Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Bayraqdar Türanə”nin unudulmaz görüşü - Heydər Əliyevin diqqətini çəkən gənc qızın xatirəsi VİDEO

Balakən, 10 may, AZƏRTAC

Bu gün Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.

Dahi şəxsiyyət haqqında istər keçmiş sovet dövründə, istərsə də müstəqillik illərində çox yazılıb, saysız-hesabsız xatirələr danışılıb. Heydər Əliyevin sadə insanlarla səmimi görüşləri, rayonlara səfərləri zamanı kənd adamları ilə etdiyi maraqlı söhbətlər bu gün də böyük ehtiramla xatırlanır. Onun insanlara diqqət və qayğı ilə yanaşması tarixdə iz qoyan məqamlardan biri olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, belə yaddaqalan hadisələrdən biri 2002-ci ilin noyabrında Şəki Olimpiya İdman Kompleksinin açılışı zamanı yaşanıb. Üzərindən illər keçsə də, həmin anlar yaddaşlarda yaşayır. O görüşün şahidi isə bu gün çoxlarının “Bayraqdar Türanə” kimi tanıdığı Balakən sakini, tibb işçisi Türanə Məmmədovadır.

Hadisə 2002-ci ildə Şəkidə baş verir. Şəki Olimpiya İdman Kompleksinin açılış mərasiminə Ulu Öndər Heydər Əliyev də qatılıb. Minlərlə insan Prezidentlə görüşmək üçün meydana toplaşıb. Heydər Əliyev çıxışında ölkədə və dünyada baş verən hadisələrdən, aparılan quruculuq işlərindən danışırdı. Bir neçə saat davam edən tədbir zamanı o, adəti üzrə insanlarla sanki canlı ünsiyyət qururdu.

Məhz belə anlardan birində onun diqqətini izdiham içində əlindəki Azərbaycan Bayrağını bir an belə aşağı endirməyən balacaboy bir qız cəlb edir. Həmin qız Balakənin Qazma kəndindən olan Türanə Məmmədova idi. O illərdə Türanə Şəki Tibb Texnikumunun ikinci kurs tələbəsi idi.

Türanə Məmmədova həmin günü hər dəfə xatırlayanda duyğulandığını deyir: “Biz tələbələr Ulu Öndərin gəlişini səbirsizliklə gözləyirdik. Hamımız üçün bu, əsl bayram idi. Prezidentimizi görmək böyük sevinc idi. Əlimizdə Azərbaycanın müstəqilliyinin rəmzi olan üçrəngli bayraqlarla onu qarşılamaq isə böyük şərəf sayılırdı.

Texnikumda keçirilən tədbirlərdə fəal tələbə olduğuma görə direktorumuz bəzi işləri mənə tapşırardı. Həmin gün də bayraqları və plakatları tələbələrə paylamağı mənə həvalə etmişdi. Bayraqları payladım, birini də özüm götürüb dalğalandırmağa başladım”.

Türanə xanım deyir ki, həmin gün sanki daxilində xüsusi bir inam və güc hiss edirdi. Qolları yorulsa da, bayrağı heç kimə vermək istəmirdi. Onun sözlərinə görə, Heydər Əliyevin Şəkiyə gələcəyini eşidəndən qəlbində bir arzu yaranmışdı - Ulu Öndərlə görüşmək, ona yaxın olmaq. Lakin meydandakı minlərlə insanı görəndə düşünürdü ki, sevgisini yalnız əlində tutduğu bayraq vasitəsilə ifadə edə biləcək.

Saatlarla bayrağı əlindən yerə qoymayan Türanənin bu davranışı Heydər Əliyevin də diqqətindən yayınmır.

“Evdən çıxanda elə bil ürəyimə dammışdı ki, bu gün Prezidentimizlə görüşəcəyəm. Amma belə bir şeyə heç kim inanmırdı. Minlərlə insanın arasında mən də tələbələrin içində dayanmışdım, əlimdə böyük bir bayraq vardı. Bir müddət sonra hiss etdim ki, Prezidentimiz mənə baxır. Öz-özümə deyirdim ki, yəqin mənə elə gəlir. Amma sonra Ulu Öndər dedi: “O camaatın içindəki gənc qız bayrağı əlində tutub, külək onu o tərəfə-bu tərəfə aparır, amma yerə qoymur. Qızım, səni görürəm, gözəl qızsan”.

Biz bir-birimizə əl işarəsi ilə salam verdik. Sonra insanlar mənə yol açdılar və Prezidentimizin yanına getdim. O, mənimlə görüşdü, Azərbaycan Bayrağını öpüb alnına qoydu. Bu an həyatımın ən unudulmaz günü kimi yaddaşıma həkk olundu”.

Türanə Məmmədova həmin görüşü həyatının ən böyük xoşbəxtliklərindən biri hesab edir. O bildirir ki, Ulu Öndərə olan sevgi və ehtiramını övladlarına da aşılayıb. Hazırda çalışdığı Balakən Rayon Mərkəzi Xəstəxanasında keçirilən tədbirlərdə həmin xatirəni tez-tez danışır.

“Həmin görüşdən bir müddət sonra Ulu Öndəri itirdik. O vaxtdan bəri onun doğum və anım günlərində Heydər Əliyev mərkəzlərini, Bayraq muzeylərini ziyarət edirəm. İmkan olduqda Bakıda məzarını da ziyarət edirəm. Prezidentimizlə görüş həyatımda silinməz iz qoyub. Mən çox xoşbəxtəm ki, Ulu Öndər Heydər Əliyevi görmüş və onunla görüşmüşəm”, - deyə Türanə xanım bildirir.

Müxbir - Rasim İslamoğlu

“Bayraqdar Türanə”nin unudulmaz görüşü - Heydər Əliyevin diqqətini çəkən gənc qızın xatirəsi VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADU rektoru: Simpoziumun əsas məqsədlərindən biri gənc alimlər arasında elmi əlaqələrin qurulmasıdır

Dövlət Xidmətinin vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib

Ekspert: Bakıda əmlak qiymətlərinin yüksək olmasında infrastruktur imkanları əsas amillərdəndir

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb

“Axios”: ABŞ ordusuna İrana hücum üçün hazırlıqlı olmaq əmri verilib

Medef: Fransa dövlət xərclərini azaltmalıdır

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir YENİLƏNƏCƏK

Yenilənmiş qanunvericilik Texnopark rezidentlərinin sayını iki dəfə artırmağa imkan verəcək - ŞƏRH

Azərbaycanla İspaniya arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artıb

Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək

Rəqəmsal texnologiyalar türk dili və ədəbiyyatının tədrisində: yeni imkanlar və çağırışlar

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir

İribuynuzlu heyvanların aqrar sığortası fermerlərə maliyyə risklərindən qorunmağa imkan verir

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Bu gün Nizami rayonunun bir sıra ərazisinə qazın verilişi dayandırılacaq

Azərbaycan Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının Məşvərət Komitəsinə yenidən üzv seçilib

Azərbaycan və Mərkəzi Asiya: Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi TƏHLİL

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi

Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub

Səməd Vurğunun oğlu: Ola bilsin, Stalinlə söhbəti Səməd Vurğunu repressiyadan xilas edib

Bakının və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Bəzi rayonlarda elektrik enerjisinin verilişində fasilələr olacaq

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Şəkinin tarixi məkanları və görməli yerləri ukraynalı uşaqlarda xoş təəssürat yaradıb

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim dalğasına qeydiyyat başladı

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib

Ukraynanın Priluki şəhərinə endirilən zərbə nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb

Nazirlik rəsmisi: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans davam edir

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib YENİLƏNİB

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

CNN: Fransanın maliyyə problemləri Avropada ciddi böhrana səbəb ola bilər

Bu gün Ümumdünya Görmə Günüdür

Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar

İlk dəfə məməlilərin populyasiyasının bərpası üçün Günəş elektrik stansiyasından istifadə edilir

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib