Azərbaycan Dövlət İnformasiya Agentliyi

ADY sədri: Məqsədimiz yük sahiblərini və sərnişinlərimizi daha müasir və əlçatan xidmətlərlə təmin etməkdir – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Bakı, 8 may, AZƏRTAC

Qlobal logistika zəncirində Azərbaycanın tranzit potensialının artdığı və “Böyük Qayıdış” Proqramı çərçivəsində Qarabağın yenidən qurulduğu bir dönəmdə dəmir yolu nəqliyyatının idarə edilməsi yeni prioritetlər tələb edir. İqtisadi səmərəliliklə sərnişin məmnuniyyəti arasında balansın qurulması, rəqəmsallaşma maneələrinin aşılması və regional nəqliyyat dəhlizlərinin rəqabətqabiliyyətliliyinin təmin olunması bu gün “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) gündəliyində yer alan əsas məsələlərdir. QSC-nin sədri Rövşən Rüstəmov REAL Televiziyasına və AZƏRTAC-a müsahibəsində qurumun cari fəaliyyəti, beynəlxalq yükdaşımalar sahəsində görülən işlər, sərnişin məmnuniyyətinin artırılması və qarşıda duran strateji hədəflərlə bağlı mühüm məqamlara aydınlıq gətirib. Müsahibəni təqdim edirik.

REAL Televiziyasından Elcan Məmmədov: Dəmir yolu sektoru strateji baxımdan yükdaşımaları ilə ölkə iqtisadiyyatında olduqca mühüm rol oynasa da, ictimai müzakirələrdə daha çox sərnişin daşımaları nəzərə çarpır. Həm iqtisadi maraqları, həm də sərnişin məmnuniyyətini necə balanslaşdırırsınız?

- Əlbəttə, doğru qeyd etdiniz, dəmir yollarında həm yükdaşımaları, həm də sərnişin daşımaları strateji əhəmiyyət kəsb edir. Gündəlik fəaliyyətimizdə onların arasında ciddi balans yaratmaq istəyirik. Yük daşımaları bizim ölkənin strateji tranzit potensialının daha səmərəli istifadəsi, onun iqtisadi və nəqliyyat gücündən daha faydalı istifadə olunması baxımından önəmlidirsə, sərnişin daşımaları bizim vətəndaşlar, sərnişinlər üçün nəqliyyat xidmətlərinə, o cümlədən dəmir yolu nəqliyyatı xidmətlərinə əlçatan imkanların yaradılmasından ibarətdir. Ona görə də gündəlik fəaliyyətimizdə həm kapital qoyuluşu ilə bağlı layihələrimizdə, həm də infrastrukturun modernləşdirilməsində, o cümlədən rəqəmsallaşma həllərimizdə mütləq bu balansı qorumağa çalışırıq.

AZƏRTAC-dan Ceyhun Rüstəmov: Azərbaycan Dəmir Yolları hazırda həm ölkə daxilində, həm də regionda böyük dəmir yolu layihələri həyata keçirir. Qarabağdakı layihələr, Bakı-Tbilisi-Qars xəttinin modernləşdirilməsi, Astara terminalı, TRIPP layihəsi, Naxçıvan Muxtar Respublikasında dəmir yollarının yenidən qurulması kimi işlər hansı prioritetlər əsasında seçilir?

- İcazənizlə, ilk növbədə, azad olunmuş ərazilərdə həyata keçirilən infrastruktur layihələrindən başlayım. Bu istiqamətdə iki mühüm layihəmiz var ki, bunlardan biri Ağdam-Xankəndi və ondan əvvəl isə Bərdə-Ağdam dəmir yolu xəttinin bərpası ilə bağlı idi. Bu istiqamətdə ötən il may ayının 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirildi. Daha sonra bu yolun sərnişinlər üçün istismara verilməsinin şahidi olduq. Hazırda yolun Ağdamdan Xankəndiyə qədər olan hissəsində işlərimiz sürətli şəkildə həyata keçirilir. Həm Ağdam-Xankəndi dəmir yolu xəttinin, həm də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin inşası ilə bağlı işləri sürətlə icra edirik.

Digər bir strateji layihəmiz isə Horadiz-Ağbənd layihəsidir ki, bu layihənin icrası Zəngəzur dəhlizindən – TRIPP marşrutundan keçməklə ölkəmizin əsas hissəsinin Naxçıvan Muxtar Respublikası ilə dəmir yolu vasitəsilə bağlantısını mümkün etmiş olacaq. Bu günə qədər orada Horadiz-Ağbənd dəmir yolu xətti üzrə işlərin 72 faiz icra olunub. 75 kilometr hissəyə dəmir yolu xətti döşənib və il ərzində isə bu hissənin 85 kilometrə qədər artırılması planlaşdırılır. Bir məqamı qeyd edim ki, yolun tam hazır olmamasına baxmayaraq, artıq Soltanlı stansiyasına qədər hissədə dəmir yolu xətti istismara verilib və “Araz Vadisi İqtisadi Zonası”nın müştəriləri və rezidentləri bu dəmir yolu bağlantısından istifadə edərək Qarabağ bölgəsinə, azad olunmuş ərazilərə yük daşımalarını həyata keçirməyə başlayıblar.

Həmin yolun davamı olaraq, Naxçıvan Muxtar Respublikasında da infrastruktur quruculuğu işlərimiz həyata keçirilir. Bilirsiniz ki, ötən ilin sonlarından etibarən Naxçıvan Muxtar Respublikasının dəmir yollarının modernləşdirilməsinə başladıq. Əvvəlcə Zəngəzur dəhlizinin davamı olan Salamməlik stansiyasında və Ermənistanla dövlət sərhədinə qədər olan 7 kilometr hissədə yenidənqurma işlərinə başlanılıb. Yaxın bir neçə ay ərzində burada işlər sona çatdırılacaq. Bütövlükdə Naxçıvan MR-in dəmir yollarının tam yenidən qurulması ilə bağlı layihələndirmə işləri bitib və digər hissələrdə də müasirləşdirmə işlərinə başlanılacaq.

Bu iki istiqamətdə həyata keçirilən layihələrimiz təbii ki, bizi digər infrastruktur layihələrindən ayırmır. Burada kompleks yanaşma, strateji xətt var. Bu strateji xətt isə ölkəmizin həm Şərq-Qərb, həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsindən irəli gəlir. Bilirsiniz ki, ölkəmizin Şərq-Qərb dəhlizi üzərində çox strateji önəmi var. Nəqliyyat, logistika habı olaraq ölkəmizin son illər regionda rolu və əhəmiyyəti getdikcə artmaqdadır. Əgər Şərq-Qərb dəhlizi üzərindən həyata keçirilən bu infrastruktur layihələrinə baxsaq, təbii ki, burada ölkəmizin daxilində həyata keçirilən layihələr də var. Bunlar Bakı-Böyük Kəsik dəmir yolu xəttinin tam elektrikləşdirilməsi, dəyişən cərəyana keçid, müasir işarəvermə sistemi ilə təmin olunması və digər işlərdir ki, burada da məqsəd yolun buraxılış gücünün 40 milyon tona çatdırılmasından ibarətdir. Bu istiqamətdə ölkə xaricində həyata keçirilən infrastruktur layihələrinə baxsaq, burada Bakı-Tbilisi-Qars layihəsinin rolu çox önə çıxır. Bilirsiniz ki, bu layihə 2017-ci ildə istifadəyə verilib və 2022-ci ildə dövlətimizin başçısının tapşırığı ilə bu layihənin buraxılış gücünün artırılmasına qərar verilib və 1 milyon tondan 5 milyon tona artırılıb. 2024-cü ildə bu işlər sona çatdırıldıqdan sonra hazırda bu infrastruktur layihəsi həm Şərq-Qərb, həm Qərb-Şərq istiqaməti üzərində olan müştərilərimiz üçün tam istifadə edilir.

Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində icra olunan layihələrə gəldikdə, qeyd etmək lazımdır ki, bu dəhliz təkcə Azərbaycan üçün deyil, bütün regionun geosiyasi əhəmiyyətinin artması baxımından mühüm strateji rola malikdir. Şimal-Cənub dəhlizi həm Rusiya və Şimal ölkələrini, həm də Cənubda İran, Fars körfəzi, Hindistan və Hind okeanına qədər olan bölgəni bir-birinə bağlayan dəhlizdir. Bu istiqamətdə Şimal-Cənub dəhlizinin həm Bakıdan Rusiya sərhədinə qədər – Yalamaya qədər olan hissəsində infrastruktur layihələri var ki, burada yolun sağlamlaşdırılması işləri sona çatdırılıb. Bu ildən etibarən isə həmin istiqamətdə elektrik və işarəvermə sistemlərinin yenidən qurulmasına qərar verilib. Artıq bununla bağlı tender də elan olunub. Ümid edirik ki, bu il ərzində biz müqaviləni bağlayaraq işlərin icrasına başlayacağıq. Bu yolun nisbətən cənub tərəflərinə keçmiş olsaq – Ələt-Osmanlı istiqamətində 60 kilometrlik hissə var, bu yol bizi həm Şimaldan Cənuba qədər - Astaraya qədər olan yola bağlayır, eyni zamanda, Zəngəzur dəhlizinin də tamamlayıcı hissəsi rolunu yerinə yetirir. Ona görə də hər iki dəhlizə xidmət etdiyinə görə bu istiqamətdə 2024-cü ildən infrastruktur quruculuğu işlərinə başlanıldı. Növbəti ilin sonuna qədər bu hissədəki işlərin sona çatdırılması planlaşdırılır. Osmanlı-Astara dəmir yolunda – 183 kilometrlik hissədə də modernləşdirmə işləri bu ilin əvvəlindən start götürüb. Burada 30 kilometrə qədər hissə tam sağlamlaşdırılır və orada sürət hədləri artırılıb.

Şimal-Cənub dəhlizindən söhbət gedəndə, burada Astara terminalının rolunu xüsusilə vurğulamaq istərdim. Bilirsiniz ki, Astara terminalı bu marşrut üzərində çox ciddi bir strateji aktivdir və artıq terminal üzrə işlərin 92 faizi sona çatdırılıb. Qarşıdakı üç ay ərzində terminalın tam istifadəyə verilməsi planlaşdırılır ki, bu da sonda 4 milyon tona qədər yükün aşırılmasına imkan verəcək.

- Biz hazırda elə bir dövrdəyik ki, yük daşımaları kifayət qədər artıb, dəmir yolunda etibarlı və sürətli xidmət daha vacibdir. Azərbaycan Dəmir Yolları bu prosesi hansı prinsiplərlə idarə edir? Ümumiyyətlə, bu istiqamətdə son illərdə hansı yeniliklərə imza atılıb və hansı çətinliklər var? Bir az əvvəl beynəlxalq nəqliyyat dəhlizlərini vurğuladınız, Azərbaycan ərazisindən keçən dəhlizlərin inkişafı üçün hansı işlər görülür?

- Əlbəttə, təkcə infrastrukturun qurulması, onun müasirləşdirilməsi işimizin əsas hissəsindən ibarət deyil, eyni zamanda, bu infrastrukturun daha səmərəli istifadəsi, onun buraxılış gücünün daha da artırılması önəm daşıyan məsələlərdən biridir. Ümumiyyətlə, istənilən dəhlizi müqayisə etsək, onun əsas üç parametrini görə bilərik ki, bunların biri sürət, tarif, yəni qiymət, bir də təhlükəsizlik və keyfiyyət məqamlarıdır. Orta Dəhlizin üstünlüklərinə baxsaq, görəcəyik ki, təhlükəsizlik və keyfiyyət xüsusilə önəm daşıyır. Ona görə də bizim müştərilər – həm Avropadan, həm də Çindən olan müştərilərimiz mütləq şəkildə bu önəmə daha çox üstünlük verirlər. Əməliyyatların sürətinin artırılması yalnız Azərbaycan Dəmir Yollarının da görəcəyi iş deyil. Burada mütləq şəkildə bizim tərəfdaşlarla, tərəfdaş dəmir yolları ilə işlərin birgə və sinxronlaşdırılmış şəkildə görülməsinə ciddi ehtiyac var. Bu baxımdan əməliyyatların səmərəliliyini həm ölkə daxilində, həm də qonşu ölkələrin dəmir yolları ilə birlikdə həyata keçiririk.

Son illər regionda baş verən geosiyasi proseslər ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərinə marağı bir qədər də artırıb. Bu kontekstdə xüsusilə Orta Dəhlizi qeyd etmək istərdim. Bu dəhliz həm Çin-Avropa bağlantılarında xüsusi əhəmiyyət kəsb edir, həm də Şimal-Qərb marşrutunun daha da genişləndirilməsində önəmli rol oynayır. Bütövlükdə Orta Dəhlizin keçiriciliyinin artırılması üçün Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu da var. Bu marşrut üzrə hər il yük daşımalarının həcmi artır. Məqsədimiz dəhlizləri bir-birinə bağlamaqla qitənin bütövlükdə coğrafi və logistik potensialını daha da genişləndirməkdir. Bu kontekstdə Azərbaycan Dəmir Yollarının müəllifi olduğu Avrasiya Nəqliyyat Marşrutunu xüsusilə qeyd etmək istərdim. 2024-cü ildə mənzil qərargahı Bakıda olmaqla “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının yaradılması təşəbbüsü ilə çıxış etdik. Assosiasiyanın təsis konfransı Bakıda keçirildi və bu marşruta artıq Tacikistan, Qırğızıstan, Özbəkistan, bu ilin fevral ayında isə Gürcüstan Dəmir Yolları da qoşulmaqla ona olan marağın bir qədər də artdığını göstərdi. Bilirsiniz, Orta Dəhlizin nisbətən cənub qanadında təşkilatlanma bu günə qədər həyata keçirilməmişdir. Ona görə bu istiqamətdə həyata keçirilən layihələr, xüsusən də Çin Xalq Respublikasının Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xəttinin qurulması ilə bağlı meqalayihəsi Orta Dəhlizin əhəmiyyətini bir qədər də artırmış oldu. Bundan əlavə, digər bir istiqamətdə həm Orta Dəhlizin, həm də Trans-Əfqan dəhlizinin bir-birinə bağlanmasına Avrasiya Nəqliyyat Marşrutu öz töhfəsini vermiş olacaq.

Bu kontekstdə bir xüsusi məqamı vurğulamaq istərdim. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ötən ilin fevral ayında cənab Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Dəmir Yollarına birləşdirildi. Bu birləşmə həm qərarların daha sürətli verilməsinə, həm də resurslardan daha səmərəli istifadəyə imkan yaratmış oldu. Sadəcə faktları diqqətə çatdırmaq istərdim. Ötən ilin sonunda 2025-ci ilin göstəricilərinə görə limanın birləşmədən sonra verdiyi effekt artıq rəqəmlərdə də öz əksini tapdı. Bilirsiniz ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının buraxılış gücü 15 milyon ton və 100 min TEU konteyner aşırma idi. Ötən il birləşmədən sonra əməliyyat səmərəliliyi ilə bağlı apardığımız layihələr bizə limanın aşırma gücünü 100 mindən 150 TEU-ya artırmağa imkan verdi. Apardığımız bu uğurlu birləşmə prosesinin yekununda ötən il liman tarixdə ilk dəfə olaraq 107 min TEU konteyner aşırmaqla bir daha 100 min TEU texniki göstəricilərindən daha da artığını yerinə yetirə biləcəyini sübut etdi.

Burada əsas üstünlük verdiyimiz digər bir istiqamət isə qeyd etdiyim kimi, tərəfdaş dəmir yolları ilə dəhlizin şəffaf şəkildə işləməsi üçün onun rəqəmsallaşdırılması, gömrük, sərhəd və digər rejimlərin daha da sürətli edilməsi və bunun nəticəsində müştərilərin yüklərinin sürətli və təhlükəsiz şəkildə keçidini təmin etməkdən ibarətdir.

- Yükdaşımalardan söhbət düşmüşkən, hazırda Rusiyadan Ermənistana göndərilən bəzi yüklər, o cümlədən taxıl və gübrə Azərbaycan ərazisindən tranzit daşınır. Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü də davam edir. Bu fonda gələcəkdə dəmir yolu ilə yükdaşımaların daha da artacağı gözlənilirmi? Azərbaycan Dəmir Yolları bu marşrut üzrə daşımaları genişləndirmək imkanına malikdir?

- Azərbaycan ərazisindən Ermənistana tranzit daşınan yüklərə qoyulan məhdudiyyətlər aradan qaldırdıqdan sonra Azərbaycan Dəmir Yolları olaraq bu yüklərin daşınmasını təşkil etdik. Bu günə qədər ərazimizdən keçməklə Ermənistana 28 min ton tranzit yük, 12 min ton isə neft və neft məhsulları ixrac olunub. Rolumuz texniki olaraq bu yüklərin daşınmasını təmin etməkdir. Marşrut yeni formalaşmağa başladığı üçün zaman keçdikcə digər alternativlərdən bu marşrut üzrə dəmir yolu ilə daşımaların təbii ki, artacağı proqnozlaşdırılır.

- Rövşən müəllim, dövrümüzün tələblərindən biri də rəqəmsallaşma məsələsidir. Azərbaycan Dəmir Yollarında rəqəmsallaşma prosesi hansı mərhələdədir, qarşınızda hansı çətinliklər var və hələ qarşıda duran vəzifələr nədən ibarətdir?

- Dəmir yolları transformasiya mərhələsinin birinci hissəsini artıq sona çatdırıb. Transformasiya prosesinin içərisində önəm verdiyimiz məsələlərdən biri də rəqəmsal transformasiyadır. Bütövlükdə dəmir yolu öz-özlüyündə mühafizəkar bir sahədir. Burada hər hansı bir yenilik tətbiq etmək onun illərlə sınaqdan keçirilməsini tələb edir. Lakin bu mühafizəkarlıqla rəqəmsallaşma arasında olan balansı qorumaqda əsas məqsədimiz həm yük sahiblərini, yükdaşıma müştərilərimizi, həm də sərnişindaşıma seqmentində olan müştərilərimizi daha müasir və əlçatan xidmətlərlə təmin etməkdir. Bu baxımdan, yükdaşıma istiqamətində ciddi rəqəmsal həllərimiz var. Nəzərə alsaq ki, müştərinin daha çox önəm verdiyi məsələlərdən biri şəffaflıq və sürət amilləridir. Tarif kalkulyatorunun işə salınması bu baxımdan müştərilərə logistik ehtiyaclarını daha düzgün planlamaya imkan yaratdı. Bundan əlavə, digər məqam həm idxal, həm də ixracda yük sahiblərinin dəmiryol ofisinə gəlmədən elektron imza üzərindən xidmətlərini ala bilməsidir. Elektron imza ilə inteqrasiya olunmaq, əslində, bizə digər dəmiryol administrasiyaları ilə yükün sənədsiz göndərilməsinə də imkan yaradıb. Artıq bu prosesi Rusiya Dəmir Yolları ilə tamamladıq və hazırda Qazaxıstan Dəmir Yolları ilə iş davam etdirilir. Növbəti planımız Türkiyə və Gürcüstan dəmir yolları ilə də sənədsiz yük göndərilməsini təmin etməkdir.

Digər tərəfdən yük sahiblərinin ən böyük ehtiyaclarından biri yükün izlənməsidir. Yükün izlənməsini təmin etmək üçün Azərbaycan Dəmir Yolları “Cargo Tracking” adlı bir sistem istifadəyə verdi ki, bu sistem müştərilərə Çindən Avropaya qədər yükünün harada olduğunu, nə zaman çatacağına dair proqnozları göstərir.

Sərnişindaşıma istiqamətinə gəldikdə, burada həllərimiz nisbətən daha çoxdur. Artıq 10 sərnişin stansiyasında pulsuz WI-FI xidməti göstərilir, digər tərəfdən, qatarda sərnişinlər üçün internet istifadəyə verilib. Azərbaycan Dəmir Yolları xidmətlərini daha da rəqəmsallaşdırmaq üçün mobil tətbiq də istifadəyə verib. Artıq bu tətbiqin istifadəçilərinin sayı 400 mini keçib. Sərnişinlər bu tətbiq vasitəsilə turniketlərdə hər hansı ödəniş kartlarından istifadə etmədən rahatlıqla keçid edə bilərlər. Burada bir məqamı vurğulamaq istərdim ki, Azərbaycan Dəmir Yolları ölkədə məsafəəsaslı tariflə işləyən hələ ki, yeganə qurumdur. Ödənişlər stansiyalar arasındakı məsafəyə görə tutulur.

Rəqəmsal həllər bizə daha yeni məhsulların yaradılmasına imkan verə bilər. Buna qədər loyallıq proqramını işə saldıq ki, xidmətlərimizdən daha çox istifadə edən müştərilərimiz daha endirimli xidmətlərdən faydalana bilsinlər. Bundan əlavə, dinamik qiymətləri işə salmaqla sərnişinlərimizə öz səfərlərini öncədən planlamaqla daha ucuz gediş əldə etmək imkanı yaradıldı.

Qarşıda bir neçə planımız da var. Bu günlərdə test olaraq Abşeron dairəvi dəmir yolunda “SİMA” üzərindən ödənişin həyata keçirilməsini planlaşdırırıq ki, bu da bizə müştərilərimizə daha fərqli üsullarla sərnişindaşıma xidmətlərinə əlçatanlığını təmin etmiş olacaq.

- Sərnişin daşımaları insanların ən çox diqqət yetirdiyi sahələrdən biridir və gözləntilər də getdikcə artır. Azərbaycan Dəmir Yolları sərnişin xidmətlərinin keyfiyyətini yüksəltmək üçün hansı addımlar atır? Son illərdə hansı müsbət dəyişikliklər hiss olunur və bu sahədə hələ həllini gözləyən əsas çətinliklər nələrdir?

- Sərnişindaşıma coğrafiyasının genişləndirilməsi bir istiqamətdirsə, digər istiqamət keyfiyyətin artırılmasıdır. Əgər sərnişin coğrafiyasının genişləndirilməsinə baxsaq, son bir neçə ildə Bakı-Qəbələ qatarının istifadəyə verilməsi, Bakı-Gəncə qatarının marşrutunun Ağstafaya, daha sonra isə Qazax rayonuna qədər uzadılması, bundan əlavə, Bakı-Ağdam qatarının istismara verilməsi və regionlararası qatarların istifadəyə verilməsi son illərin əsas layihələrindəndir. Hazırda Gəncə-Qəbələ qatarı istifadə olunur və bu qatar faktiki olaraq Bakı ilə bağlantı olmadan region daxilində mobilliyin artırılmasına töhfə verən əsas layihələrimizdən biridir. Bundan əlavə, ötən ilin əvvəlində Bakı-Balakən qatarı uzun fasilədən sonra istismara verildi. Bu da bizim yataq tipli seqmentdə ilk bərpa etdiyimiz qatar marşrutlarımızdan biridir.

Bütövlükdə götürdükdə, ötən il 10 milyon sərnişin daşınıb. Bu, pandemiyadan əvvəlki dövrlə müqayisədə üç dəfə, 2022-ci ildən bəri isə təxminən iki dəfə artım deməkdir. Abşeron dairəvi dəmir yolu istiqamətində sərnişin daşımalarının statistikasına baxsaq görərik ki, təxminən üç il bundan öncə Bakı-Sumqayıt və bütövlükdə 14 stansiya üzrə gündəlik ən çox 22 min sərnişin daşınırdısa, hazırda bu rəqəm 42-43 min nəfərə çatdırılıb. Qatar reyslərinin sayı isə 96-ya çatıb. Reyslərin sayı təxminən 3 dəfə, sərnişin sayı isə iki dəfəyədək artıb. Burada sual yarana bilər ki, bunlar nəyin hesabına baş verir? Təbii ki, bu, əməliyyat səmərəliliyi və marşrutun optimallaşdırılması hesabına baş verib. Bir məqamı diqqətə çatdırmaq istərdim ki, bu artım fonunda, əslində, qatarlardakı doluluq səviyyəsi aşağı düşüb. Doluluq səviyyəsinin 108 faizdən ötən il 96 faizə düşməsi məhz müştəri məmnuniyyətini artırmaq üçün qatarların daha rahat, əlçatan xidmət göstərməsinə kömək etmiş olur.

Digər tərəfdən, həm şəhər daxilində mobilliyin təmin olunması, həm də rayonlararası qatarlarda sərnişinə xidmət göstərmək üçün artıq bir neçə qatarın alınması üzrə son tamamlanma işləri həyata keçirilir. Rayonlararası marşrutlarda işləmək üçün dörd yeni qatar və dörd lokomotiv alınması sona çatmaq üzrədir. Abşeron dairəvi dəmir yolu üzrə mobillik proqramı çərçivəsində isə əlavə 20 qatarın alınması bu il həyata keçiriləcək. Sərnişin məmnuniyyətini artırmaq üçün təbii ki, önümüzdə daha ciddi planlar var. Burada müxtəlif kombinasiyalı həllər, müxtəlif paket həllərin verilməsi və bütün bu istiqamətlər sərnişin ehtiyacını daha yaxşı və daha keyfiyyətli şəkildə təmin etməyə yönəlib.

Bilirsiniz ki, bu ilin sonuna qədər Ağdam-Xankəndi dəmir yolu xəttinin də tamamlanması işləri nəzərdə tutulub. Bu, Bakı-Ağdam qatarının Bakı-Xankəndi qatarı ilə əvəzlənməsinə imkan verəcək. Burada bir məqamı diqqətə çatdırmaq istərdim ki, Bakıdan Ağdama qədər olan qatar reysini 32 kilometrlik Yevlax-Bərdə sahəsində 1960-cı illərin yolundan istifadə etməklə həyata keçiririk. Bu isə həm təhlükəsizlik, həm də komfort baxımından geri qalır. Ona görə artıq Yevlaxdan Bərdəyə qədər olan yolun tam müasirləşdirilməsinə başlayırıq ki, Ağdam-Xankəndi yolu hazır olduğu təqdirdə biz Bakıdan Xankəndiyə qədər sərnişinlərimizi daha rahat və təhlükəsiz şəkildə çatdıra bilək. Ona görə də bu aydan etibarən Bakı-Ağdam qatarının fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq və infrastruktur quruculuğundan sonra yolun tam təhlükəsiz şəkildə istismara verilməsi nəzərdə tutulub.

Bundan əlavə, şimal istiqamətində elektrik və işarəvermə işləri bitdikdən sonra sərnişindaşıma coğrafiyamızın regionlararası istiqamətdə daha da genişləndirilməsi üçün gündəlik qatar marşrutunun açılması, eləcə də Bakı-Xankəndi gündəlik qatar marşrutunun istifadəyə verilməsi və digər regionlar istiqamətində qatarların coğrafiyasının genişləndirilməsi, qatarların sayının artırılması nəzərdə tutulub.

- “Bakıda və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində hansı işlər hansı işlər görülüb və qarşıdakı dövrdə hansı işlərin görülməsi nəzərdə tutulur?

- Bilirsiniz, Abşeron dairəvi marşrutu 14 stansiyanı əhatə edirdi. Bu daşıma marşrutuna yeni bir dayanacaq – Dərnəgül dayanacağını da əlavə etdik. Bununla da bizim dairəvi dəmir yolunda olan sərnişin coğrafiyamız bir qədər də genişləndi. Amma mövcud dairəvi marşrutun daha da genişləndirilərək yeni əhatə olunmayan istiqamətlərə çatdırılması da önəm daşıyan məsələlərdən biridir. Ötən ilin əvvəlində cənab Prezidentin təsdiqlədiyi Dövlət Proqramı ilə bu sərnişindaşıma coğrafiyası bir qədər də genişlənəcək. Bura Yeni Suraxanı-Hövsan, Bakıxanov-Binə-Qala və Maştağa-Bağlar istiqamətlərində yeni qatar marşrutunun açılması daxildir ki, bu üç istiqamət sərnişin daşımalarında hazırda olan günlük daşınan 42 min nəfər sərnişin sayının təxminən 200 min nəfərə çatmasını təmin edəcək. Digər tərəfdən, mövcud 15 stansiyanın sayı 40-a çatdırılacaq. Bu, özlüyündə sərnişinləri dəmir yolu bağlantıları ilə daha yaxşı və daha çevik şəkildə təmin etmiş olacaq.

Bununla yanaşı, son illər atdığımız addımlardan biri, ümumiyyətlə, nəqliyyat bağlantılarını birləşdirməkdir. Bu baxımdan həm avtobus dayanacaqlarının, həm də metro stansiyalarının bir arada planlaşdırılması da xüsusi əhəmiyyət kəsb edir. Son istifadəyə verdiyimiz Dərnəgül dayanacağında da məhz bu prinsip qorundu. Həm metro bağlantısı, eyni zamanda, avtobus mübadilə məntəqəsinin də orada açılması sərnişinlərimizə daha çevik və əlaqəli şəkildə xidmət etməyə kömək olacaq.

- Son dövrlərdə biz həm də qatarlara daş atılmasının şahidi oluruq. Təbii ki, bu, həm təhlükəsizlik, həm də dövlət əmlakına zərər vurma məsələsidir. Bununla bağlı hansısa işlər planlaşdırılırmı və gündəliyinizdə həm qatarların üzərinə, həm də dəmir yolu xətlərinə təhlükəsizlik kameralarının quraşdırılması məsələsi varmı?

- Belə vacib məqama toxunduğunuza görə təşəkkür edirəm. Əsas hədəflərimizdən biri, deyərdim ki, bəlkə də ən birincisi təhlükəsizlik məsələsidir. Hesab edirəm ki, sərnişinlərin dəmir yoluna üz tutmasının ən əsas göstəricilərindən biri də məhz təhlükəsizliyin daha çox təmin olunduğuna əminlikdir. Bu baxımdan, qarşımızda duran əsas məsələ məhz təhlükəsizlikdir. Həm rəqəmsallaşma həllərimiz, həm də infrastruktur quruculuğumuzun məqsədi məhz sərnişinləri mənzilbaşına təhlükəsiz çatdırmaqdan ibarətdir. Təəssüf ki, son illər bu və ya digər şəkildə dəmiryol infrastrukturuna müdaxilə halları baş verir. Qatarlara daş atılması, qatar yoluna hətta daşların düzülməsi halları olur, bu da çox ciddi fəsadlara gətirib çıxara bilər. Fürsətdən istifadə edib bildirmək istəyirəm ki, dəmir yolu infrastrukturuna, qatarlara edilən müdaxilə sonda sərnişinlərimizə, insanlarımıza olan ciddi təhdiddir. İstərdim ki, cəmiyyət özü də bu mövzuda təbliğat və maarifləndirmə işində bizə yardımçı olsun. Bu məsələdə ictimai qınaq çox önəm kəsb edir. Biz dəmir yolu ətrafında olan icmalarda, məktəblərdə, digər yaşayış məntəqələrində nə qədər təbliğat işi aparsaq da, cəmiyyətin bizimlə birlikdə bu məsələdə paralel şəkildə çalışmasına ciddi ehtiyac var. Digər tərəfdən, əlbəttə, biz müxtəlif elementlərlə, müxtəlif texniki vasitələrlə dəmir yolunun təhlükəsizliyini təmin etməyə çalışırıq. Dəmir yolu mühafizə zolağının tam hasarlanması, müşahidə kameralarının qoyulması – bunlar əsas məqsədlərimizdən biridir və məhz 2030-cu ilə qədər Abşeron dairəvi dəmir yolunda qurulacaq bütün stansiyalarda artıq qəbul olunmuş standarta görə hasarlanmanın həyata keçirilməsi, müşahidə kameralarının qoyulması nəzərdə tutulub. Bu, bizə infrastruktura müdaxilə hallarını zamanında və ünvanlı şəkildə aşkarlamağa kömək edəcək.

- Müsahibəyə vaxt ayırdığınıza və suallarımızı cavablandırdığınıza görə təşəkkür edirik.

- Sağ olun.

ADY sədri: Məqsədimiz yük sahiblərini və sərnişinlərimizi daha müasir və əlçatan xidmətlərlə təmin etməkdir – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycan Respublikasının xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Mingəçevirdəki "Kürü keçək?! 5" yarışına rekord sayda iştirakçı qatılıb

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH