologiya: irs və perspektivlər” - SDU-da beynəlxalq forum

Azərbaycan-Aİ iqtisadi əməkdaşlığında prioritet enerji ixracından geniş iqtisadi tərəfdaşlığa keçid olmalıdır – ŞƏRH

London Brüssellə yeni razılaşmalar əldə etməyə çalışır

Azərbaycan boksçusu Avropa yığmasının heyətində döyüşəcək

Polyaklar Britaniyanı tərk edərək vətənlərinə qayıdırlar

Ədəbiyyat Muzeyində tanınmış şair Sərdar Əsəd yaradıcılığına həsr edilmiş ekspozisiyanın açılışı olub

Vaşinqtonda silahlı insident baş verib

TÜRKPA-nın gənc parlamentariləri Ankarada toplaşıblar

Kəlbəcərdə iməcilik aksiyası təşkil olunub VİDEO

Kəlbəcərdə iməcilik aksiyası təşkil olunub VİDEO

NVIDIA-nın baş direktoru Censen Huan istefa verib

Britaniya Çaqos adalarının Mavrikiyə verilməsi istiqamətində növbəti hüquqi maneəni aradan qaldırıb

Toxunaraq oxunan dünyalar: Brayl Nəşrləri İnformasiya Resurs Mərkəzindən REPORTAJ

67 ölkənin nümayəndəsi Antalyada dayanıqlı şəhərlər mövzusunu müzakirə edib VİDEO

67 ölkənin nümayəndəsi Antalyada dayanıqlı şəhərlər mövzusunu müzakirə edib VİDEO

Günay Əfəndiyeva: Mədəniyyətə ayrılan vəsait gələcək nəsillərin mədəni-intellektual inkişafına qoyulan sərmayədir

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib YENİLƏNİB VİDEO

® “Azərikard” süni intellekt və davranışəsaslı yeni həllini təqdim edib

Bu ilin 9 ayında Azərbaycana ən çox Rusiya və Türkiyədən turist gəlib

NATO-nun Baş katibi: “PURL” proqramı çərçivəsində Amerika texnikasının Ukraynaya çatdırılması davam edir VİDEO

NATO-nun Baş katibi: “PURL” proqramı çərçivəsində Amerika texnikasının Ukraynaya çatdırılması davam edir VİDEO

Qırğızıstan-Türkiyə Manas Universitetində Zəfər Gününə həsr olunan tədbir keçirilib

Bakıda "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası" keçirilib

Azərbaycan MDB-də münaqişələrə məruz qalan ölkələr arasında suverenliyini ilk bərpa edən dövlətdir

Məktəbəqədər təhsil müəssisələrində valideynlərlə əməkdaşlıq gücləndirilir

Ağsuda fermerlər dövlət dəstəyi imkanları barədə məlumatlandırılıblar

Kreml Əbu-Dabidə Ukrayna ilə bağlı danışıqların nəticələrini açıqlayıb

Milli Məclisin daha üç komitəsinin birgə iclasında gələn ilin dövlət büdcəsi müzakirə olunub VİDEO

Milli Məclisin daha üç komitəsinin birgə iclasında gələn ilin dövlət büdcəsi müzakirə olunub VİDEO

Moskvada Rusiya Prezidenti ilə ABŞ nümayəndələri arasında danışıqlar keçirilir

Astana və Bakı Xəzərin qorunması üzrə əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər

Nigar Arpadarai: Azərbaycan nümayəndə heyəti COP31-ə töhfə verməyə çalışır

Yanvar-oktyabr aylarında pensiyalara 6 milyard 527 milyon manat vəsait yönəldilib

Bəhram Osmanov: “İki aktrisa üçün baş rol” gərgin dramatizmi ilə seçilir

Azərbaycan və Cənubi Koreya arasında turizm əlaqələri genişləndirilir

Bakının ev sahibliyi edəcəyi "SportAccord Convention 2027" sammitinə qeydiyyat başlayıb

Azərbaycanın tarixi Zəfəri milli həmrəyliyin və qətiyyətli siyasi iradənin nəticəsidir - ŞƏRH

Özünüməşğulluq proqramı üzrə 200-dən çox şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

Ərdoğan: Pakistanın üzləşdiyi problemlərin sülh yolu ilə həllinə dəstək verməyə hazırıq